Səhifə yüklənir...

 

Ana SəhifəLaparoskopik ginekoloji əməliyyatlar

Laparoskopik ginekoloji əməliyyatlarBoru hamiləliyinin laparoskopik ləğvi

Boru hamiləliyi (ektopik hamiləlik) - son zamanlara qədər cəza kimi səslənən ən qüdrətli ginekoloji diaqnozlardan biridir. Laparoskopiya öncəsi dövrdə ən çox yayılmış üsul uşaqlıq borusunun çıxarılması idi (uşaqlıqdan kənar hamiləliyin ən çox yayılmış növü boru hamiləliyidir).

Təkrar uşaqlıqdan kənar hamiləlik zamanı qalan borununda çıxarılması spontan yarana biləcək hamiləliyin baş vermə ehtimalını tamamilə aradan qaldırır.  Xüsusilə narahatlıq ektopik hamiləliyin tezliyində kəskin artımdır (müxtəlif müşahidələrə görə rastgəlmə tezliyi son 20 il ərzində 3-5 dəfə artmışdır).

Ektopik hamiləlik riski.

Ektopik hamiləlik inkişafı ehtimalını artıran amillər arasında aşağıdakılar daxildir:


Cinsiyyət orqanlarının iltihabi xəstəlikləri.

Uşaqlıq və onun əlavələrinin iltihablı xəstəliklərinin nəticələri uşaqlıq borusunun ödemidir, onun selikli qişasının bitişmələri, xarici yapışmalar ilə boruların deformasiyası yaranır. Bütün bunlar uşaqlıq borularının keçməməzliyinə gətirib çıxarır. Bu da yumurta hüceyrənin hərəkətini ləngidir. Cinsi yolla ötürülən infeksiyalardan xlamidioz tez-tez ektopik hamiləliyə yol açır.

Uşaqlıq artımlarının ( yumurtalıq və boruətrafı şişlər,kistalar) şişləri

Uşaqlıq borusunu sıxaraq, çıxışı daraldır.

Endometrioz

Uşaqlıq borularında öncədən keçirilmiş əməliyyatlar.

Rekonstruktiv olanlar da daxil olmaqla kobud müdaxilələr, ektopik hamiləlik riskini artırırlar, buna görə də cərrahi üsulların inkişafında uşaqlıq borularını bərpa etmək üçün qarnın ön divarında kəsiklərin tətbiqi səhvdir və laparoskopik müdaxilələr seçim üsuludur.
Cinsi orqanların anadangəlmə anomaliyaları

Endokrinoloji xəstəliklər

Dölün yerləşməsindən və inkişafından aslı olaraq 3 ektopik hamiləlik növü vardır:

Abdominal (qarın)
Boru
Yumurtalıq
Digərlərinə nisbətən boru hamiləliyi daha çox rastlaşılır (98%)

Ektopik hamiləliyin təhlükəliyi nədədir?

Uşaqlıq borusunda embrionun böyüməsi ilə birlikdə borunun divarları da dartılır və nəticədə qadının həyatını təhlükəyə salan, bütün qarın boşluğuna yayılan güclü qanaxma ilə muşaiyət olunan partlama baş verir. Bu vəziyyət qarın boşluğunda baş verən fəlakətin (qarnın aşağısında kəskin agrılar, dərinin rənginin solması, soyuq tər, başgicəllənmə, zəiflik, ürək getmə) görünüşü və diaqnozdan şübhə doğurmur, lakin müalicənin uğurları barədə şübhə doğurur. Hadisələrin belə dramatik hala gəlməsindən qaçmaq üçün xəstənin xəstəliyin erkən əlamətlərinə diqqət yetirməsi, zamanında diaqnoz və lazımi müalicə imkanlarını göstərən bir ginekoloqa müraciət etməsi lazımdır.

Ektopik hamiləlikdən nə zaman şübhələnmək lazımdır?

