Səhifə yüklənir...

 

Ana SəhifəMəqalələr

MəqalələrVaginizm - funksional cinsi patologiyaların müalicəsi

Vaginizm (kolpospazm və ya vulvizm) problemi barədə danışmaq xanımlar üçün çox çətindir. Eyni zamanda, bu ciddi nevrotik pozuntudur, qadınların hamilə qalması və cinsi fəaliyyəti üçün ciddi təhlükə yaradır.

Vaginizm deyildikdə cinsi orqanların əzələ toxumalarının reflektor spazmı və anusun qalxması nəzərdə tutulur, nəticədə cinsi əlaqə və ginekoloji manipulyasiyalar çətinləşir və ya mümkün olmur.

Kiçik çanaq orqanlarının əzələlərinin sistematik olaraq qeyri-ixtiyari yığılmasına səbəb olan cinsi nevroza təxminən 3%-ə yaxın qadınlarda rast gəlinir. Vaginizm zamanı müalicə fərdi qaydada və kompleks şəklində aparılır. Nevrotik patalogiyadan azad olmaq üçün, nəinki ginekoloqun, həmçinin seksoloqun, psixoterapevtin, proktoloqun köməyi lazım olur. 

Mütəxəsislərin fikrinə görə vaginizm orqanizmin qoruyucu-reflektor mexanizminə əsaslanır (deflorasiya qorxusu, yaxınlıq və ya ginekoloji prosedur zamanı ağrılara qarşı orqanizmin reflektor müdafiəsi). 

Vaginizmi aşağıdakı xəstəliklərdən fərqləndirmək lazımdır:

⦁    Cinsi istəksizlik (koitofobiya);
⦁    Psevdovaginizm (ağrı qiciqlandırıcısına reaksiya kimi əzələlərin mexaniki yığılması);
⦁    Uşaqlıq yolunun anatomik anomaliyaları;
⦁    Cinsiyyət orqanlarının xəstəlikləri (kolpit, genital herpes, bartolinit, çapıqların olması və s.).

Vaginizmin malicəsinə başlamazdan öncə onun səbəblərini və xəstəliyin mərhələsini araşdırmaq lazımdır.

Vaginizmin səbəbləri və əlamətəri:

Vaginizmin səbəbləri – sırf emosional xarakter daşıyır, yəni psixogen təbiətlidir. Cinsi əlaqəyə patoloji yanaşmanın intrapsixi motivləri – fərdi, dini fikirlərin təsirinin nəticəsidir, həmçinin əks cinsə olan antipatiya, yaşanılmış seksual aqressiya, zorlanma halları və s. Çox vaxt diaqnoz digər
somatik pozuntularla müşaiyət olunur:

⦁    Travmatik serebrasteniya;
⦁    Tireotoksikoz;
⦁    Psixasteniya;
⦁    Depressiya və s.

Sayrışan hallar nevrozu zamanı vaginizm fobiyalarla ifadə olunur, hansılar ki, qorxularla əlaqəlidir (ginekoloji prosedurlar, cinsi əlaqə zamanı). Bir çox hallarda vaginizm həssas pasientlərdə inkişaf edir, daimi narahatlıq vəziyyətində olan xanımlarda. İsterik psixotiplər xəstəliyə tərəf “qaçmağı” nümayiş etdirir – belə pasientlərdə vaginizm əks cinsin erektil disfunksiyası zamanı baş verir (erkən, bəzən məcburi evlilik səbəbindən).

Vaginizm diaqnozunu yalnız ginekoloji baxış keçirən və cinsi fəaliyyətə başlayan xanımlara qoyulur. Digər hallarda xəstəliyi təyin etmək mümkün olmur.

Reflektor spazm zamanı, fallosun daxil olması və ya instrumentlərin yeridilməsi mümkün olmur. Əzələlərin yığılması cinsi əlaqə zamanı baş verirsə və fallosu uşaqlıq yolundan çıxarmaq mümkün olmursa – orqan şişməyə başlayır və onun toxumaları zədələnir.

