Səhifə yüklənir...

 

Ana SəhifəEstetik ginekoloji xidmətlər

Estetik ginekoloji xidmətlərƏməliyyatsız cinsiyyət dodağlarının bərpası

Cinsiyyət dodaqlarının əməliyyatsız bərpası
Cinsiyyət dodaqlarının strukturu və ölçüsü hər bir qadında fərqlidir. Cinsiyyət dodaqlarının elastikliyinin itməsi çox vaxt xarici cinsiyyət orqanlarının deformasiyasına səbəb olur. Buna görədə qadınlar partnyorlarının qarşısında utanclıq hissi keçirir və intim əlaqədən məmnuniyyət hissi almırlar. İntim orqanların kontur plastikası bir neçə problemi eyni anda aradan qaldırır: tibbi, estetik və psixoloji.

Prosedura göstərişlər

  • ·Cinsiyyət dodaqlarının tonusunun azalması, dərisinin büzüşmüş, sallaq halı (yaşla əlaqəli dəyişikliklər);
  • ·Aralığın müxtəlif etiologiyalı anomaliyaları;
  • ·Cinsiyyət dodaqlarının assimetriyası;
  • ·Xarici cinsiyyət orqanlarının deformasiyası;
  • ·Uşaqlıq yolunun selikli qişasının quru olması;
  • ·İntim toxumaların atrofiyası;
  • ·Estetik defektlərin əmələ gəlməsi;
  • ·Sidik cinsiyyət orqanlarının toxumaların tonusunun azalması;
  • ·Cinsi əlaqə zamanı hissiyyatın azalması və s.
Həmçinin, hialuron turşusu əsaslı dolğular digər əməliyyatlar zamanı da istifadə olunur:
  • ·Cinsiyyət dodaqlarının strukturunun bərpası və korreksiyası (labioplastika);
  • ·Uşaqlıq yolunun girəcəyinin plastikası (perineoplastika);
  • ·Klitorun böyüdülməsi və ya rekonstruksiyası (hudoplastika);
  • ·“G” nöqtəsinin doldurulması və ya böyüdülməsi (auqmentasiya).
Prosedura əks-göstərişlər
  • ·Hamiləlik və laktasiya dövrü;
  • ·Onkoloji xəstəliklər;
  • ·Kəskin infeksion xəstəliklər;
  • ·Dərinin infeksion xəstəlikləri;
  • ·Xroniki xəstəliklərin kəskin fazası;
  • ·Qan laxtalanmasının pozulması (hemofiliya);
  • ·Herpes virusun kəskinləşməsi.
Hialuron turşusunun xüsusiyyətləri
  • ·Yeridildiyi toxumalarda kollagen və elastin sintezini bərpa edir və aktivləşdirir;
  • ·Su molekullarını saxlaya bilmə qabiliyyətinə görə nəmliyin səviyyəsini artırır;
  • ·Hüceyrə proseslərini stimullaşdırır (mübadilə proseslərini).
  • ·Pasientin toxumalarıyla mütləq biouyğunluğu. Bu o deməkdir ki, hialuron əsaslı fillerlərin istifadəsi nəticəsində praktiki olaraq 100% qədər allergik və ya digər mənfi reaksiyalar istisna olunur, yenilənmə prosesləri isə orqanizim özünün istehsal etdiyi hialuron turşusunun prosesləriylə identikdir.
Beləliklə, korreksiya və cavanlaşma təbiətə xas olan yenilənmə və bərpa mexanizmləri çərçivəsində baş verir.

Prosedurun gedişatı
Pasientə baxış keçirilir, konsultasiyadan, əks göstərişlərin istisnasından sonra, analizlər verilir və həkim prosedurun tətbiqinə başlayır. Müdaxilə nahiyyəsinə yerli ağrıkəsici yeridilir, hansı ki, mümkün olacaq ağrı hisslərini minimuma endirir. Sonra birdəfəlik inyeksion iynəylə arzuolunan nahiyyələrə hialuron əsaslı dolğu yeridilir. Maddənin miqdarı individual olaraq təyin olunur – korreksiyanın məqsədi və həcminə görə.

Prosedurun nəticələri
Cinsiyyət dodaqlarının əməliyyatsız korreksiyasından sonra bütün pasientlər cinsi həyatının yaxşılaşmasını qeyd edirlər. 
Prosedur aşağıdakı hallarda kömək olur:
  • ·Boyük cinsiyyət dodaqlarının həcminin böyüməsinə;
  • ·Xarici cinsiyyət orqanlarının korreksiyasına;
  • ·İntim nahiyyənin hissiyatını artırmağa;
  • ·Yerli toxumaların elastikliyini artırmağa;
  • ·Cavanlaşdırıcı effekt əldə etməyə;
  • ·İntim münasibət zamanı yaranan komplekslərin aradan qaldırılmasına.
Prosedurun üstün cəhətləri onun qeyri-travmatik olmasıdır, orqanizm tərəfindən xoşagəlməz nəticələrin və reaksiyaların olmaması. Bərpa müddəti 2 həftəyə yaxın təşkil edir – bu müddətdə dolğunun toxumalarda fiksasiyasına mənfi təsir göstərəcək hər hansı bir hərəkəti məhdudlaşdırmaq lazımdır. İlk  növbədə bu istinin təsiridir (vanna otağı və sauna, solyarium, günəş vannaları) həmçinin, fiziki təsir (intim əlaqə və idman zamanı yaranan fiziki təsir) . Bununla belə prosedurun təsiri 1-1,5 ilə qədər davam edə bilər.

Sayt haqqında

Bütün məqalələrin müəllifi Mama-Ginekoloq: Dr. İlahə Quliyeva-dır.
Bütün hüquqlar qorunur.

Biz sosial şəbəkələrdə
Bizimlə əlaqə

Ünvan: AZ1142, Babək pr-ti 92N Xətai r-nu, Bakı, Azərbaycan

Telefon: (+994) 50 365 80 90

E-mail: [email protected]

Sayt haqqında

Bütün məqalələrin müəllifi Mama-Ginekoloq: Dr. İlahə Quliyeva-dır.
Bütün hüquqlar qorunur.

Biz sosial şəbəkələrdə
Bizimlə əlaqə

Ünvan: AZ1142, Babək pr-ti 92N Xətai r-nu, Bakı, Azərbaycan

Telefon: (+994) 50 365 80 90

E-mail: [email protected]

Copyright © | 2019 Sayt SMM-SEO.AZ tərəfindən yığılmışdır. Bütün hüquqlar qorunur.

Copyright © | 2019 Sayt SMM-SEO.AZ tərəfindən yığılmışdır. Bütün hüquqlar qorunur.