Səhifə yüklənir...

 

Ana SəhifəHisteroskopik əməliyyatlar

Histeroskopik əməliyyatlar / Sonsuzluğun müalicəsiBitişmələrin histeroskopik yolla ləğvi

Bitişmələrin histeroskopik yolla müalicəsi
Uşaqlıqdaxili sinexiyalar (Aşerman sindromu) –selikli qişanın ayrı-ayrı hissələrinin bir birinə bitişmələrinə deyilir (uşaqlıq boşluğunun tam və ya natamam obliterasiyasıyla (divarlarının tam bitişməsiylə) nəticələnir).  Bitişmələrin olması normal endometriumun atrofik dəyişikliklərinə səbəb olur. Uşaqlıqdaxili sinexiyalar menstrual siklin pozulmasına, spermotozoidlərin hərəkət etməsinə, dölün implantasiyasına mane olur.
Aşerman sindromunun əsas əlamətləri – hipomenoreya (menstruasiya zamanı az miqdarda qan gəlməsi), ikincili amenoreya (menstruasiyanın kəsilməsi), alqodismenoreya (ağrılı menstruasiyalar), uşaq düşmə halları, yarımçıq hamiləlik, sonsuzluq, hematometradır (uşaqlıq boşluğunda qanın yığılması).
Diaqnozun təsdiqlənməsi və bitişmələrin yerləşdiyi nahiyələri aşkar etmək üçün USM, hidrosonoqrafiya və diaqnostik histeroskopiya təyin olunur.

Bitişmələrinin yaranma səbəbləri
Aşerman sindromu bazal endometriumun mexaniki zədələnməsi nəticəsində əmələ gəlir. Endometriumun zədələnməsinin əsas səbəbləri kimi: hamiləliyin cərrahi yolla dayandırılması, uşaqlıqdaxili spirallardan istifadə, uşaqlıq boşluğunun qaşınması, uşaqlıq boşluğunun əməliyyatları (miomektomiya, metroplastika) qeyd olunur. Endometriumun zədələnməsi və iltihablaşması endometritin yaranmasına səbəb ola bilər. 

Uşaqlıqdaxili bitişmələrinin dərəcələri
Birləşmiş sahələrin ölçülərinə görə üç dərəcəli sinexiyalar ayırd edilir:

  1. Birinci dərəcə. Aşerman sindromunun ən yüngül dərəcəsidir. Bu zaman uşaqlıq boşluğunun ¼ hissəsindən azı patoloji prosesə məruz qalır, nazik və incə uşaqlıqdaxili sinexiyalar və uşaqlıq borularının dəliyinin sərbəst olması ilə xarakterizə olunur.
  2. İkinci dərəcə. Bu zaman uşaqlıq boşluğunun 14% dən 34% kimi hissəsi   patoloji prosesə məruz qalır, uşaqlıq borularının dəliyi tamamilə olmasa da bağlı olur.
  3. Üçüncü dərəcə. Bu zaman uşaqlıq boşluğunun 34% -dən çox hissəsi   patoloji prosesə məruz qalır, yəni uşaqlıq boşluğu tamamilə bağlı olur.
Cərrahi yolla müalicəsi
Yeganə, ən effektiv üsul, sinexiyaların kəsilməsidir. Əməliyyat histeroskop altında icra olunur. O, optik cihazla, video görüntüylə və cərrahi alətlərlə təchiz olunmuş nazik borudur, hansı ki, uşaqlıq boşluğunun görüntüsünü monitora ötürür. Sinexiyaların mexaniki yolla bölünməsi məsləhətlidir, həmçinin müdaxilə üçün histerorezektoskop istifadə oluna bilər. Əməliyyat təhlükəsizdir, sağlam toxumalar demək olar ki, zədələnmir, buna görə də bərpa dövrü qısadır.
Uşaqlığın deşilməsinin profilaktikası üçün əməliyyat USM vasitəsi ilə icra olunur. Xəstəlik təkrarlanmasın deyə əməliyyatdan sonra hormonal terapiya təyin olunur. Adətən əməliyyat uğurla nəticələnir, lakin, xəstəliyin ağırlıq dərəcəsindən asılıdır.
Hamiləliyi mentrsual siklin bərpasından sonra planlaşdırmaq olar (,əməliyyatdan 2 -3 ay sonra). Lakin, hətta uğurlu əməliyyatdan sonra, anamnezində sinexiyaları olan xanımlar, hamiləliyini bu sahədə təcrübəli olan ginekoloq nəzarəti altında keçirməlidir.

Sayt haqqında

Bütün məqalələrin müəllifi Mama-Ginekoloq: Dr. İlahə Quliyeva-dır.
Bütün hüquqlar qorunur.

Biz sosial şəbəkələrdə
Bizimlə əlaqə

Ünvan: AZ1142, Babək pr-ti 92N Xətai r-nu, Bakı, Azərbaycan

Telefon: (+994) 50 205 35 30

E-mail: [email protected]

Sayt haqqında

Bütün məqalələrin müəllifi Mama-Ginekoloq: Dr. İlahə Quliyeva-dır.
Bütün hüquqlar qorunur.

Biz sosial şəbəkələrdə
Bizimlə əlaqə

Ünvan: AZ1142, Babək pr-ti 92N Xətai r-nu, Bakı, Azərbaycan

Telefon: (+994) 50 205 35 30

E-mail: [email protected]

Copyright © | 2019 Sayt SMM-SEO.AZ tərəfindən yığılmışdır. Bütün hüquqlar qorunur.

Copyright © | 2019 Sayt SMM-SEO.AZ tərəfindən yığılmışdır. Bütün hüquqlar qorunur.