Xəstəliyin mərhələləri

Diaqnostika pasientin şikayətləri və anamnezinə əsasən aparılır. Xəstəliyin 3 əsas mərhələləri qeyd olunur:

⦁    Vaginizmin yüngül mərhələsi - ginekoloji alətlərin, tamponun, fallosun daxil olması zamanı reaksiya olaraq əzələlərin spazmı baş verir;
⦁    Vaginizmin orta mərhələsi – reflektor “cavab” uşaqlıq yolunun fallosla əlaqəsi (toxunulması) zamanı baş verir;
⦁    Vaginizmin ağır mərhələsi - bu zaman cinsi əlaqə haqqında fikirlər əzələlərin sıçrayışlı daralmasına səbəb olur.

Sonuncu mərhələdə xəstəliyin səbəbini aşkar etmək üçün bütün ginekoloji manipulyasiyalar ümumi anesteziya altında aparılır.
Vaginizm xəstəliyinə “güclə” qalib gəlmək mümkün olmur. Xəstənin psixopatik vəziyyəti ağırlaşır.

Vaginizmin müalicəsi

Vaginizm xəstənin həyatına təhlükə yaradan xəstəliklərdən hesab olunmur. Lakin əzələlərin reflektor yığılmalarının nəticələrinə baxsaq (tibbi baxış keçirmək, uşağı təbii yolla dünyaya gətirmək mümkün olmur) problemə ciddi yanaşmaq lazımdır və ilkin əlamətlər zamanı həkimə müraciət olunmalıdır. 

Vulvizm – təkcə tibbi problem deyil. Cinsi həyatın mümkünsüzlüyü evliliyin pozulmasına, qadınların ciddi sosial disfunksiyalarına, psixoloji komplekslərə səbəb olur.

Vaginizmin diaqnostikası və müalicəsi xəstəliyin səbəbini və mərhələsini araşdırmağa, nevrotik pozuntuların fərdi müalicəsinə yönləndirilir.
Kompleks terapiyanın seçilməsi tibbi göstərişlərə əsaslanır. Həqiqi kolpospazmın müalicə üsullarına aşağıdakılər aiddir:

⦁    Psixoterapevtik seanslar;
⦁    İzahlı söhbətlər;
⦁    Gipnoz;
⦁    Cinsi əlaqə haqqında məlumatlandırılması və cinsi mədəniyyətin populyarlaşdırılması;
⦁    Refleksoterapiya;
⦁    Bud və çanaq əzələlərinin rahatlaşması üçün fiziki gimnastika;
⦁    Nəfəs alib-vermə məşqləri;
⦁    Bəzi hallarda xəstələrə trankvilizatorların, antidepressantların və s. qəbulu təyin olunur.
⦁    Botoxların yeridilməsi

Vaginizmin müalicəsində əsas məsələ - stress amillərin, psixikaya zərər verəcək motivlərin aradan qaldırılmasıdır. Kolpospazmın müalicəsi müsbət proqnozlaşdırılır: pasientlərin çoxunda cinsi fəaliyyət bərpa olunur, ginekoloqa getmə qorxusu itir. Qadınlar əks cinslə ünsiyyət zamanı yeni perspektivlər əldə edirlər. Onlar cinsi əlaqənin müsbət tərəflərin anlayırlar, hamiləliyi planlaşdıra bilirlər.

Sayt haqqında

Bütün məqalələrin müəllifi Mama-Ginekoloq: Dr. İlahə Quliyeva-dır.
Bütün hüquqlar qorunur.

Biz sosial şəbəkələrdə
Bizimlə əlaqə

Ünvan: AZ1142, Babək pr-ti 92N Xətai r-nu, Bakı, Azərbaycan

Telefon: (+994) 50 205 35 30

E-mail: [email protected]

Sayt haqqında

Bütün məqalələrin müəllifi Mama-Ginekoloq: Dr. İlahə Quliyeva-dır.
Bütün hüquqlar qorunur.

Biz sosial şəbəkələrdə
Bizimlə əlaqə

Ünvan: AZ1142, Babək pr-ti 92N Xətai r-nu, Bakı, Azərbaycan

Telefon: (+994) 50 205 35 30

E-mail: [email protected]

Copyright © | 2019 Sayt SMM-SEO.AZ tərəfindən yığılmışdır. Bütün hüquqlar qorunur.

Copyright © | 2019 Sayt SMM-SEO.AZ tərəfindən yığılmışdır. Bütün hüquqlar qorunur.