Ginestetik، شارع يحيى باكوفي 24A، باكو، أذربيجان الإثنين – السبت · 09:00 - 17:00 +994 50 365 80 90
د. إلاهة قولييفاطبيبة نسائية وتوليد · جراحة · دكتوراه احجزي موعدًا
العمليات عبر المهبل

علاج هبوط المستقيم عبر المهبل

ترجمة هذه الصفحة قيد الإعداد؛ النص حاليًا باللغة الأذربيجانية.

علاج هبوط المستقيم عبر المهبل
Rektoselin müalicəsi
Rektosel - rektovaginal arakəsmənin incəlməsi nəticəsində suprasfinkterik nahiyyədə düz bağırsağın divarının sallanmasına deyilir.
Ön rektosel zamanı düz bağırsağın divarı uşaqlıq yoluna tərəf şişir, arxa rektosel zamanı anus-omba bağına doğru. Ön rektoselə daha çox rast gəlinir. Kişilərə nisbətən qadınlarda rektoselə daha çox rast gəlinir, bu da qadınlarda daxili cinsiyyət orqanlarının və çanaq diafraqmasının anatomik-fizioloji xüsusiyyətləriylə əlaqəlidir. Qadınlar arasında rektoselə 10%-dan 50%-dək rast gəlinir.

Rektoseli yaradan səbəblər:
  • ·Bir çox hallarda rektosel doğuş travmaları zamanı yaranır (ağırlaşmış doğuşdan və ginekoloji manipulyasiyalardan sonra). Lakin, hətta normal keçən doğuşlarda da rektoselə təhrikedici səbəb ola bilər.
  • ·Qarındaxili təzyiqi artıran vəziyyətlər: 
  • ·Uzunmüddətli qəbz halları; 
  • ·Öskürəklə müşaiyyət olunan tənəffüs sisteminin xroniki xəstəlikləri (bronxit, bronxial astma);
  • ·Ağır fiziki fəaliyyət;
  • ·Çəki artımı.
  • ·Qadın cinsiyyət orqanlarının xroniki iltihabi xəstəliklər;
  • ·Kiçik çanaq orqanlarında keçirilmiş əməliyyatlar (histerektomiya);
  • ·Kollagen metabolizminin anadangəlmə pozulması nəticəsində əmələ gələn birləşdiri toxumanın displaziyası;
  • ·Çanaq dibinin əzələ strukturunun innervasiyasıyla bağlı patologiyalar.
Klinik təzahürləri
Klinik təzahürlərinə görə rektosel 3 dərəcəli olur:
1-ci dərəcə -xəstənin şikayətləri yoxdur və ya defekasiyayla bağlı problemlər yaranır. Bu mərhələdə rektosel düz bağırsaqdan palpasiya zamanı aşkarlanır (rektovaginal arakəsmənin dərinləşməsi).
2-ci dərəcə - natamam defekasiyaya şikayətlər; daimi xarakter daşıyan çətinləşmiş defekasiya. Pasientlərə vaxtaşırı klizmalar edilir və ya qəbzliyi aradan qaldıran dərmanlar verilir. Baxış zamanı düz bağırsağın vaginal boşluğa tərəf şişdiyi aşkar olunur.
3-cü dərəcədə tez-tez defekasiyaya getmə halları, natamam defekasiya baş verir. Əllə palpasiya zamanı düz bağırsağın ön hissəsinin uşaqlıq yoluna tərəf çıxdığını görmək olur. Həmçinin uşaqlığın sallanması, düşməsi və sidik kisəsinin sallanması da paralel olaraq baş verə bilər.

Diaqnostika üsulları
Diaqnoz pasientin şikayətlərinə əsasən və kliniki baxış zamanı qoyulur (vaginal və rektal). Ginekoloji masada baxış zamanı düz bağırsağın ön hissəsinin uşaqlıq yoluna tərəf çıxdığını görmək olur. müayinə üsulu seçilir.

