Səhifə yüklənir...

 

Ana SəhifəHisteroskopik əməliyyatlar

Histeroskopik əməliyyatlarBitişmələrin histeroskopik ləğvi

Uşaqlıq daxili bitişmələr (Aşerman sindromu) – uşaqlıq boşluğunun qismən və ya tam obliterasiyasına gətirib çıxıran uşaqlıqdaxili yapışıqlıqlardır.

Uşaqlıqdaxili bitişmələr zamanı hipomenstrual sindrom və ya amenoreya, alqodismenoreya, uşaq dünyaya gətirmə funksiyasının pozulması və bəzən hematometrə inkişafı müşahidə edilə bilər. Aşerman sindromu ultrasəs müayinə, histeroskopiya, ultrasəs histerosalpingoskopiya, hormonal testlər ilə təyin olunur.

Müalicənin əsasını bitişmələrin histeroskopik kəsilməsi və siklik hormon terapiyasının keçirilməsi təşkil edir. Sonrakı proqnoz uşaqlıqdaxili bitişmələrin şiddətliyi və yayılmasından aslıdır.

Ümumi məlumat

Uşaqlıqdaxili birləşmələr endometriyanın zədələnməsi nəticəsində yaranır , uşaqlıq divarlarının bir- birinə yapışmasına və onun deformasiyasına səbəb olurlar. Birləşmələr zamanı normal endometriya atrofik transormasiyaya məruz qalır. Uşaqlıqdaxili birləşmələr menstrual siklin pozulmasına, spermatozoidlərin hərəkətinə mexaniki maneələr yaradır, dölün implantasiya şəraitin pisləşməsinə səbəb olurlar. Və burdan Aşerman sindiromunun nəticələrini görə bilərik – hipomenoreya-yəni aybaşının az olması , 2-cili amenoreya- aybaşı olmama , spontan abort, sonsuzluq.

Uşaqlıqdaxili birləşmələrin yaranma səbəbləri 

Ginekologiyada uşaqlıqdaxili birləşmələrinin inkişafını  infeksion, travmatik agentlərin təsiri ilə əlaqələndirirlər.  Aşerman sindromunun ən məşhur səbəbi bazal endometriumun  öncəki  mexaniki zədələnmələridir.  Endometrinin yaralanması hamiləliyin cərrahi sona çatması, uşaqlıq kontraseptivlərinin istifadəsi, uşaqlıq qanaxması və ya endometrial poliplər zamanı uşaqlıq boşluğunun qaşınması , uşaqlıq daxilində əməliyyatlar (miyomektomiya, metroplastika) nəticəsində baş verə bilər. Endometriumun zədələnməsi   infeksiyanın prosesə qoşulmasıilə  daha da ağırlaşa bilər.

Uşaqlıqdaxili bitişmələrin inkişafına endometriumun biopsiyası və ya menstrual axıntıların bakterioloji tədqiqi zamanı aşkar oluna bilən genital vərəm də səbəb ola bilər. 

Uşaqlıqdaxili bitişmələrin diaqnostikası


Aşerman sindorumunda kiçik çanağın ultrasəs müayinəsi az informasiya almağa imkan verir. Histerosalpinqoskopiya aparılması uşaqlıqdaxili bitişmələrin varlığını daha dəqiq müəyyən etməyə imkan verir.

Histerosalpinqoqrafiya və histeroskopiya apararkən ən tam görüntü əldə etmək mümkün olur. Uşaqlıqdaxili bitişmələrin sayı çox olduğu halda rentgen aparatında uşaqlıq daxili çox qatlı, kiçik kameraları biləşdirən kanallar ilə görünür. 

Histeroskopiya zamanı uşaqlıqdaxili bitişmələr uşaqlıq divarlarını birləşdirən müxtəlif sıxlıq və uzunluqda olan içi boş boru halında olan kanallar kimi görsənəcəklər, obliterasiya və deformasiyalar müşahidə edilir. Neqativ hormon testləri Aşerman sindromunun xarakterik xüsusiyyətləridir - estrogen və progesteron təyinatına cavab olaraq menstrual qanaxmanın olmaması.

Uşaqlıqdaxili bitişmələrin müxtəlif formaları var :

Yüngül forma – bitişmələr uşaqlıq boşluğunun dörddə birindən az hissəsini tutur. Bu halda bitişmələr uşaqlıq borusuna və dibinə yayılmır.
Orta dərəcəli forma – bitişmələr uşaqlıq boşluğunun 75% -nə qədər əhatə edir, boruların ağzını da tutmuş olur.
Ağır forma – bütün uşaqlıq boşluğunu tutur, uşaqlıq divarları tam bir birinə yapışmış formada olur. 

Müalicə:

Uşaqlıq boşluğunda olan bitişmələrin uğurlu müalicəsi cərrahi müdaxiləsiz mümkün deyildir.  Ən çox uyğun gələn üsul histeroskopiyadır. Əməliyyat zamanı aşkar edilən bitişmələr kəsilib çıxarılır. Bunun üçün xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq müxtəlif alətlərdən istifadə olunur( ednoskopik qayçı, pinset, lazer). Sonraki müalicə ambulator şəraitdə aparılır. Xəstəyə menstrual siklin normallaşması və  endometriumun bərpası üçün hormonal mülicə təyin olunur. 

Bitişmələri zamanında ləğv etsəniz hamilə qalma şansı daha da çox artar. Yalnız qeyd etmək lazımdır ki bu xəstəlik təkar olunandır. 25% xəstələrdə bu prosess yenidən təkrarlanır. Bunun qarşısını almaq üçün uşaqlıq daxilinə bitişmə əleyhinə gel şəkilli  maye yeridilir.

Sayt haqqında

Bütün məqalələrin müəllifi Mama-Ginekoloq: Dr. İlahə Quliyeva-dır.
Bütün hüquqlar qorunur.

Biz sosial şəbəkələrdə
Bizimlə əlaqə

Ünvan: AZ1142, Babək pr-ti 92N Xətai r-nu, Bakı, Azərbaycan

Telefon: (+994) 50 205 35 30

E-mail: [email protected]

Sayt haqqında

Bütün məqalələrin müəllifi Mama-Ginekoloq: Dr. İlahə Quliyeva-dır.
Bütün hüquqlar qorunur.

Biz sosial şəbəkələrdə
Bizimlə əlaqə

Ünvan: AZ1142, Babək pr-ti 92N Xətai r-nu, Bakı, Azərbaycan

Telefon: (+994) 50 205 35 30

E-mail: i[email protected]

Copyright © | 2019 Sayt SMM-SEO.AZ tərəfindən yığılmışdır. Bütün hüquqlar qorunur.

Copyright © | 2019 Sayt SMM-SEO.AZ tərəfindən yığılmışdır. Bütün hüquqlar qorunur.