Səhifə yüklənir...

 

Ana SəhifəSonsuzluğun müalicəsi

Sonsuzluğun müalicəsiAşılama – Uşaqlıqdaxili inseminasiya

Aşılama – Uşaqlıqdaxili inseminasiya
Aşılama kişinin fertilliyinin azalması zamanı, immunoloji xəstəliklərin nəticəsində yaranan sonsuzluq zamanı terapevtik təsir göstərə bilər. Bu üsulun əsası spermatazoidlərin yumurta hüceyrəsinə doğru hərəkətini rahatlaşdırılmaqdır, belə ki, ovulyasiya zamanı spermatazoidlər nazik boru vasitəsi ilə uşaqlıq boşluğuna yeridilir.
Bu üsulun tətbiq edilməsində əsas şərt uşaqlıq borularının sağlam keçiriliciyinin olmasıdır. Bu səbəbdən, aşılama prosedurundan öncə boruların keçiriliciyi yoxlanılır. Boruların ikitərəfli obliterasiyası zamanı uğurlu nəticə əldə etmək olmur. Eyni zamanda spermoqramma yoxlanılır. Əks cins tərəfindən cinsiyyət sisteminin ciddi pozuntuları zamanı  aşılama istənilən nəticəni vermir. Ovulyasiyanın baş verdiyi halda, hormonal müalicəni başlamazdan öncə, bir neçə aşılama prosedurları etməyi tövsiyyə edirik. Təsirin olmadığı halda, ovulyasiya təsdiqlənməyibsə, onun stimulyasiyası üçün hormonal preparatlardan istifadə olunur. Hər iki halda bir dəfəlik XQ yeritməklə follikulun çatlama vaxtı tənzimlənir. Adətən, aşılama 30-48 saat sonra edilir.

Əməliyyatın icrası
Əks cins təxminən 2 saat öncə gəlir. O , spermoqramma analizinə verdiyi şəkildə sperma verir. Sonra, sperma prosedura hazırlandırılır. Xanımlar üçün aşılamanın heç bir təhlükəsi yoxdur, prosedur isə tam ağrısız şəraitdə keçirilir. Nazik kateterin və hazır spermatazoidlərin yeridilməsini xanımların çoxu hiss etmir. Aşılamadan sonra heç bir qadağa tətbiq olunmur, yəni, fiziki və seksual fəaliyyətə qayıda bilərsiniz.

Aşılamaya icazə
Müalicənin planlaşdırılmış şəkildə aparılması üçün pasientlərə prosedur barədə geniş məlumat verilir, onlardan müalicənin keçirilməsi üçün imza alınır.

İmzalanmış sənədlə hər iki partnyorlar aşılamanın keçirilməsinə razı olduqlarını bildirirlər. Sənədi hər iki partnyorlar həkim otaqında şəxsiyyət vəsiqələrini təqdim etdikdən sonra imzalayır. 

Həmçinin, donor spermasının istifadəsi üçün icazə forması imzalanır. Bu sənədlə hər iki partnyorlar anonim donorun spermasından istifadəyə razı olduqlarını bildirirlər. Partnyorlar donorun şəxsiyyətini öyrənməməyə razılaşırlar. Sənədi hər iki partnyorlar həkim otaqında, şəxsiyyət vəsiqələrini təqdim etdikdən sonra imzalayır.

Sayt haqqında

Bütün məqalələrin müəllifi Mama-Ginekoloq: Dr. İlahə Quliyeva-dır.
Bütün hüquqlar qorunur.

Biz sosial şəbəkələrdə
Bizimlə əlaqə

Ünvan: AZ1142, Babək pr-ti 92N Xətai r-nu, Bakı, Azərbaycan

Telefon: (+994) 50 205 35 30

E-mail: [email protected]

Sayt haqqında

Bütün məqalələrin müəllifi Mama-Ginekoloq: Dr. İlahə Quliyeva-dır.
Bütün hüquqlar qorunur.

Biz sosial şəbəkələrdə
Bizimlə əlaqə

Ünvan: AZ1142, Babək pr-ti 92N Xətai r-nu, Bakı, Azərbaycan

Telefon: (+994) 50 205 35 30

E-mail: [email protected]

Copyright © | 2019 Sayt SMM-SEO.AZ tərəfindən yığılmışdır. Bütün hüquqlar qorunur.

Copyright © | 2019 Sayt SMM-SEO.AZ tərəfindən yığılmışdır. Bütün hüquqlar qorunur.