AZ1142، شارع بابك 92N، منطقة خطائي، باكو، أذربيجان الإثنين – السبت · 09:00 - 17:00 +994 50 365 80 90
İQ د. إلاهة قولييفاطبيبة نسائية وتوليد · جراحة · دكتوراه احجزي موعدًا
متابعة الحمل

الموجات فوق الصوتية ثلاثية ورباعية الأبعاد أثناء الحمل

ترجمة هذه الصفحة قيد الإعداد؛ النص حاليًا باللغة الأذربيجانية.

الموجات فوق الصوتية ثلاثية ورباعية الأبعاد أثناء الحمل
Hamiləlikdə USM diaqnostika
Müasir ginekologiyada ultrasəs müayinəsiz keçinmək mümkün deyil. Bizim müayinəmizdə USM-in bütün növlərinə rast gəlmək olar, o cümlədən 2D, 3D, 4D ulrasəs müayinələrinə. Bu üsullar həkimlərə diaqnostik səhvlərin qarşısını almağa kömək edir, analara isə körpəni bətndaxili izləməyə imkan yaradır.
Hamiləlikdə ultrasəs müayinəsi vizual olaraq, yüz faiz ehtimal ilə hamiləliyi təsdiqləyir, onun dəqiq müddətini, embrionun mövqeyini və onun inkişaf qüsurlarını təyin edir. Eyni zamanda, bu üsul bir çox üstünlüklərə malikdir:
  1. Qeyri-invaziv yolla (yəni, orqan toxumalarına daxil edilmədən) aparılması;
  2. Dölün təhlükəsizliyi;
  3. Asan istifadə qaydası (xanımlardan xüsusi hazırıq tələb etmir və tibbi göstərişlərə əsasən hər an keçirilə bilər);
USM-in aşağıdakı növləri mövcuddur:
  • ·2D USM- iki müstəvidə təsvir olunan görüntü;
  • ·3D USM –üç müstəvidə təsvir olunan geniş həcmli görüntü;
  • ·4D USM- üç müstəvidə təsvir olunan geniş video görüntü;
3D və 4D USM 2D USM kimi körpənin sağlamlığı üçün təhlükəsizdir, lakin, onlar, akuşer ginekoloq üçün daha qiymətli diaqnostik məlumat verir və daha dəqiq proqnozlara malikdir. Bu zaman, dölün üz cizgilərini, bədən quruluşunu, mimikasını və hərəkətlərini izləmək olur.
2D USM dölü və uşaqlıq boşluğunu 2 ölçüdə təsvir edir, üfuqi və şaquli, nəticədə səthi iki ölçülü ağ-qara təsvirlər əldə olunur.
Bir çox hallarda tibbi müəsisələrdə xanımlara 2D USM təyin olunur:
  • ·Dölün proporsiaları və böyüməsinə əsasən hamiləliyin müddətini təyin etmək məqsədiylə;
  • ·Çoxdöllü hamiləliyi təyin və ya istisna etmək məqsədiylə;
  • ·Plasentanın və dölün uşaqlıq boşluğunda yerləşdiyi mövqeyi aşkar etmək üçün;
  • ·Dölün daxili orqanlarının inkişaf qüsurunu təyin etmək məqsədiylə;
  • ·Dölün damarlarında, uşaqlıqda   qan dövranını müayinə etmək üçün;
  • ·Dölün ürək döyüntulərini izləmək üçün.
Adətən, hamiləliyin erkən dövrlərində (4-cü həftədə), sonra 11-13, 20-22, 32-33-cü həftələrində vacib qaydada 2D USM edilir. Bu zaman dölün inkişaf dinamikası, anomaliyaların olmaması, uşaqlıq-plasentar kompleksinin vəziyyəti qiymətləndirilir, hamiləliyin müddəti təyin edilir.
Xanımalırın istəklərinə əsasən 3D və  4D US müayinələri aparıla bilər. 4D USM zamanı videogörüntü CD diskinə köçürülüb pasientə təqdim olunur. 
