Səhifə yüklənir...

 

Ana SəhifəSonsuzluğun müalicəsi

Sonsuzluğun müalicəsiSonsuzluğun diaqnostikası

1 il ərzində qorunmadan daimi cinsi əlaqə zamanı mayalanma baş vermirsə sonsuzluq diaqnozu qoyula bilər. 35 yaşdan yuxarı xanımlarda bu müddət 6 ayadək qısalır.

25% -ə yaxın ailələr hamiləliyin baş verməməsiylə bağlı suallarla qarşılaşır. Təəsuf ki, onların hamısı vaxtında mütəxəssisə müraciət etmirlər. Bir çox hallarda həkimə vaxtında müraciət xəstəliyin səbəbinin aradan qaldırılmasına kömək olur.

Hamiləliyin baş verməsi üçün əsas şərtlər:

⦁    Yetişmiş yumurta hüceyrənin və aktiv spermatazoidlərin olması;
⦁    Uşaqlıq borularının sağlam keçiriciliyi;
⦁    Rüşeymin uşaqlıq divarına bitişməsi və onun böyüyüb inkişaf etməsi üçün lazım olan qat.
Bu mərhələlərin hansındasa problem yarandıqda hamiləlik baş vermir. Sonsuzluğun diaqnostikasında ən vacib məqam təbii mayalanma prosesinin hansı etapda dayandığını aşkar etməkdir. Yalnız bundan sonra baş verən patologiyanın səbəbini anlamaq olur.

Sonsuzluğun əsas səbəbləri

İndiki zamanda sonsuzluğun yaranmasına kişilər də qadınlarla bərabər səviyyədə səbəbkardırlar.

Ən çox kişilərdə sonsuzluq problemlərinə rast gəlinir:

⦁    Spermanın pis keyfiyyəti – mayalanmada iştirak edən aktiv spermatazoidlərin az miqdarda olması, spermatazoidlərin morfoloji patologiyaları;
⦁    Toxum daşıyıcı axacaqların keçiriciliyinin pozulması – travmadan, uğursuz əməliyyatdan, infeksion və iltihabi xəstəliklərdən sonra yaranır;
⦁    İmmunoloji amil – immun sisteminin pozuntuları, bu zaman kişinin öz spermatazoidlərinə qarşı anticismlər yaranır;
⦁    Erektil disfunksiya.

Qadın sonsuzluğunun əsas səbəbləri:

⦁    Boru keçiriciliyinin pozulması – yumurtahüceyrə uşaqlıq boşluğuna tərəf hərəkət edə bilmir (məsələn bitişmələrə və ya boru saçaqlarının atrofiyasına görə);
⦁    Yumurta hüceyrələrinin yetişmə prosesinin pozulması – adətən endokrin sistemi xəstəlikləriylə əlaqəlidir;
⦁    Uşaqlığın inkişafında anomaliyalar – hipoplaziya, uşaqlıqda arakəsmənin olması, uşaqlıqdaxili sinexiyalar, şişlər və s.;
⦁    Endometrioz – adenomioz, xarici genital endometrioz, yumurtalıqların endometroid kistaları və s.;
⦁    İmmunoloji uyğunsuzluq – spermatazoidlər qadının immun sistemi tərəfindən məhv olunur;
⦁    Yumurtalıqların vaxtından əvvəl tükənməsi və reproduktiv sistemin normal fəaliyyətinin dayanması;
⦁    Psixoloji amil – stress, yorğunluq.

Sonsuzluğun diaqnostikası nece aparılır?

Uğurlu diaqnostika üçün hər iki partnyorun müayinədən keçməsi məsləhətlidir.

Diaqnostikanın ilkin mərhələsində pasientlərin ümumi və ginekoloji anamnezi toplanılır. Həyat tərzinə aid bütün vacib suallar cavablandırılır (pis vərdişlər, çəkiylə bağlı problemlər, ümumi halsızlıq, stress amillərin olması və s.), həmçinin cinsi sahə barədə (cinsi əlaqənin müntəzəmliyi, cinsi həyatın hansı yaşda başladığı, kontrasepsiya üçün dərmanların qəbulu, cinsi orqanlarda travmalar varsa və əməliyyat tətbiq olunubsa, iltihabi xəstəliklər və cinsi yolla keçən infeksion xəstəliklərin olub olmaması).

İkinci mərhələdə ginekoloji və uroloji baxış keçirilir. Standard prosedurlardan əlavə, həkim üz dərisinin rəngini qiymətləndirir, mədəaltı vəzi və qasıq nahiyyəsini palpasiya edir.

Üçüncü mərhələdə bütün zəruri analizlər verilir və diaqnostik manipulyasiyalar keçirilir. İlk növbədə yoldaşınızın spermoqramması yoxlanılır.

Qənaətbəxş nəticələr əldə olduqdan sonra xanımın müayinəsinə başlanılır:

Xanımlar növbəti müayinələrdən keçirlər:

Ümumi analizlər (qanın, yaxmanın, sidik yolunun və s.);

Qanda hormonların səviyyəsi yoxlanılır:

⦁    Cinsi (testosteron, androstendion, estradiol və s.);
⦁    Böyrəküstü vəzi hormonlarının (DEA-sulfat, DHA-S və s.);
⦁    Qalxanabənzər vəzi (sərbəst T4, T3, tireotrop);
⦁    Hipofiz (prolaktin, FSH, LH, TTH).

İnstrumental və laborator diaqnostika:

⦁    Kiçik çanaq orqanlarının ultrasəs müayinəsi, döş qəfəsinin rentgeni;
⦁    Servikal kanalın və endometriumun diaqnostik qaşınması (həkim göstərişinə əsasən);
⦁    Kolposkopiya;
⦁    Bəzi hallarda qeyri-invaziv cərrahiyyəyə ehtiyac yarana bilər (histeroskopiya və laparoskopiya).

Sayt haqqında

Bütün məqalələrin müəllifi Mama-Ginekoloq: Dr. İlahə Quliyeva-dır.
Bütün hüquqlar qorunur.

Biz sosial şəbəkələrdə
Bizimlə əlaqə

Ünvan: AZ1142, Babək pr-ti 92N Xətai r-nu, Bakı, Azərbaycan

Telefon: (+994) 50 205 35 30

E-mail: [email protected]

Sayt haqqında

Bütün məqalələrin müəllifi Mama-Ginekoloq: Dr. İlahə Quliyeva-dır.
Bütün hüquqlar qorunur.

Biz sosial şəbəkələrdə
Bizimlə əlaqə

Ünvan: AZ1142, Babək pr-ti 92N Xətai r-nu, Bakı, Azərbaycan

Telefon: (+994) 50 205 35 30

E-mail: [email protected]

Copyright © | 2019 Sayt SMM-SEO.AZ tərəfindən yığılmışdır. Bütün hüquqlar qorunur.

Copyright © | 2019 Sayt SMM-SEO.AZ tərəfindən yığılmışdır. Bütün hüquqlar qorunur.