Səhifə yüklənir...

 

Ana SəhifəHisteroskopik əməliyyatlar

Histeroskopik əməliyyatlarMiomarın histeroskopik çıxarılması

Qarının aşağı nahiyəsindəki ağrılar, çox miqdarda qanaxmalar, aybaşının gur və uzuznmüddətli olması submukoz miomanın əlamətləri ola bilər.
Bu xoşxassəli törəmədir. Lakin çox vaxt sonsuzluğa səbəb olur və bədxassəli şişə çevrilə bilir. Statistikaya əsasən bu 0.3% hallarda baş verir.

Uşaqlığın submukoz miomasına 30 yaşdan yuxarı 20% qadınlarda və 40-45 yaşdan yuxarı 40% qadınlarda rast gəlinir.

Miomanın yaradacağı fəsadların qarşısı almaq üçün, patologiyanın əlamətlərinə vaxtında diqqət yetirilməlidir və tez bir zamanda həkimə müraciət edilməlidir.

Miomatoz düyün aşkar edildikdə  cərrahi üsulla götürülür. Təəsüfki, başqa konservativ yollarla ona qalib gəlmək mümkün deyil.

Histeroskopik miomektomiya (minimal invaziv cərrahiyyə yolu ilə submukoz miomatoz düyünlərin kəsilib çıxarılması) tamamilə təhlükəsiz bir prosedurdur və bərpa müddəti çox qısadır.

Histeroskopik miomektomiya hansı qaydada icra olunur?


Submukoz düyünün diaqnozu və xüsusiyyətləri təsdiq olunduqdan sonra həkim əməliyyatın vaxtını, əməliyyat öncəsi hazırlığı və anesteziya üsullarını təyin edir.

Histeroskopik miomektomiya – ambulator şəraitdə aparılan minimal invaziv cərrahiyə üsuludur. O, bir qayda olaraq, yerli anesteziya altında edilir.
Endoskopik ginekoloji əməliyyatlar üzrə ekspert cərrah mama ginekoloq Phd Dr. İlahə Quliyeva  tərəfindən histeroskopik miomektomiya əməliyyatı icra olunur . Burada əsas kriteriyalar: submukoz düyünlərin növü, ölçüləri və yerləşdiyi nahiyələrdir.

Histeroskopik miomektomiyanın üstünlükləri:

⦁    Qisa vaxt tələb edən əməliyyat;
⦁    Reproduktiv sistemin bütün funksiyalarının cərrahi yolla bərpası;
⦁    Qanaxmanın olmaması;
⦁    Kiçik travmatizasiya;
⦁    Əməliyyat sonrası kəsiklərin olmaması və təbii üsula doğuş edə bilmə imkanı.

Vaxtında icra olunmuş histeroskopik miomektomiya – histerektomiyanın (uşaqlığın çıxarılmasının) qarşısını almaq üçün əla fürsətdir.

Bütün prosedur yarım saat vaxt alır. Əməliyyatdan sonra stasionarımızın komfortlu palatasında istirahət edib, tezliklə evinizə gedə bilərsiniz.

Histeroskopik miomektomiya üçün göstərişlər:


⦁    Submukoz miomatoz düyünlər;
⦁    Nazik ayaqcıqlı mioma, uşaq salmalara, sonsuzluğa və anemiyaya səbəb olan gur aybaşılar və aybaşılar arası sakit dövrdə qanaxmanın olması( meno- və ya metroragiyalar).

Histeroskopik miomektomiya üçün əks göstərişlər:

⦁    Kiçik çanağın infeksion xəstəlikləri;
⦁    Uşaqlıq boşluğunun hiperplaziyası;
⦁    Bədxassəli şişlər.

Prosedura necə hazırlanmaq lazımdır?

Əməliyyat öncəsi hormonal terapiya aparılır, buda əməliyyat olunacaq sahəni yaxşı görməyə imkan yaradır. Hormonal terapiya aşağıdakı hallarda aparılır:

⦁    Submukoz düyünün ölçüsü 4-5 sm qədər olduqda;
⦁    Ölçüsündən asılı olmayaraq geniş əsası miomatoz submukoz düyünlər olduqda.
Əməliyyatdan 2-3 gün öncə cinsi əlaqədən uzaq durmaq lazımdır.

Əməliyyat sonrası dövr

Əməliyyatdan dərhal sonra qarnın aşağı nahiyyəsində ağrlar ola bilər, narahat olmayın bu normaldır. Bir müddətdən sonra ağrılar keçəcək.
Histeroskopik miomektomiyadan sonra 2 həftə ərzində cinsi əlaqədən, tamponlardan, uşaqlıqdaxili kontraseptivlərdən, isti hamamdan uzaq durmaq tövsiyyə olunur.

Sayt haqqında

Bütün məqalələrin müəllifi Mama-Ginekoloq: Dr. İlahə Quliyeva-dır.
Bütün hüquqlar qorunur.

Biz sosial şəbəkələrdə
Bizimlə əlaqə

Ünvan: AZ1142, Babək pr-ti 92N Xətai r-nu, Bakı, Azərbaycan

Telefon: (+994) 50 205 35 30

E-mail: [email protected]

Sayt haqqında

Bütün məqalələrin müəllifi Mama-Ginekoloq: Dr. İlahə Quliyeva-dır.
Bütün hüquqlar qorunur.

Biz sosial şəbəkələrdə
Bizimlə əlaqə

Ünvan: AZ1142, Babək pr-ti 92N Xətai r-nu, Bakı, Azərbaycan

Telefon: (+994) 50 205 35 30

E-mail: [email protected]

Copyright © | 2019 Sayt SMM-SEO.AZ tərəfindən yığılmışdır. Bütün hüquqlar qorunur.

Copyright © | 2019 Sayt SMM-SEO.AZ tərəfindən yığılmışdır. Bütün hüquqlar qorunur.