Hamiləlikdə 3D USM
3D ultrasəs müayinəsi dölü  və onun orqanlarını sürətli və dəqiq şəkildə vizualizasiya edir. Daha çox 11-28 həftəlik hamiləlik zamanı istifadə olunur, bu həftələrdə döl amniotik mayedə sərbəst hərəkətlər edir. Sonrakı həftələrdə döl daha az hərəkətlər edir və uşaqlığın arxa divarina söykənir, buda həcmli görüntü almağa mane olur.
3D USM vasitəsi ilə dölün bədənin müxtəlif hissələri ətraflı şəkildə müayinə olunur: başı, onurğa sütunu, dayaq-hərəkət sistemi, boynu, üzü və s.
3D USM zamanı boyun qatının qalınlığı 2D USM-lə müqaisədə daha dəqiq ölçülür (30% dəqiqliklə), bu da genetik anomaliyaları aşkar etməyə kömək edir, üz sümüyünün anomaliyaları (“qurd ağızlıq”)  və burun sümüyünün inkişaf qüsuru (“dovşan dodaq”) təyin olunur.  Həmçinin, artıq ilk trimestrdə, sinir sisteminin anomaliyalarını istisna etmək üçün imkan yaranır (beyində mədəciyin vizualizasiyası), ürək-damar sisteminin mövcüd qüsürları aşkarlanır.
Bundan əlavə hamiləliyin 15-ci həftəsində dölün cinsiyyətini təyin etmək imkanı yaranır.
3D Ultrasəs müayinəsi 3 rejimdə aparılır:
  • ·Skelet rejimi;
  • ·Qarışıq rejim;
  • ·Səthi rejim.
Skelet rejimi skelet sisteminin inkişafını, simmetriyasını, barmaqların, çənə sümüyünün, fəqərələrin quruluşunu  təyin etmək üçün aparılır. Səthi rejim bədən səthini, üz quruluşunu dəqiq identifikasiya edir, buna görədə üz anomaliyalarını istisna etmək üçün istifadə olunur. Qarışıq rejim yönləndirici xarakter daşıyır.
Hamiləlikdə 4D USM
4D USM video görüntü əldə etməyə  imkan yaradır. USM-in təsirinə görə digər növlərdən seçilmir, buna görə də ana və körpə üçün təhlükəsizdir. Əslində buda 3D USM kimidir, lakin, görüntüləri ayrı-ayrı təsvirlərlə deyil video şəklində əldə etmək olur.
4D USM dölü, onun üzünü, hərəkətlərini və mimikasını vizualizasiya edir. 
Həkim üçün hamiləlikdə 4D USM-də qiymətli məlumatlar daşıya bilər, çünki, hərəkət zamanı dölün üz sümüyünü, proporsiyalarını izləyərək onun aktivliyi barədə nəticə əldə olunur.
د. إلاهة قولييفا
كاتبة المقالد. إلاهة قولييفا

جراحة نسائية وتوليد، دكتوراه في الطب. تخصصت في فرنسا، وعضو الجمعية الأوروبية لتنظير أمراض النساء.

لديكِ سؤال؟

احجزي موعدًا أو راسلينا عبر واتساب — سنختار العلاج المناسب معًا.

اتصل بنا

احجزي موعدًا

املئي النموذج — سنتصل بكِ أو نؤكد الموعد عبر واتساب.

الحجز عبر الإنترنت

يستغرق دقيقة واحدة

نوع الموعد
الوقت

بإرسال النموذج توافقين على استخدام بياناتكِ لترتيب الموعد فقط.

العنوانAZ1142، شارع بابك 92N، منطقة خطائي، باكو، أذربيجان
العيادةBaku Medical Plaza
الهاتف+994 50 365 80 90
البريد الإلكترونيinfo@ilahequliyeva.az
ساعات العملالإثنين – السبت, 09:00 - 17:00