AZ1142، شارع بابك 92N، منطقة خطائي، باكو، أذربيجان الإثنين – السبت · 09:00 - 17:00 +994 50 365 80 90
İQ د. إلاهة قولييفاطبيبة نسائية وتوليد · جراحة · دكتوراه احجزي موعدًا
العمليات التجميلية النسائية

تضييق المهبل الجراحي

ترجمة هذه الصفحة قيد الإعداد؛ النص حاليًا باللغة الأذربيجانية.

تضييق المهبل الجراحي
Vaginoplastika – cərrahi yolla vaginanın (uşaqlıq yolunun) həcmini kiçiltmək, elastikliyini və estetik görünüşünü bərpa etmək üçün icra olunan plastik əməliyyat növüdür. Yaş ötdükcə xanımlar oxşar problemlərlə üzləşirlər-cinsiyyət orqanının dərisi tündləşir, onun sağlam görünüşü isə pisləşir. Uşaqlıq yolunun vəziyyətinə hormonal sistemin pozulması və doğuş təsir göstərir. Bu kosmetik defektləri aradan qaldırmaq üçün müasir üsullardan istifadə olunur.

Əməliyyata göstərişlər

⦁    Doğuş zamanı yaranan travmalar (uşaqlıq yolunun divarlarının dartılması, cırılması və deşilməsi);
⦁    Uşaqlığın anadangəlmə qüsurları;
⦁    Yaşla bağlı dəyişikliklər (uşaqlığın sallanması, əzələ tonusunun azalması).

Əməliyyata hazırlıq

Əməliyyatdan öncə Ginekoloq Cərrah tərəfindən ginekoloji baxış keçirilir və əməliyyatın növü təyin edilir. Sonra aşağıda qeyd olunan analizlər verilir:

⦁    Yaxmanın analizi;
⦁    Qanın analizləri (ümumi, biokimyəvi, infeksiyalar və hepatitlər);
⦁    Sidiyin analizi;
⦁    Döş qəfəsinin rentgeni;
⦁    Kardioqramma;

Bütün bu prosedurlar əks göstərişləri aşkar etmək üçün aparılır.

⦁    Əməliyyat günü yemək və su içmək olmaz.

Əməliyyatın tarixi aybaşı siklinə əsasən hesablanır, ən optimal günlər menstruasiya sonrası günlər hesab edilir.

Əks göstərişlər

⦁    İnfeksiya;
⦁    İltihablaşma;
⦁    Qanın laxtalanmasının pozulması;
⦁    Xroniki xəstəliklərin kəskin fazası;
⦁    Xərçəng xəstəliyi;
⦁    Anti koaqulyantların istifadəsi;
⦁    Çapıqların əmələ gəlməsinə meyillilik;
⦁    Nevroloji xəstəliklər;
⦁    Ürək - damar xəstəliklər.

Əməliyyatın icrası

Uşaqlıq yolunun plastikasının 2 növü mövcuddur:

⦁    Pasientin toxumalarından istifadə (uşaqlıq yolunun ön divarının bərpası, girişinin daraldılması, çanaq diafraqmasının möhkəmləndirilməsi);
⦁    İmplantlardan istifadə (uşaqlıq yolunun divarlarının xüsusi torla fiksasiyası (sallanma və düşmə zamanı), hansı ki, maksimal üzunmüddətli nəticə verir.

Prosedur ümumi narkoz altında ortalama 1-2 saat davam edir. Sonda həkim tikişlər qoyur və pasienti stasionara yönləndirir.

Əməliyyatın mümkün olacaq ağırlaşmaları:


⦁    Şişkinliklər. 2 aydan sonra tamamilə keçir;
⦁    Dartılma tipli yüngül ağrılar. Normada 2-3 həftəyədək davam edir;
⦁    Göyərmələr. Böyüyüb, güclü ağrılara səbəb olursa, mütləq həkimə müraciət edilməlidir;

Vaginoplastikadan sonra tez sağalmaq üçün həkim məsləhətlərinə riayət edilməlidir:

⦁    Əməliyyatın ilk həftəsində tikişlər xüsusi antiseptiklərlə silinməlidir.
⦁    15 gün ərzində oturmaq qadağandır;
⦁    İdman 2 ay qadağandır;
⦁    1 il ərzində 5 kg-dan artıq çəki qaldırmaq olmaz.
⦁    2 ay ərzində pəhriz saxlanılmalıdır (köp yaradan qidalardan uzaq durmaq lazımdır);
⦁    Vaginal kontaktlardan 2 ay ərzində imtina edilməlidir.


د. إلاهة قولييفا
كاتبة المقالد. إلاهة قولييفا

جراحة نسائية وتوليد، دكتوراه في الطب. تخصصت في فرنسا، وعضو الجمعية الأوروبية لتنظير أمراض النساء.

لديكِ سؤال؟

احجزي موعدًا أو راسلينا عبر واتساب — سنختار العلاج المناسب معًا.

اتصل بنا

احجزي موعدًا

املئي النموذج — سنتصل بكِ أو نؤكد الموعد عبر واتساب.

الحجز عبر الإنترنت

يستغرق دقيقة واحدة

نوع الموعد
الوقت

بإرسال النموذج توافقين على استخدام بياناتكِ لترتيب الموعد فقط.

العنوانAZ1142، شارع بابك 92N، منطقة خطائي، باكو، أذربيجان
العيادةBaku Medical Plaza
الهاتف+994 50 365 80 90
البريد الإلكترونيinfo@ilahequliyeva.az
ساعات العملالإثنين – السبت, 09:00 - 17:00