Səhifə yüklənir...

 

Ana SəhifəHamiləliyin təqibi

Hamiləliyin təqibiHamiləliyin 30-cu həftəsi

Hamiləliyin 30-cu həftəsi (3-cü trimestr)
Siz artıq hamiləliyin 30-cu həftəsindəsiniz. Bu müddətdə körpədə sürətlə çəki artımı baş verir, o daha az hərəkətlər edir.Gələcək analar hərəkətlərin dəyişdiyini görürlər: indi körpə ayaqları və əlləriylə daxili orqanları və qabırğaları sıxır.
Bəzən hamilələr körpənin hərəkətləriylə yaranan ağrılardan şikayət edirlər. Bu diskomfort vəziyyətdən yarana bilər – həyəcanlanmayın, özünüzü pis hiss edəcəyiniz yerlərdən uzaq olun, həm mənəvi, həm də fiziki cəhətdən. Əgər  birdən uşaqlığın gərgin olduğunu hiss etsəniz, rahatlanın, sakitləşdirici musiqiyə qulaq asın və istirahət edin. Qarını sığallamaq və xoş sözlər körpəni sakitləşdirir. Körpə artıq hamiləliyin 30-cu həftəsində ananın toxunuşlarına həssasdır.
Hamiləliyin 30-cu həftəsində qarının ölçüləri böyüyür və ana yerişini dəyişir. Yerişdəki yöndəmsizlik təkcə bel nahiyəsində santimetrlərin əlavə olunması ilə deyil, həm də oynaqlardaki bağların boşalması və bədəndə suyun yığılmasıyla əlaqəlidir. Hamiləliyin 30-cu həftəsində ümumi bədən çəkisi 10 kq artır və bu çəkinin böyük hissəsi uşaqlığa, dölyanı mayeyə və ciftə düşür. Əlavə kilo almayasınız deyə qidanıza diqqət yetirin, hamilələr üçün gimnastikayla məşqul olun. Unutmayın ki, bütün hərəkətləri ehtiyatla etmək lazımdır, kəskin bədən dönüşləri etmədən və əyilmədən .
Hamiləliyin 30-cu həftəsində bir çox işləyən analar analıq məzuniyyətinə çıxır. Nəhayət ki, siz öz sağlamlığınıza daha çox vaxt ayıracaqsınz və doğuşa hazırlaşmağa başlayacaqsınız. Əgər həkiminiz dölün çanaq gəlişini təyin edibsə, xüsusi məşqlər edin, körpənin hələ də başını aşağı çevirmə ehtimalı var.

Hamiləliyin 30-cu həftəsi: körpədə hansı dəyişikliklər baş verir?
Hamiləliyin 30-cu həftəsində körpənin boyu 36-37 sm, çəkisi isə - 1200-1300 qram təşkil edir.
Bu müddətdə ən böyük dəyişikliklər sinir sistemində baş verir. Baş beyinin ölçüləri böyüyür, onun böyük yarimkürələrində qırışlar daha aydın görünür. Körpə diqqətini cəmləyə bilir, lakin bir neçə santimetrdən uzaq olmayan obyektləri görə bilir. Əgər əliniz indi körpənin əlinə toxunsaydı o sizin əlinizi möhkəm sıxardı.
Həftələr keçdikcə körpənin dərialtı piy qatı daha da inkişaf edir. Artıq sinir sistemi və körpənin dərisinin piy təbəqəsi onun temperaturunu tənzimləyə bilir, buna görədə körpənin bədənini örtən nazik tüklər (lanuqo) artıq lazımsız olur və tökülür, doğuşdan sonra onların bir hissəsi kürək və qol nahiyəsində qala bilər.
Hamiləliyin 30-cu həftəsində qanyaradıcı orqan qırmızı sümük iliyi olur. Əvvəlki həftələrdə qan digər orqanlar tərəfindən istehsal olunurdu (dalaq və qara ciyər).
İndi körpənin ətrafında 1 litrə yaxın amniotik maye var. Körpə böyüdükcə onun miqdarı azalır.
Bu dövrdə:

