Ginestetik، شارع يحيى باكوفي 24A، باكو، أذربيجان الإثنين – السبت · 09:00 - 17:00 +994 50 365 80 90
د. إلاهة قولييفاطبيبة نسائية وتوليد · جراحة · دكتوراه احجزي موعدًا
الفحص النسائي الدوري

ما هو تنظير المهبل ولماذا يلزم؟

ترجمة هذه الصفحة قيد الإعداد؛ النص حاليًا باللغة الأذربيجانية.

ما هو تنظير المهبل ولماذا يلزم؟
Kolposkopiya nədir?
Kolposkopiya uşaqlıq boynunda və uşaqlıq yolunda mövcüd olan xəstəlikləri aşkar etmək üçün yüksək informativ diaqnostika üsuludur, indiki zamanda uşaqlıq boynu xəstəliklərinin müayinəsini onsuz təsəvvür etmək mümkün deyil.
Kolposkopiya ən optimal müalicəni təyin etmək üçün, uşaqlıq boynunun və uşaqlıq yolunun səthinə nəzarət etmək üçün, bəzən xanımları lazımsız tibbi prosedurlardan azad etmək üçün istifadə olunan qabaqcıl müayinə üsüllarından biridir.

Xanımlar nə üçün kolposkopiya ediməlidir?
Məhz bu müayinənin köməyi ilə uşaqlıq boynunda və uşaqlıq yolunda yaranan bədxassəli şişi ilkin mərhələdə aşkar etmək və adi halda görünməyən, şübhəli nahiyyələri təyin etmək olur. Bu nahiyyələrin təyini biopsiya üçün dəqiq nümunə götürməyə və sitoloji yaxma hazırlamağa yardım edir.
Uşaqlıq boynunun bədxassəli xəstəliklərinin sitoloji üsulla müayinəsi və profilaktikası yaxmada aşkar olunan toxumaların strukturunu və hüceyrə səviyyəsində zədələnməsini təyin etməyə imkan yaradır.

Bu prosedurun əks göstəriciləri nədir?
Kolposkopiya əks göstərişləri olmayan qeyri invaziv təhlükəsiz müayinə üsuludur.

Bu ağrısız prosedurdur? Hansı qaydada keçir?
Kolposkopiya müayinəsi sadə və geniş aparıla bilər. 
Sadə kolposkopiya zamanı (8-40 dəfəyədək boyüdərək) dərman maddələri istifadə etmədən uşaqlıq boynunun və uşaqlıq yolunun səthinə baxış keçirilir. Sadə müayinə zamanı şübhəli toxuma sahələri aşkarlandıqda  geniş kolposkopiyaya müraciət edilir.
Geniş kolposkopiya zamanı uşaqlıq yolunun səthinə müxtəlif testlər edilir, bu zaman toxumaların dərman maddələrinə reaksiyası qiymətləndirilir.

Uşaqlıq boynu xərçənginə görə nə üçün müayinə olunmaq lazımdır?
Uşaqlıq boynu xərçəngi xəstəliyi və bu xəstəliyə görə ölüm halları dünyada demək olar ki, 1-ci yerdədir, bu səbəbdən də ölkəmizin bütün xanımlarını kolposkopiya müayinəsi üçün təcrübəli ginekoloq, Fransada ixtisaslaşmış Phd Dr. İlahə Quliyevaya müraciət etməyə dəvət edirik.
Müayinənin məqsədi – xərçəng hüceyrələrinin mövcudluğunu vaxtında təyin etmək üçün müntəzəm olaraq sitoloji analizləri həyata keçirməkdir. Uşaqlıq boynundakı, papiloma virusun səbəb olduğu, xərçəngə qədərki dəyişiklər bədxassəli hesab edilmir, lakin müalicə olunmadıqda 10 ilə bədxassəli şişə çevrilmə ehtimalı var. Sitoloji analiz - uşaqlıq boynundan adi yaxma götürməkdir. Uşaqlıq boynundan hüceyrələrin laborator analizi üçün toxuma nümünəsi götürülür. Əgər analizdə dəyişikliklər aşkar olunarsa və təsdiq edən diaqnostika tələb olunarsa, bu zaman daha genish müayinəyə - kolposkopiyaya müraciət edilməlidir. Həmçinin kolposkopiya, uşaqlıqda ginekoloji baxış zamanı dəyişikliklər və qanaxmalar müşahidə olunduğu zaman da təyin edilir.

Kolpiskopiyanı hansı müayinə üsuluyla birlikdə keçirmək məsləhətlidir?
Kolposkopiya və sitoloji müayinə üsullari profilaktik baxış zamanı nəticə verir. 
Araşdırmalar nəticəsində uşaqlıq boynunun patologiyasının dəqiq diaqnozu sitoloji üsüllarla 75.6 % xəstələrdə, geniş kolposkopiya zamanı isə 86.8 % xəstələrdə təsdiqini tapir. Bu üsülların birlikdə keçirildiyi zaman diagnoz 96.5 % təsdiqlənir.

MARAQLI FAKT:
•    Kolposkopiya üsulunu hər geniş ginekoloji müayinə zamanı tətbiq etmək lazımdır.
•    Kolposkopiyanı Pap-yaxmanı götürməklə bərabər etmək lazımdır, hansı ki, daha dəqiq nəticə verir.



د. إلاهة قولييفا
كاتبة المقالد. إلاهة قولييفا

جراحة نسائية وتوليد، دكتوراه في الطب. تخصصت في فرنسا، وعضو الجمعية الأوروبية لتنظير أمراض النساء.

لديكِ سؤال؟

احجزي موعدًا أو راسلينا عبر واتساب — سنختار العلاج المناسب معًا.

اتصل بنا

احجزي موعدًا

املئي النموذج — سنتصل بكِ أو نؤكد الموعد عبر واتساب.

الحجز عبر واتساب

املئي النموذج — ستُفتح بياناتك في واتساب كرسالة جاهزة، فقط اضغطي «إرسال».

الوقت
العنوانGinestetik، شارع يحيى باكوفي 24A، باكو، أذربيجان
العيادةGinestetik
الهاتف+994 50 365 80 90
البريد الإلكترونيinfo@ilahequliyeva.az
ساعات العملالإثنين – السبت, 09:00 - 17:00