Səhifə yüklənir...

 

Ana SəhifəEstetik ginekoloji xidmətlər

Estetik ginekoloji xidmətlərƏməliyyatsız vagina daraltma

Uşaqlıq yolunun əməliyyatsız daraldılması
Uşaqlıq yolunun əzələlərinin tonusundan intim həyatın keyfiyyəti çox asılıdır. Pasientlərin ginekoloqlara və seksoloqlara müraciət etdiyi ən çox şikayətləri uşaqlıq yolunun genişlənməsi nəticəsində hissiyatın itməsidir. Bu dəyişikliklər bir çox səbəblərə görə yarana bilər.

Uşaqlıq yolunun genişlənməsinin səbələri:

  • ·Menopauza, bu zaman estrogenin sintezi azalır (bunun nəticəsində  uşaqlıq yolunun epiteliumu nazikləşir və atrofik vaginit yaranır);
  • ·Doğuşlar (doğuş yollarından keçdiyi zaman körpə uşaqlıq yolunun divarlarını genişləndirir və zədələyir);
  • ·Çəkinin kəskin şəkildə azalması, nəticədə dərialtı piy təbəqəsi azalır.
Geniş uşaqlıq yolu həmçinin anadangəlmə ola bilər. Partnyorların cinsiyyət orqanlarının ölçüləri uyğun gəlmirsə, onlar intim əlaqədən zövq almır. Estetik təbabətin yenilənmiş texnologiyası olan əməliyyatsız intim plastikanın köməyi ilə bu problemi aradan qaldırmaq mümkündür. Prosedur zamanı problemli nahiyyələrə hialuron turşusu əsaslı dolğular yeridilir – bununla da hər bir qadın uşaqlıq yolunu daraldaraq intim həyatdan maksimum həzz alır. Bundan əlavə, bu prosedur cinsiyyət orqanlarının estetik görünüşünü bərpa edərək qadına özünəgüvən hissini qaytarır.

Prosedura göstərişlər
  • ·Uşaqlıq yolunun girəcəyinin (dəliyinin) dərisinin tonusunun itməsi;
  • ·Uşaqlıq yolunun divarlarının sallanması;
  • ·Vulvanın kraurozu;
  • ·Doğuşdan sonra çapıqların olması;
  • ·Cinsi əlaqə zamanı hissiyyatın azalması.
Əməliyyatsız vagina daraltma himenoplastikayla (qızlıq pərdəsinin bərpası) birlikdə icra oluna bilər.

Prosedura əks-göstərişlər
  • ·Hamiləlik və laktasiya dövrü;
  • ·Kəskin infeksion xəstəliklərin olması;
  • ·Kəskinləşmiş xroniki xəstəliklər;
  • ·Qan laxtalanmasının pozulması;
  • ·Hipertrofik çapıqların əmələ gəlməsinə meyillilik;
  • ·Herpes infeksiyasının kəskinləşməsi;
  • ·Onkoloji xəstəliklər.
Prosedurun tətbiqi və üstünlükləri
Uşaqlıq yolunun əməliyyatsız daraldılması hialuron turşusu əsaslı doğularla həyata keçirilir. Dərinin təbii komponenti olduğuna görə hialuron turşusu toxumalara daxil olur, onları dolduraraq təbii həcmini qaytarır. Bundan əlavə, hialuron turşusunun nəmliyi saxlama xüsusiyyəti var, bu da dərini dərindən nəmləndirir, hüceyrələri oksigenlə və qida maddələriylə təchiz edir və dərinin ümumi vəziyyətini yaxşılaşdırır. Bu dolğu xüsusi olaraq qadınların anogenital nahiyələrinin korreksiya üçün istehsal olunur. Bu preparatın teksturu maksimum dərəcədə təbii görünüş əldə etməyə kömək olur, hansı ki, uzun müddət qalır. Preparat uşaqlıq yolunun girəcəyinə (dəliyinə) yaxın nahiyyəyə yeridilir. Bu nahiyyənin həcminin böyüdülməsi uşaqlıq yolunun girəcəyini daraldır, onun əzələlərinin tonusu və təbii nəmliyini artırır. Prosedurun zəmanətli nəticəsi  - hər iki tərəfin cinsi istəklərinin artmasıdır.

Dolğunun digər üstünlükləri:
Prosedur zamanı narahtlığın olmaması. İnyeksiya olunacaq nahiyyəyə ağrıkəsici vurulduqdan sonra preparat həmin nahiyyələrə xüsusi, atravmatik iynəylə yeridilir.
Üsulun tezliyi. Uşaqlıq yolunun əməliyyatsız plastikası 30 dəqiqədən çox vaxt almır. Prosedurun tətbiqi üçün xüsusi hazırlığa və stasionarda qalmağa ehtiyac yoxdur.
Reabilitasiya dövrünün olmaması. Preparatın iynə vasitəsi ilə yeridilməsi prosedurdan sonra bərpa müddətini minimuma endirir. Bir qayda olaraq dolğuların yeridilməsindən sonra əmələ gələn yüngül şişkinlik bir neçə günə keçir.
Preparata qarşı yüksək dözümlülük. İstifadə etdiyimiz dolğunun tərkibində zərərli maddələr yoxdur və praktiki olaraq toxumalar tərəfindən rədd edilmir. Bu da mümkün olacaq allergik reaksiyaların və ağırlaşmaların riskini minimuma endirir.
Qalıcı təsiri. Bir qayda olaraq toxumalara yeridilən dolğu ilkin xüsusiyyətlərini 10-12 ay ərzində saxlayır. Sonra preparat orqanizmdən təbii yolla xaric olunur və bundan sonra proseduru təkrarlamaq olar.
Prosedurdan 2-3 saat sonra diskomfort hissi yarana bilər, bu da bir-iki gün ərzində keçir.

Prosedurdan sonra
  • ·Həkim tövsiyyələrinə riayət etmək;
  • ·Sauna, solyariumdan 2 həftə ərzində uzaq durmaq;
  • ·3 gün ərzində cinsi əlaqədən uzaq durmaq lazımdır.

Sayt haqqında

Bütün məqalələrin müəllifi Mama-Ginekoloq: Dr. İlahə Quliyeva-dır.
Bütün hüquqlar qorunur.

Biz sosial şəbəkələrdə
Bizimlə əlaqə

Ünvan: AZ1142, Babək pr-ti 92N Xətai r-nu, Bakı, Azərbaycan

Telefon: (+994) 50 365 80 90

E-mail: [email protected]

Sayt haqqında

Bütün məqalələrin müəllifi Mama-Ginekoloq: Dr. İlahə Quliyeva-dır.
Bütün hüquqlar qorunur.

Biz sosial şəbəkələrdə
Bizimlə əlaqə

Ünvan: AZ1142, Babək pr-ti 92N Xətai r-nu, Bakı, Azərbaycan

Telefon: (+994) 50 365 80 90

E-mail: [email protected]

Copyright © | 2019 Sayt SMM-SEO.AZ tərəfindən yığılmışdır. Bütün hüquqlar qorunur.

Copyright © | 2019 Sayt SMM-SEO.AZ tərəfindən yığılmışdır. Bütün hüquqlar qorunur.