  • ·Körpənin xasiyyətinin təməli qoyulur;
  • ·Yuxu və oyaq qalma rejimləri formalaşır;
  • ·Sizin gimnastikayla məşqul olmanız, rəqsiniz və gəzintiləriniz körpənin xoşuna gəlir – bu zaman o dincəlir;
  • ·Piy qatının inkişafı nəticəsində körpə doğuşdan sonra lazım olacaq maddələri yığır: kalsium, zülal, dəmir, anticismlər.
Hamiləliyin 30-cu həftəsi: anada hansı dəyişikliklər baş verir?
Hamiləliyin 30-cu həftəsində ananın çəkisi  - 8-12 kq artır. Uşaqlığın hündürlüyü 28-32 sm təşkil edir. Onun ağırlığı bütovliklə hiss olunur: gələcək analar bel və ayaqlardaki ağrılardan şikayət edir.
Uşaqlıq qarın boşluğu orqanlarını qaldırdığına görə onlar ağciyərin hərəkətini məhdudlaşdırır və nəfəs alma zamanı nəfəs darlığı yaradır. Bəzi qadınlar stress sidik saxlamazlığından şikayət edirlər (gülmə, asqırma, öskürmə zamanı). Ayaqlarda ödemlər əmələ gəlir. Bütün bu əlamətlər doğuşdan sonra keçir.
Üçüncü trimestrdə qadınlar gecələr yata bilmir, qəribə yuxular görürlər. Bunlar hormonların və həyəcanlanmanın nəticəsində baş verir. Yuxusuzluq səbəbindən gələcək ana özünü daim yorqun və qəmgin hiss edir.
Vaxtaşırı saxta sancılar kimi tanınan Braxton-Hicks sancıları baş verir. Adətən onlar qısamüddətli olur, hər 4-5 saatdan bir təkrarlanır və qarında və bel nahiyəsində dartılmalarla müşahidə olunur. Əgər bu sancılar güclüdürsə, xoşagəlməz hisslərlə müşahidə olunursa və keçmirsə həkimə müraciət olunmalıdır.

Hamiləliyin 30-cu həftəsində hansı müayinələrdən keçmək lazımdır?
Hamiləliyin 30-cu həftəsində həkiminiz sizə 7-ci planlaşdırılmış baxış keçirir, o qarının ölçüsünü götürür, uşaqlığın hündürlüyünü, arterial təzyiqi, nəbzi və bədən hərarətini ölçür. Aşağıda qeyd olunan analizlərə yönləndirir:
  • ·Qanın və sidiyin ümumi analizi;
  • ·Qanın biokimyəvi analizi;
  • ·Qanda HİV, sifilis, B və C hepatitlərinin analizi;
  • ·Yaxmanın analizi.

Sayt haqqında

Bütün məqalələrin müəllifi Mama-Ginekoloq: Dr. İlahə Quliyeva-dır.
Bütün hüquqlar qorunur.

Biz sosial şəbəkələrdə
Bizimlə əlaqə

Ünvan: AZ1142, Babək pr-ti 92N Xətai r-nu, Bakı, Azərbaycan

Telefon: (+994) 50 365 80 90

E-mail: [email protected]

Sayt haqqında

Bütün məqalələrin müəllifi Mama-Ginekoloq: Dr. İlahə Quliyeva-dır.
Bütün hüquqlar qorunur.

Biz sosial şəbəkələrdə
Bizimlə əlaqə

Ünvan: AZ1142, Babək pr-ti 92N Xətai r-nu, Bakı, Azərbaycan

Telefon: (+994) 50 365 80 90

E-mail: [email protected]

Copyright © | 2019 Sayt SMM-SEO.AZ tərəfindən yığılmışdır. Bütün hüquqlar qorunur.

Copyright © | 2019 Sayt SMM-SEO.AZ tərəfindən yığılmışdır. Bütün hüquqlar qorunur.