Səhifə yüklənir...

 

Ana SəhifəKeysəriyyə əməliyyatı

Keysəriyyə əməliyyatıKeysəriyyə əməliyyatında anesteziya

Qeysəriyyə əməliyyatının tətbiq olunmasında ən vacib məsələlərdən biri anesteziyadır. Hansı anesteziya növü daha yaxşıdır? Qeysəriyyə əməliyyatında istifadə olunan anesteziya növləri iki qrupa bölünür: ümumi və regional anesteziya. Regional anesteziya növlərindən epidural, spinal anesteziyanı və ya onların kompleksi - spinal-epidural anesteziyanı qeyd etmək olar.

Ümumi anesteziya

10 il əvvəl ümumi anesteziya qeysəriyyə əməliyyatı zamanı istifadə olunan əsas anesteziya növlərindən biri idi. Regional anesteziyanı tətbiq edəcək mütəxəssislərin sayı çox az idi. İndiki zamanda ümumi anesteziyadan çox nadır hallarda istifadə olunur:

⦁    Epidural və ya spinal anesteziyaya əks-göstərişlər olduqda (kəskin qanaxma, koaqulopatiya, trombositopeniya və s.)
⦁    Spesifik hallarda (göbəyin düşməsi və s.);
⦁    Təcili hallarda, regional anesteziyanın tətbiqinə vaxt olmadıqda.


Qeysəriyyə əməliyyatı zamanı ümumi anesteziya regional anesteziyadan daha çox zərərlidir və çətin keçirilir. Hamiləlik zamanı tənəffüs yollarının keçiriciliyi dəyişir, buna görə də traxeyanın intubasiyası zamanı problemlər yaranır. Mədə tərkibinin nəfəs yollarına düşmə riski artır (pnevmoniyayla və ağır nəfəs çatışmazlıqıyla nəticələnə bilər). Ümumi anesteziya zamanı istifadə olunan anestetiklar həm ananın ,həm də körpənin orqanizminə zərər yetirə bilər. Yenidoğulmuşda nəfəs pozuntusu baş verə bilər, sinir sisteminə də mənfi təsiri ola bilir. Yenidoğulmuşda yorğunluq, yuxululuq müşahidə olunur, bu da həkimlərə onun vəziyyəti barədə qərar verməkdə çətinlik yaradır.

Regional anesteziya

Qeysəriyyə əməliyyatı zamanı  epidural və spinal anesteziya “qızıl standard” hesab edilir. Bu üsullar bir-birinə bənzəyir. Onlar ağrı hisslərini bədənin müəyyən nöqtəsində “söndürürlər”. Doğuş keçirən xanım ayıq vəziyyətdə olur və körpənin doğulduğunu görə bilir. Regional anesteziya belin aşağı hissəsinə (onurğa beyninin yaxınlıqında xüsusi nahiyyəyə) ağrıkəsicinin yeridilməsiylə tətbiq olunur.
Fərq yalnız ondadır ki, spinal anesteziya zamanı dərman iynəylə serebrospinal mayeyə yeridilir, epidural anesteziya zamanı isə dərman bel nahiyyəsinə yerləşdirilmiş kateter vasitəsi ilə yeridilir (kateter əməliyyatın sonuna qədər beldə qalır). Kateter vasitəsilə əlavə deşmədən digər dərmanlar da orqanizmə yeridlir.

Spinal anesteziya 10-15 dəqiqə ərzində təsir edir, epidural anesteziya isə yalnız 20-30 dəqiqədən sonra. Ümumi anesteziya zamanı xəstənin ağrı hiss etməyə davam etməsi çox nadir hallarda baş verir. Regional anesteziyada vəziyyət bir qədər fərqlidir. Təəsüf ki, doğuş keçirən qadınların regional anesteziyadan sonra ağrı hiss etməsi nadir hal deyil. Bu insanın fərdi xüsusiyyətlərindən asılıdır. Bəzən, sancılar zamanı sinir sistemi gərginləşir və anesteziyaya tam tabe olmur.

Əgər epidural anesteziyadan sonra ağrı  hissləri qalırsa, bu zaman çıxış yolu çox sadədir, kateter vasitəsilə ağrıkəsicinin yeni dozası yeridilir (o yalnız anestetikın düzgün yeridildiyi zaman təsir göstərir). Qeyd etməliyik ki, ağrıkəsicinin əlavə dozası körpəyə zərər yetirə bilər.
Əks göstərişləri: anesteziya olunan nahiyədə infeksiyanın olması, orqanizm tərəfindən  dözümsüzlük, qan laxtalanmasının pozulması, trombositlərin aşağı səviyyədə olması və s.

Nəticəsi: epidural anesteziya tətbiq olunmuş qeysəriyyə əməliyyatından sonra baş ağrıları yarana bilir, lakin müvafiq dərman müalicəsi ilə qısa bir zamanda aradan qalxır. “Spinal” anesteziyadan sonra baş ağrıları çox güclü deyil.

Epidural və spinal anesteziyanın üstünlükləri: Ümumi anesteziyadan fərqli olaraq ana və körpə üçün daha təhlükəsizdir.

Sayt haqqında

Bütün məqalələrin müəllifi Mama-Ginekoloq: Dr. İlahə Quliyeva-dır.
Bütün hüquqlar qorunur.

Biz sosial şəbəkələrdə
Bizimlə əlaqə

Ünvan: AZ1142, Babək pr-ti 92N Xətai r-nu, Bakı, Azərbaycan

Telefon: (+994) 50 205 35 30

E-mail: [email protected]

Sayt haqqında

Bütün məqalələrin müəllifi Mama-Ginekoloq: Dr. İlahə Quliyeva-dır.
Bütün hüquqlar qorunur.

Biz sosial şəbəkələrdə
Bizimlə əlaqə

Ünvan: AZ1142, Babək pr-ti 92N Xətai r-nu, Bakı, Azərbaycan

Telefon: (+994) 50 205 35 30

E-mail: [email protected]

Copyright © | 2019 Sayt SMM-SEO.AZ tərəfindən yığılmışdır. Bütün hüquqlar qorunur.

Copyright © | 2019 Sayt SMM-SEO.AZ tərəfindən yığılmışdır. Bütün hüquqlar qorunur.