Səhifə yüklənir...

 

Ana SəhifəHisteroskopik əməliyyatlar

Histeroskopik əməliyyatlar / MəqalələrHisteroskopik əməliyyatların xüsusiyyətləri

Histeroskopik əməliyyatlar
Histeroskopik əməliyyatlar və ya histeroskopiya – qadın cinsiyyət orqanlarının daxili səthlərinin müayinəsini və müxtəlif patologiyalarının və xəstəliklərinin müalicəsini uşaqlıq boynu vasitəsilə həyata keçirən cərrahi manipulyasiyalara deyilir.
Histeroskopiya qarın boşluğuna tam müdaxilədən etmədən və prosesi vizual şəkildə idarə edərək mikrocərrahi əməliyyatlar həyata keçirməyə imkanı yaradır.

Histeroskopik əməliyyatlara göstərişlər
Diaqnostik histeroskopiya aşağıdakı hallarda tətbiq olunur:

  • ·Menstruasiya pozuntuları zamanı;
  • ·Sonsuzluğa şübhə yarandıqda;
  • ·Menopauza zamanı qanaxmaların olması;
  • ·Bəzi ginekoloji xəstəlikləri və patalogiyaları təsdiq etmək ehtiyacı yarandıqda (polipləri, törəmələri, uşaqlıq daxili bitişmələri, onkoloji xəstəlikləri və s.);
  • ·Hormonal terapiyanın nəticələrinin qiymətləndirilməsi.
Müalicəvi histeroskopiya əməliyyatına göstərişlər:
  • ·Poliplərin və digər törəmələrin kəsilib çıxarılmasına zəruriyyət;
  • ·Çox miqdarda qanaxmalar;
  • ·Endometriumun hiperplaziyası;
  • ·Uşaqlığın törəmələri;
  • ·Uşaqlıqdaxili spiralın çıxarılması.
Əməliyyata əks-göstərişlər
  • ·Cinsiyyət orqanlarının xroniki xəstəliklərinin kəskinləşməsi;
  • ·Hamiləlik;
  • ·Uşaqlıq boynunun xərçəngi;
  • ·Ekstragenital xəstəliklər zamanı pasientin vəziyyətinin ağırlaşması.
Əməliyyatın tətbiqi
Histeroskopiya (histerorezektoskopiya) əməliyyatına hazırlıq
Müayinədən əvvəl həkim-ginekoloqun qəbuluna yazılmaq və əməliyyatın məqsədəuyğun olduğunu öyrənmək lazımdır.
Əməliyyat öncəsi konsultasiya zamanı həkim-ginekoloq histeroskopiya əməliyyatı üçün menstruasiya siklinin ən uyğun gününü təyin edir və əməliyyat öncəsi müayinələrin siyahısını verir.
Əməliyyat günü su içmək və qida qəbul etmək olmaz.
Anesteziya: venadaxili və ya spinal anesteziya tətbiq olunur.
Prosedurun müddəti 5-30 dəqiqəyə kimi davam edir.
Əməliyyat zamanı kəsilib çıxarılan toxumaların nümunələri histoloji müayinə üçün laboratoriyaya göndərilir. Laboratoriya nəticələrinə əsasən dəqiq diaqnoz qoyulur.

Histeroskopiyadan sonra reabilitasiya
Əməliyyat sonrası dövrdə həkim pasientə gələcək müayinə və iş fəaliyyəti barədə tövsiyyələr verir.
Histeroskopiyadan (histerorezektoskopiyadan) sonra qarının aşağı nahiyyəsində yüngül ağrılar ola bilər, hansılar ki, 1-2 gün ərzində keçir. Histeroskopiyadan sonra 5-10 gün ərzində yüngül qanaxmalar ola bilər – bu müddət ərzində tamponlardan istifadə etmək , duş qəbul etmək  tövsiyyə olunmur, yaxşı olar ki, yüksək fiziki fəaliyyətdən uzaq durasınız; şəxsi gigiyenaya xüsusi diqqət yetirilməlidir.
Cinsi əlaqə barədə həkiminizlə məsləhətləşmək tövsiyyə olunur. Buna qadağa tətbiq olunan əməliyyatın həcmindən asılıdır və 15 gün davam edə bilər.
Ehtiyac yaranarsa, əməliyyatdan sonra pasientə ağrıkəsici və ya antibiotiklər yazılır.

Sayt haqqında

Bütün məqalələrin müəllifi Mama-Ginekoloq: Dr. İlahə Quliyeva-dır.
Bütün hüquqlar qorunur.

Biz sosial şəbəkələrdə
Bizimlə əlaqə

Ünvan: AZ1142, Babək pr-ti 92N Xətai r-nu, Bakı, Azərbaycan

Telefon: (+994) 50 205 35 30

E-mail: [email protected]

Sayt haqqında

Bütün məqalələrin müəllifi Mama-Ginekoloq: Dr. İlahə Quliyeva-dır.
Bütün hüquqlar qorunur.

Biz sosial şəbəkələrdə
Bizimlə əlaqə

Ünvan: AZ1142, Babək pr-ti 92N Xətai r-nu, Bakı, Azərbaycan

Telefon: (+994) 50 205 35 30

E-mail: [email protected]

Copyright © | 2019 Sayt SMM-SEO.AZ tərəfindən yığılmışdır. Bütün hüquqlar qorunur.

Copyright © | 2019 Sayt SMM-SEO.AZ tərəfindən yığılmışdır. Bütün hüquqlar qorunur.