Ginestetik، شارع يحيى باكوفي 24A، باكو، أذربيجان الإثنين – السبت · 09:00 - 17:00 +994 50 365 80 90
د. إلاهة قولييفاطبيبة نسائية وتوليد · جراحة · دكتوراه احجزي موعدًا
العمليات عبر المهبل

علاج سلس البول عبر المهبل — TOT

ترجمة هذه الصفحة قيد الإعداد؛ النص حاليًا باللغة الأذربيجانية.

علاج سلس البول عبر المهبل — TOT
Stress sidik saxlamazlığı qarın boşluğunda təzyiqin artmasıyla sidik kisəsinin sıxılması və sidiyin axmasıyla xarakterizə olunur.

Sidik kisəsinə bu təzyiqi öskürək, gülmək, asqırmaq və fiziki fəaliyyət (qaçış, tullanma,əyilmə) yaradır. Sidiyin axmasının əsas səbəbi sidik kanalının altındakı toxumaların və çanaq dibi əzələlərinin zəifləməsidir, hansılar ki, artan təzyiqə dözə bilmirlər.

Xəstəliyin səbəbləri:

⦁    Uşaqlıq yolu divarlarının sallanması;
⦁    Cinsiyyət hormonlarının ifrazatının pozulması;
⦁    Xroniki xəstəliklər (mübadilə proseslərinin, qan dövranının pozulması ilə müşayiət olunan);
⦁    Çanaq dibinin doğuş və travmalardan sonra zədələnmələri;
⦁    Birləşdirici toxuma strukturlarının çatışmazlığı.

Qadınlarda stress sidik qaçırma olduqda, əməliyyat seçim üsuludur. Müdaxilənin çətinliyinə görə bir neçə cərrahi manipulyasiyalar mövcuddur. Bu və ya digər əməliyyatın seçimi xəstəliyin mərhələsindən, qadının sidik kisəsinin quruluşundan asılıdır.

Sidik qaçırmanın TOT sling əməliyyatı ilə müalicəsi

İmplantın istifadəsi ilə tətbiq olunan əsas əməliyyat növlərindən biri TOT sling əməliyyatıdır.

Əməliyyata göstərişlər:
⦁    Stress sidik saxlamazlığı.
Əməliyyata əks-göstərişlər:
⦁    Qan laxtalanmasının pozulması;
⦁    Somatik xəstəliklər (hipertoniya, qeyri-stabil stenokardiya, ağır keçən şəkərli diabet, kəskin anemiya).

Əməliyyat öncəsi müayinələr:

⦁    Kolposkopiya;
⦁    Kiçik çanaq orqanlarının USM müayinəsi;
⦁    Ayaq damarlarının ultrasəs müayinəsi;
⦁    Bakterioloji yaxma, servikal kanaldan əkmə üçün yaxmanın alınması;
⦁    Uşaqlıq boynundan onkositologiya;
⦁    Sidiyin ümumi analizi;
⦁    Qanın ümumi analizi və retikulositlər;
⦁    Elektrokardioqramma;
⦁    Hepatit B,C, HİV və sifilis analizləri;
⦁    Qanın biokimyəvi analizləri;
⦁    Koaquloqramma;
⦁    Qan qrupu və rezus faktor və s.

Anesteziya

Bu tip əməliyyatlar spinal və ya endotraxeal anesteziya altında icra olunur. Anesteziya üsulu cərrahla anestezioloqun məsləhətləşməsi nəticəsində seçilir, təbii ki, xəstənin istəyi də nəzərə alınır.

Əməliyyatın gedişatı


Müdaxilənin mahiyyəti olduqca sadədir: sidik kanalının altına  xüsusi insan toxumasına biouyğun tor yerləşdirilir. Bu ilgək sidik kanalını fizioloji vəziyyətdə saxlayır, qarındaxili təzyiq artdıqda sidiyin axmasına mane olur.
 Bu torun yeridilməsi üçün uşaqlıq yolunun ön divarında kəsik aparılır və qasıq qatlarında 2 kəsik icra olunur, onlar kosmetik deffekt yaratmır. Vaxt keçdikcə, tor birləşdirici toxumayla örtülür və sidik kanalını möhkəm saxlayır.

Əməliyyatdan sonra

Xəstə əməliyyatdan 1 gün sonra evə yola salınır. 15 gün sonra həkim təkrar müayinəyə çağıra bilər. Müdaxilədən sonra bədəndə heç bir iz qalmır.

⦁    Bərpa müddəti 10-14 gün təşkil edir;
⦁    Əməliyyatdan sonra 1-1.5 ay ərzində idmanla məşqul olmaq olmaz;
⦁    1,5 -2  ay ərzində cinsi əlaqədən uzaq durmaq lazımdır;
⦁    3-4 həftə ərzində isti vanna qəbul etmək, saunaya getmək qadağandır.


د. إلاهة قولييفا
كاتبة المقالد. إلاهة قولييفا

جراحة نسائية وتوليد، دكتوراه في الطب. تخصصت في فرنسا، وعضو الجمعية الأوروبية لتنظير أمراض النساء.

لديكِ سؤال؟

احجزي موعدًا أو راسلينا عبر واتساب — سنختار العلاج المناسب معًا.

اتصل بنا

احجزي موعدًا

املئي النموذج — سنتصل بكِ أو نؤكد الموعد عبر واتساب.

الحجز عبر واتساب

املئي النموذج — ستُفتح بياناتك في واتساب كرسالة جاهزة، فقط اضغطي «إرسال».

الوقت
العنوانGinestetik، شارع يحيى باكوفي 24A، باكو، أذربيجان
العيادةGinestetik
الهاتف+994 50 365 80 90
البريد الإلكترونيinfo@ilahequliyeva.az
ساعات العملالإثنين – السبت, 09:00 - 17:00