Səhifə yüklənir...

 

Ana SəhifəEstetik ginekoloji xidmətlər

Estetik ginekoloji xidmətlərEstetik ginekologiya

Estetik ginekologiya
İndiki zamanda, estetik təbabətə xüsisi diqqət yetirilir, hansı ki, müxtəlif qadın problemlərini minimal invaziv vasitələrlə (məsələn lazer terapiyası və ya intim filling, xüsusi  dolğuların intim nahiyyəyə yeridilməsi) həll olunmasına kömək edir.

Estetik ginekologiya hansı problemləri aradan qaldırır?

  • ·Yaşla bağlı yaranan problemləri və onun nəticələrini (məsələn böyük cinsiyyət dodaqlarının hipertrofiyası (onların ptozu – sallanması) həll edir;
  • ·İntim nahiyyədə həcmin itməsini, assimetriyasını aradan qaldırır; 
  • ·Klimaks dövründə qadınlarda uşaqlıq yolunda yaranan quruluğu, qaşınmanı sağaldır;
  • ·Cinsiyyət dodaqlarının strukturunu dəyişmək olur;
  • ·Uşaqlıq yolunun girəcəyini (dəliyini) darlaşdırmaq olur;
  • ·İntim nahiyyəni ağartmaq olur;
  • ·İnyeksiyalarla və hialuron turşusuyla cinsi əlaqə zamanı yaranan hissiyatı dəyişmək olur;
  • ·“G” zonasının həcmini artırmaq və orqazmı daha əlçatan etmək  olur.
Estetik prosedurlar bu və ya digər problemlərin ambulator şəraitdə tez və effektiv həll olunmasına imkan yaradır və ümumiyyətlə əməliyyatsız yollarla qadının cinsi həyatının keyfiyyətini yaxşılarşdırır.

Bu prosedurları kim təyin edir? Onların keçirilməsi üçün hansı göstərişlər var?
Təbiidir ki, intim kontur plastika – fillerlərin yeridilməsi –və ya cərrahi korreksiyanın digər müxtəlif növləri, məsələn sapların qoyulması yalnız həkim ginekoloq tərəfindən təyin olunur. 

Əməliyyata göstərişlər
  • ·Qadının cinsi həyatının keyfiyyətindən məmnunsuzluğu;
  • ·Cinsiyyət orqanlarının xarici görünüşünün estetik pozuntusu;
  • ·Funksional problemlər (sidik saxlamazlığı və s.).
Estetik problemləri cərrahi üsullarla da korreksiya etmək olur, uşaqlıq yolunun ağırlaşmış formada sallanması zamanı, sidik saxlamazlığının ağırlaşmış mərhələsi (doğuşdan sonra yaranan problemlərlə bağlı) və s. Onu da qeyd etməliyik ki, əgər əvvəllər bəzi ginekoloji problemlər yalnız cərrahi yolla həll olunurdusa indiki zamanda uşaqlıq yolunun prolapsının(sallanmasını) ilkin mərhələsində uşaqlıq yolunun dəliyinin ölçüsünü saplarla dəyişmək olur, minimal invaziv perineoplastikayla və ya tredliftinqlə.
Cərrahi müdaxiləylə müqaisədə estetik prosedurlar çox bahalı prosedurlar deyil və təsiri uzun müddət qala bilir. Estetik ginekologiya qadınlar üçün kifayət qədər əlçatandır.

Prosedurların tətbiqində hansı preparatlardan istifadə olunur
Ginekoloji prosedurlar üçün hialuron turşusu əsasında hazırlanan preparatlardan istifadə olunur, lakin, qeyd etməliyik ki, bu vasitələr sırf ginekologiyada istifadə üçün hazırlanır. Kosmetologiyada digər preparatlardan istifadə olunur.

Prosedurdan sonra təsiri nə qədər qalır? Hər hansı bir məhdudiyyət varmı?
İnyeksion kosmetologiyadan fərqli olaraq, prosedurdan sonra effekt daha uzunmüddətlidir- 9-12 aya qədər davam edə bilər. Məhdudiyyətə gəldikdə, “G” nahiyyəsinin böyüdülməsindən sonra cinsi həyata 3- 5 gün ara vermək lazımdır. Əgər cərrahi müdaxilə olunubsa, həm cinsi həyatdan, həm də fiziki fəaliyyətdən uzaq durmaq lazımdır.

Doğuş keçirməmiş qadınlara bu prosedurdan istifadə etmək olarmı?
Doğuş keçirməmiş qadınlar üçün heç bir əks göstərişlər yoxdur. Bu prosedurlar reproduktiv funksiyalara heç bir təsir göstərmir. İnyeksiyalar və intim plastika təhlükəsiz prosedurlardır, həmçinin doğuş keçirməyən xanımlar üçün.

Prosedurdan sonra cinsi həyat necə dəyişir?
Estetik prosedurlara göstəriş qadının həzz ala biməməsidirsə, dolğularla, perineopastikayla, lazer üsullarıyla və ya bir çox digər üsullarla, biz cinsi həyatın yaxşıladırılmasına kömək edirik.
Estetik ginekologiya müasir və özünə güvənən qadın üçün mütləqdir. Axı xarici görünüşə diqqət yetirib, daxili vəziyyətinizə əhəmiyyət verməmək qəbuledilməzdir. İndiki zamanda, qadınlar yaşına uyğun görsənmir ,həm mənəvi, həm də fiziki cəhətdən. Ancaq, təəssüf ki, hormonal statusumuz hər zaman xarici görünüşümüzlə uyğun gəlmir və, özünü gənc hiss etmək və həyatdan mümkün qədər zövq almaq üçün, qadınlar intim nahiyənin estetikasına və sağlamlığına diqqət yetirməlidir.

Sayt haqqında

Bütün məqalələrin müəllifi Mama-Ginekoloq: Dr. İlahə Quliyeva-dır.
Bütün hüquqlar qorunur.

Biz sosial şəbəkələrdə
Bizimlə əlaqə

Ünvan: AZ1142, Babək pr-ti 92N Xətai r-nu, Bakı, Azərbaycan

Telefon: (+994) 50 365 80 90

E-mail: [email protected]

Sayt haqqında

Bütün məqalələrin müəllifi Mama-Ginekoloq: Dr. İlahə Quliyeva-dır.
Bütün hüquqlar qorunur.

Biz sosial şəbəkələrdə
Bizimlə əlaqə

Ünvan: AZ1142, Babək pr-ti 92N Xətai r-nu, Bakı, Azərbaycan

Telefon: (+994) 50 365 80 90

E-mail: [email protected]

Copyright © | 2019 Sayt SMM-SEO.AZ tərəfindən yığılmışdır. Bütün hüquqlar qorunur.

Copyright © | 2019 Sayt SMM-SEO.AZ tərəfindən yığılmışdır. Bütün hüquqlar qorunur.