Səhifə yüklənir...

 

Ana SəhifəEstetik ginekoloji əməliyyatlar

Labioplastika – cinsiyyət dodaqlarının və vulvanın ətraf toxumalarının plastik cərrahiyə yolu ilə bərpasına deyilir.

Labioplastikanın növləri

⦁    Lazer üsulu ilə;
⦁    Cərrahi yolla.

Hər texnikanın özünəməxsus üstünlükləri var. Lazer üsulu ilə icra olunan labioplastika kəsimin dəqiqliyini, sterilliyini və tez sağalmanı təmin edir. Cərrahi müdaxilə maksimal nəticə əldə etməyə kömək edir və əməliyyat olunan nahiyədə gözə görünəcək dərcədə iz buraxmır. Cinsiyyət dodaqları səliqəli, simmetrik və 100% təbii görünüş alır.

Labioplastika aşağıdaki problemləri aradan qaldırır:

⦁    Cinsiyyət dodaqlarının assimetriyasını;
⦁    Sallaq və büzüşmüş cinsiyyət dodaqlarını;
⦁    Kiçik cinsiyyət dodaqlarının həddindən artıq uzun olmasını.

Əks göstərişlər

⦁    Cinsiyyət orqanlarının iltihablaşması;
⦁    Zöhrəvi xəstəliklər;
⦁    Hamiləlik.


Cinsiyyət dodaqlarının plastikası aybaşı bitdikdən 2 həftə sonra edilir. Əməliyyatdan öncə qinekoloqun müayinəsindən keçib aşağıdakı analizləri vermək lazımdır:

⦁    Qanın və sidiyin ümumi analizi;
⦁    Cinsi yolla keçən infeksiyaların analizləri;
⦁    HİV, Hepatit B və C analizləri;
⦁    Yaxmanın analizi.

Adətən əməliyyat yerli anesteziya altında icra olunur, 20-30 dəqiqəyə kimi davam edir. Labioplastika düz xəttlə və ya V-şəklində icra olunur. Sonra dəridaxili kosmetik tikişlər qoyulur, hansılar ki, bir müddət sonra sorulur. Əməliyyat demək olar ki, heç bir iz buraxmır, tam təhlükəsiz və ağrısızdır və maksimum estetik görünüşü təmin edir.

Cinsiyyət dodaqlarının kiçildilməsiylə bərabər onların böyüdülməsi də edilə bilir. Bu əməliyyat cinsiyyət dodaqlarının inkişaf qüsurlarını aradan qaldırır. Bu zaman lipofilling tətbiq edilir (pasientin öz piyi ilə) və ya müəyyən miqdarda hialuron turşusu cinsiyyət dodaqlarına yeridlir.

Əməliyyatdan 1-2 gün sonra adi gündəlik həyat tərzinə qayıda bilərsiniz. Şişkinlik əməliyyatdan 7-10 gün sonra keçir. Reabilitasiya dövrü təxminən 2 həftədir, bu müddət ərzində cinsi əlaqədən, yüksək fiziki fəaliyyətdən, saunadan uzaq durmaq tövsiyyə olunur. 

Sayt haqqında

Bütün məqalələrin müəllifi Mama-Ginekoloq: Dr. İlahə Quliyeva-dır.
Bütün hüquqlar qorunur.

Biz sosial şəbəkələrdə
Bizimlə əlaqə

Ünvan: AZ1142, Babək pr-ti 92N Xətai r-nu, Bakı, Azərbaycan

Telefon: (+994) 50 205 35 30

E-mail: [email protected]

Sayt haqqında

Bütün məqalələrin müəllifi Mama-Ginekoloq: Dr. İlahə Quliyeva-dır.
Bütün hüquqlar qorunur.

Biz sosial şəbəkələrdə
Bizimlə əlaqə

Ünvan: AZ1142, Babək pr-ti 92N Xətai r-nu, Bakı, Azərbaycan

Telefon: (+994) 50 205 35 30

E-mail: [email protected]

Copyright © | 2019 Sayt SMM-SEO.AZ tərəfindən yığılmışdır. Bütün hüquqlar qorunur.

Copyright © | 2019 Sayt SMM-SEO.AZ tərəfindən yığılmışdır. Bütün hüquqlar qorunur.