Səhifə yüklənir...

 

Ana SəhifəSonsuzluğun müalicəsi

Sonsuzluğun müalicəsiSüni mayalanma

İndiki zamanda süni mayalanma artıq adi prosedurlardan biri hesab edilir, buna görə də onun haqqında geniş məlumat əldə etmək olar.

Süni mayalanma – sonsuzluğun xüsusi müalicə üsuludur, bu zaman mayalanma qadın orqanizmindən kənarda  baş verir.

Süni mayalanma hansı hallarda tövsiyyə olunur?

Ekstrakorporal mayalanma boru keçiriciliyinin pozulması və ya boruların olmaması zamanı, təbii yolla hamilə qala bilməyən xanımlara, həmçinin, kişi sonsuzluğunun mürəkkəb növləri zamanı tövsiyyə olunur. 

Yumurta hüceyrəsinin süni mayalanması necə baş verir?

Süni mayalanma prosesinin öz xüsusiyyətləri var, hansı kı, sonsuzluğu yaradan səbəblərdən asılıdır. Hər bir patologiyanı ayrı-ayrılıqda araşdırıb uyğun müalicə növü təyin edirik.

Süni mayalanma zamanı müalicənin xüsusiyyətləri

⦁    Xanımlara hormonal, hamiləlik əleyhinə dərmanlar təyin olunur, bunlar ovulyasiya prosesini dondurur. Bu yumurtalıqda kistaların yaranmasının qarşısını alır.
⦁    Həkim yetişmiş yumurta hüceyrəsini vaxtında aşkar etmək üçün menstruasiya siklinə nəzarət edir.
 Süni mayalanmanın mərhələləri:
⦁    Müalicənin başlanması – menstruasiya siklinin ilk günü;
⦁    Siklin ikinci günü – USM və estrogenlərin səviyyəsini yoxlamaq üçün qan analizi;
⦁    Ovulyasiyanı stimulyasiya edən dərmanların təyini və qəbulu;
⦁    Follikullar yetişdikdən sonra xorionik hormon inyeksiyası edilir;
⦁    İnyeksiyadan 36 saat sonra yumurta hüceyrəsi əldə olunur;
⦁    Punksiya günü kişi sperma verir, hansı ki, yad cisimlərdən təmizlənmək üçün xüsusi məhlulla yuyulur;
⦁    Həkim ən keyfiyyətli spermatazoid hüceyrələrini seçir və hər bir yumurta hüceyrəsini mayalandırır;
⦁    Uzun nazik boru vasitəsi ilə rüşeym hüceyrələri uşaqlığa yerləşdirir;
⦁    Prosedurdan 2 həftə sonra xanımlar hamiləlik testi edir.

Süni mayalanmanın effektivliyi

Qeyd edək ki, süni mayalanmanın effektivliyi xanımların yaşından asılıdır:

⦁    35 yaşadək uğurla nəticələnən süni mayalanma 40% təşkil edir;
⦁    35-37 yaş – 30%;
⦁    38-40  yaş – 20%;
⦁    40 yaşdan sonra – 20%;
⦁    44 yaşda – 1% dən çox.

Digər yardımçı reproduktiv terapiya üsullarından istifadə süni mayalanma prosesini uğurla nəticələndirir.

Sayt haqqında

Bütün məqalələrin müəllifi Mama-Ginekoloq: Dr. İlahə Quliyeva-dır.
Bütün hüquqlar qorunur.

Biz sosial şəbəkələrdə
Bizimlə əlaqə

Ünvan: AZ1142, Babək pr-ti 92N Xətai r-nu, Bakı, Azərbaycan

Telefon: (+994) 50 205 35 30

E-mail: [email protected]

Sayt haqqında

Bütün məqalələrin müəllifi Mama-Ginekoloq: Dr. İlahə Quliyeva-dır.
Bütün hüquqlar qorunur.

Biz sosial şəbəkələrdə
Bizimlə əlaqə

Ünvan: AZ1142, Babək pr-ti 92N Xətai r-nu, Bakı, Azərbaycan

Telefon: (+994) 50 205 35 30

E-mail: [email protected]

Copyright © | 2019 Sayt SMM-SEO.AZ tərəfindən yığılmışdır. Bütün hüquqlar qorunur.

Copyright © | 2019 Sayt SMM-SEO.AZ tərəfindən yığılmışdır. Bütün hüquqlar qorunur.