Səhifə yüklənir...

 

Ana SəhifəHisteroskopik əməliyyatlar

Histeroskopik əməliyyatlar / Sonsuzluğun müalicəsiMiomanın histeroskopik çıxarılması

Miomanın histeroskopik çıxarılması
Miomalar yerləşmə yerlərinə görə 3 əsas qrupa bölünür: subseroz , interstisial və submukoz miomalar. Subseroz və əzəzlə qatında yerləşən miomalar Laparoskopik üsulla götürülür. Əgər mioma uşaqlığın daxili qatında və ya boşluq daxilində yerləşirsə submukoz mioma adlandırılır və müalicəsi Histeroskopik üsulla miomanın çıxarılmasından ibarətdir. Digər növlərdən fərqli olaraq sumukoz miomalarda aybaşının gur və uzun müddətlə olması, adi vaxtlarda qanaxmaların olması, parça-parça qan laxtalarının və ya “ət parçalarının “ gəlməsi izlənilir.  Bu miomaların mealicəsi Histeroskopik miomektomiya ilədir. 
Histeroskopiya - xüsusi bir ginekoloji endoskopun (histeroskop) uşaqlığa heç bir kəsik və ya dəlik atmadan təbii doğum yollarından salınaraq vizual kontrol altında tibbi manipulyasiyaları həyata keçirməyə imkan verən müayinə və müalicə metodudur. Miomaları Histeroskopik üsulla xaric etmək üçün Histerorezektoskopdan istifadə edilir ki, xüsusi ilgək vasitəsilə tam qansız üsulla iri ölçülü miomalar xaric edilir və onu qidalandıran damar mənfəzi bağlanır.

Bu növ intrauterin müayinə üçün bir sıra əks göstərişlər vardır:

  • hamiləlik
  • cinsiyyət orqanlarında iltihabi prosesləri
  • ümumi infeksiya xəstəliyinin kəskin forması (pnevmoniya, qrip)
  • kəskin uşaqlıq qanaxması
  • servikal borunun xərçəngi
  • ürək, böyrək və qaraciyərin xəstəliklərinin kəskin forması
Bu üsulun üstünlükləri hansılardır?
Uşaqlıq mioması üçün histeroskopiyanın ən vacib üstünlüyü xəstəliyin diaqnostikası zamanı yüksək dəqiqlik olmasıdır. Rentgen, ultrasəs müayinə və s. heç biri bu üsul qədər dəqiq nəticə verə bilməz. Bir çox qadınlarda, bu diaqnostik prosedur zamanı digər xəstəliklər aşkar edilə bilər və bu onların müalicəsini dərhal yerinə yetirmək imkanı verir. 
Biopsiya üçün bu ən sürətli, rahat və ağrısız bir üsuldur. Uşaqlıq miomunun histeroskopiyası dərinin və uşaqlığın divarının kəsiklə birlikdə keçiriləcək qarın əməliyyatları ehtiyacını aradan qaldırmaq üçün mikrocərrahi müasir üsuldur. Beləliklə, xəstəyə:
  • Uzun müddətli bərpa və əməliyyat sonrası reabilitasiya edilməsinə ehtiyac yoxdur
  • Qadının reproduktiv funksiyasını saxlamaq mümkün olur
  • Gözəl, estetetik, kəsiklə vizual görünüşü korlanmayan bir dəri saxlamaq mümkün olur
Bu üsul az sayda əks göstəricisi və çox sayda imkanları olan bir üsuldur. Prosedur venadaxili anesteziya ilə  həyata keçirilir.

Hazırlıq zamanı nəyi nəzərə almalıyıq?
Əməliyyatdan əvvəl həkim tərəfindən xəstəyə ətraflı suallar verir və bu müddət ərzində onun suallarına dəqiq cavab vermək çox vacibdir. Bu suallar qadının qəbul etdiyi dərman məhsullarına, alergik reaksiyanın mövcudluğuna, yaxın zamanlarda cinsi əlaqənin olub olmamasına adi olacaqdır. Ürək-damar sisteminin, böyrəklərin, ağciyərlərin və son üç ayda baş vermiş infeksion xəstəliklərin, xroniki xəstəliklər barədə həkimi məlumatlandırmaq vacibdir.

Əməliyyatın gedişi: 
Əməliyyat uşaqlıq boşluğuna vaginal yerləşdirilən optik alətli nazik borunun – histeroskop vasitəsi ilə həyata keçirilir. Görünüşü yaxşılaşdırmaq üçün, uşaqlıq boşluğun genişləndirilməsi lazımdır, bunun üçün maye daxil edilir, video kamera çəkir və işıq sensoru monitor ekranında sabit görüntüləri göstərir.
Histeroskopik miomektomiya əməliyyatı içində xüsusi ilgəyi olan Endoskop vasitəsilə aparılır ki, bu da Histerorezektoskop adlanır. Bu alətin köməyi ilə heç bir kəsik atmadan tam qansız şəkildə mioma ilgək vasitəsilə kəsilib götürülür. Miomanın ölçüsündən asılı olaraq əməliyyat 10 dəq ilə 45 dəq arasında dəyişə bilir.

Histeroskopiya sonrası dövr necə keçir?
Prosedurdan sonra xəstə həkim nəzarəti altında üç saat qalmalı, sonra evə buraxıla bilir. 
Əməliyyat sonrası xəstələrdən alınan bilgilərə görə bu əməliyyatın keçirliməsinin çətin olmadığı bildirə bilərik. İlk 3-4 gün qarnın aşağı hissəsində spazm şəklində ağrılar narahat edə bilər sizi, az miqdarda qan axıntıları ola bilər. Prosedurdan sonra vaginal preparatlar, tamponlardan istifadə etmək olmaz. İlk 15 gün cinsi əlaqədə olmaq  məsləhət deyil, əməliyyatın sabahısı günündən etibarən duş qəbul edilə bilər.  Növbəti gündən əmək fəaliyyətinə və gündəlik aktivliyinizə dönə bilirsiniz.

Sayt haqqında

Bütün məqalələrin müəllifi Mama-Ginekoloq: Dr. İlahə Quliyeva-dır.
Bütün hüquqlar qorunur.

Biz sosial şəbəkələrdə
Bizimlə əlaqə

Ünvan: AZ1142, Babək pr-ti 92N Xətai r-nu, Bakı, Azərbaycan

Telefon: (+994) 50 205 35 30

E-mail: [email protected]

Sayt haqqında

Bütün məqalələrin müəllifi Mama-Ginekoloq: Dr. İlahə Quliyeva-dır.
Bütün hüquqlar qorunur.

Biz sosial şəbəkələrdə
Bizimlə əlaqə

Ünvan: AZ1142, Babək pr-ti 92N Xətai r-nu, Bakı, Azərbaycan

Telefon: (+994) 50 205 35 30

E-mail: [email protected]

Copyright © | 2019 Sayt SMM-SEO.AZ tərəfindən yığılmışdır. Bütün hüquqlar qorunur.

Copyright © | 2019 Sayt SMM-SEO.AZ tərəfindən yığılmışdır. Bütün hüquqlar qorunur.