Ektopik hamiləlik gecikmiş menstruasiya, qarnın aşağı hissələrində başlayan və düz bağırsağa yayılan ağrılar, uşaqlıq yolundan qan gəlməsi ilə müşaiyət olunur. Daha çox hallarda gecikmiş menstruasiya zamanı qadın həkimə xoş xəbər almaq üçün müraciət edir. Müayinə ultrasəs və xroniki qonadotropin (hamiləliyin erkən mərhələlərində döl tərəfindən yaranan hormon) üçün qan testi ilə başlayır. Uşaqlıqdan kənar hamiləliyin diaqnozu XQ hormonunun artımında, ultrasəs müayinə nəticələri əsasında döl yumurtasının uşaqlıq daxilində olmaması və onun boruda olması ilə müəyyən edilir.

Lakin laparoskopiya ən etibarlı metoddur. Laparoskopik müayinə uşaqlığın, uşaqlıq borularının vizual vəziyyətini anlamağa və qarın boşluğunda olan qanın miqdarını oyrənmək üçün imkan yaradır. Tez və dəqiq diaqnozla yanaşı laparoskopiya bir qadının sağlamlığını düşünən ən  incə cərrahi üsuldur. Laparoskopiya başlamazdan əvvəl ektopik hamiləliyin müalicəsi üçün yeganə üsul borunun çıxarılması idi.  Digər borunun çıxarılması isə qadının normal hamilə qalma şansını ömürlük əlindən alırdı. 

Laparoskopiyanın imkanları (optik zoom, miniatür alətlərlə işləmək) bir çox hallarda uşaqlıq borusunu qorumağa imkan verir.

Tubotomiya 

Əməliyyat- uşaqlıq borusunun açılması, döl yumurtasının borudan və qarın boşluğundan çıxarılmasından ibarətdir. Tubotomiya- boruları öz funksiyasını tam yerinə yetirə bilən orqan kimi saxlamağa imkan verir.

Tubektomiya

Çox gecikmiş boru hamiləliyi zamanı uşaqlıq borusu geri dönüşü olmayacaq şəkildə deformasiyaya uğraya bilər. Teorik olaraq, bu vəziyyətdə borunu çıxarmadan tubotomiya həyata keçirmək mümkündür. Təəssüf ki, belə bir boru duzgün işləməyəcək  və yenidən ektopik hamiləliyin təkrarlanması baş verə bilər. Laparoskopiya "hamilə" borunun vəziyyətini etibarlı bir şəkildə qiymətləndirməyə və borunu çıxarmaqdan daha çox təhlükəsiz olduğunda istisna hallarda tubektomiyaya müraciət etməyə imkan verir.

Hər hansı bir laparoskopik müdaxilədə qarın boşluğu daxil olan qandan hərtərəfli yuyulur, bu da yapışmaların meydana gəlməsini aradan qaldırır. Laparoskopiya zamanı ektopik hamiləlik əməliyyatı ilə yanaşı, digər borunun vəziyyətini qiymətləndirmək mümkündür və zərurət yarandıqda eyni zamanda rekonstruktiv müdaxilə də yerinə yetirilə bilər (yapışmaların kəsilməsi, borunun keçməməzliyinin bərpası)

Sayt haqqında

Bütün məqalələrin müəllifi Mama-Ginekoloq: Dr. İlahə Quliyeva-dır.
Bütün hüquqlar qorunur.

Biz sosial şəbəkələrdə
Bizimlə əlaqə

Ünvan: AZ1142, Babək pr-ti 92N Xətai r-nu, Bakı, Azərbaycan

Telefon: (+994) 50 205 35 30

E-mail: [email protected]

Sayt haqqında

Bütün məqalələrin müəllifi Mama-Ginekoloq: Dr. İlahə Quliyeva-dır.
Bütün hüquqlar qorunur.

Biz sosial şəbəkələrdə
Bizimlə əlaqə

Ünvan: AZ1142, Babək pr-ti 92N Xətai r-nu, Bakı, Azərbaycan

Telefon: (+994) 50 205 35 30

E-mail: [email protected]

Copyright © | 2019 Sayt SMM-SEO.AZ tərəfindən yığılmışdır. Bütün hüquqlar qorunur.

Copyright © | 2019 Sayt SMM-SEO.AZ tərəfindən yığılmışdır. Bütün hüquqlar qorunur.