Müalicə taktikası
Rektosel zamanı konservativ terpiya aparılır:
  • ·Çanağın dib hissəsinin əzələləri bərkidilir: elektrostimulyasiya, yoqa və s.;
  • ·Dieta, qəbz əleyhinə preparatlar;
  • ·Pessarilərin istifadəsi – vaginal yeridilmə üçün istifadə olunan və çanaq orqanlarının düzgün yerləşməsin təmin edən halqalar;
  • ·Menopauza sonrası dövrdə pasientlərə estrogen terapiya tövsiyyə olunur (uşaqlıq yolunun divarlarını möhkəmləndirmək üçün;
  • ·Zəruri hallarda düz bağırsağın və cinsi orqanların iltihabi xəstəliklərinin müalicəsi aparılır.
Cərrahi müalicə üsulları, əməliyyata göstərişlər
  • ·Uşaqlıq yoluna təzyiq hissləri;
  • ·Defekasiya yalnız əlin köməyi ilə baş verir və rahatlıq gətirmir;
  • ·Düz bağırsağın sfinkterinin çatışmazlığı və düz bağırsağın invaginasiyası;
  • ·Konservativ müalicə üsulları təsir göstərmir.
Rektoselin ağırlaşmış mərhələsində cərrahi müdaxilə tövsiyyə olunur. Əməliyyat yerli anesteziya altında həyata keçirilir və, demək olar ki, ağrısızdır. Bağırsaq çıxıntısını aradan qaldırmaq üçün və rektovaginal arakəsmənin bərkidilməsi üçün anusu qaldıran sağ və sol əzələlər və uşaqlıq yolunun arxa divarının əzələləri tikilir. Bu əməliyyat düz bağırsağa əlavə müdafiə təmin edir.
Kolpoperineoplastika vasitəsi ilə rektovaginal arakəsmənin cərrahi yolla bərpası diqqətə layiqdir.
Levatoroplastika ilə kolpoperineorafiyya (kolpoperineoplastika) uşaqlıq yolunun arxa  divarının prolapsı, ağırlaşmış rektosel zamanı icra olunur. Kolpoperineorrafiyya zamanı uşaqlıq yolunun arxa divarınn tikilməsi və eyni zamanda aralıq əzələlərinin və  çanaq dibinin əzələ sisteminin plastik əməliyyatı tətbiq olunur. Kolpoperineorrafiyya transvaginal yolla icra olunur. 
Bir qayda olaraq, rektosel əməliyyatı transvaginal və ya transanal yollarla aparılır və, düz bağırsağın və uşaqlıq yolunun həddindən artıq uzanmış toxumalarını kəsib çıxarmaqdan ibarətdir. Çanaq dibi əzələlərini dəstəkləmək və gücləndirmək üçün xüsusi bir torlu implant istifadə edilə bilər.Vacib olan odur ki, istifadı olunan material bədən toxumasına biouyğundur. 
Rektosel əməliyyatı nəticəsində çanaq orqanlarının quruluşu və funksiyaları tam bərpa olur, həmçinin, xəstə normal həyata qayıdır.

Əməliyyatın nəticəsi:
Vaxtında və müvafiq müalicə olduqda çox uğurlu nəticələr əldə etmək olar. Düzgün qidalanma, gimnastika, idman profilaktik əhəmiyyət daşıyır. Hamiləlik dövründə və doğuşdan sonra idmana xüsusi diqqət yetirilməlidir. Əməliyyatdan sonra rektoselin profilaktikası üçün ağırlıq qaldırmaq olmaz.
د. إلاهة قولييفا
كاتبة المقالد. إلاهة قولييفا

جراحة نسائية وتوليد، دكتوراه في الطب. تخصصت في فرنسا، وعضو الجمعية الأوروبية لتنظير أمراض النساء.

لديكِ سؤال؟

احجزي موعدًا أو راسلينا عبر واتساب — سنختار العلاج المناسب معًا.

اتصل بنا

احجزي موعدًا

املئي النموذج — سنتصل بكِ أو نؤكد الموعد عبر واتساب.

الحجز عبر واتساب

املئي النموذج — ستُفتح بياناتك في واتساب كرسالة جاهزة، فقط اضغطي «إرسال».

الوقت
العنوانGinestetik، شارع يحيى باكوفي 24A، باكو، أذربيجان
العيادةGinestetik
الهاتف+994 50 365 80 90
البريد الإلكترونيinfo@ilahequliyeva.az
ساعات العملالإثنين – السبت, 09:00 - 17:00