Sonsuzluğa necə qalib gəlmək olar
Sonsuluq və süni mayalanma mövzusu bir çox suallar doğurur, vəziyyəti düzgün qiymətləndirməyi və uşağın doğuş problemini həll etməyi çətinləşdirən stereotiplər mövcüddur.
İlahə Quliyeva
Cərrah, mama-ginekoloq
Tibb üzrə fəlsəfə doktoru (mamalıq və cərrahiyyə ixtisası üzrə)
Cərrah mama-ginekoloq İlahə Quliyevanın sonsuzluğun müalicəsi barədə müsahibəsi
Sonsuzluq nə deməkdir? Onu xəstəlik adlandırmaq olar yoxsa digər mənası var?
Sonsuzluq – ümumi anlayışdır. Qorunmadan bir il ərzində cinsi həyat yaşayırsa və qadın hamilə qala bilmirsə bu diaqnoz qoyulur. Əlbətdə ki cinsi həyat nizamsız olarsa bu diaqnozu qoymağa tələsmək lazım deyil.
Sonsuzluğun müxtəlif növləri mövcuddur: ilkin və ikincili (qadın əvvəllər hamilə qalıb, lakin sonradan, bəzi səbəblərdən hamiləlik baş vermir). Əgər qadın uşaqlıq borularında olan problemdən xəbərdardırsa 1 il gözləməyə dəyməz, əgər qadın ikinci hamiləliyi planlaşdırırsa və əvvəllər onda baş verən ağırlaşmalardan xəbərdardırsa, mütləq qaydada həkimə müraciət etməlidir. Cütlük nə qədər tez müayinəyə gələrsə, yəni yaşı nə qədər az olarsa, qadının hamilə qalma ehtimalı bir o qədər çox olar.
Siz birincili və ikincili sonsuzluq barədə qeyd etdiniz. Onların fərqi nədədir?
Birincili sonsuzluq diaqnozu - heç vaxt hamilə qalmayan qadınlara qoyulur. İkincili sonsuzluq diaqnozu isə - əvvələr hamiləlik baş verdikdə qoyulur ( fərq etməz nə ilə nəticələndiyi). Bu doğuş, abort, uşaqsalma və ya uşaqlıqdan kənar hamiləlik ola bilər.
Sonsuğluq problemi Azərbaycanda nə dərəcədə inkişaf edib? Belə cütlüklərin sayı artıbmı? Öz təcrübənizə əsasən vəziyyəti necə qiymətləndirərdiniz?
Faiz dərəcəsiylə sonsuzluqla üzləşən cütlüklərin sayı artmaq üzərədir, indiki zamanda hər 5-ci ailə bu problemlə rastlaşır. Vəziyyət bir qədər dəyişib: əvvəllər daha çox qadın sonsuzluğu barədə danışırdıq, son 7 il ərzində isə kişi sonsuzluğu ön plana keçir.
Bu nə ilə əlaqəli ola bilər?
Bu suala birmənalı cavab vermək çətindir, lakin, çox güman ki – ekologiya, qida məhsulları, həyat tərzi , infeksiyalar və digər oxşar sosial amillər səbəbindən.
Bəs kişilərdə sonsuzluğu yaradan səbəblər nədir?
Bu sidik-cinsiyyət yollarının infeksiyaları, iltihabi porseslər, varikosel və digər səbəblərdir. Həmçinin, xayaların travmatizasiyası və onkoloji xəstəlikləri. Həmçinin, epidemik parotit deyilən xəstəlik var. Əgər kişilər bu xəstəliyə uşaq vaxtı və ya yetkinlik dövründə yoluxursa, bu spermatazoidlərin yetişməsinin pozulmasına səbəb ola bilər.
Hamiləlik baş vermirsə nə vaxt həyəcanlanmağa dəyər? Cütlük nə zaman konsultasiya üçün həkimə müraciət etməlidir?
Əgər bir il ərzində hamiləlik baş vermirsə, cütlük həkimə müraciət etməlidir. Kişilərin müayinəsini spermoqrammanın analizindən başlayırıq, qadınlarda isə kiçik çanaq orqanlarının USM-i edilir. Sonradan alınan digər müayinələrin nəticələrinə və obyektiv müayinə üsullarına əsasən cütlüyə sonsuzluq diaqnozu qoyulur və müalicə təyin olunur.
İlk növbədə hansı mütəxəssisə müraciət etmək lazımdır?
İlkin olaraq təbii ki , Mama-ginekoloqa müraciət edilməlidir. Xəstəlik tarixinə və müayinələrə əsaslanaraq sonsuzluq mövzusunda ilkin məsləhətləşmədən sonra artıq növbəti addımları təyin etmək mümkün olur. Əgər sonsuzluğa səbəb kişidirsə, o, müalicə üçün uroloq-androloqa yönləndirilir. Qadını mama-ginekoloq müayinə etməyə davam edir.
Hansı analizlər verilməlidir?
İlk növbədə sonsuzluğun səbəbini araşdırmaq üçün analizlər verilir. Hamiləliyin hansı üsulla baş verəcəyindən asılı olaraq, hər bir prosedur üçün müayinə siyahısı mövcuddur. Təhlilin bir hissəsi məcburidir, bir hissəsi müəyyən bir xəstəliyin müayinəsi üçün lazımdır.
Sonsuzluq müalicə olunandır? Səbəbi araşdırılandan sonra kişi və qadın müalicə olunaraq uşaq dünyaya gətirə bilərmi? Yoxsa ümid olmadığı vaxtlar olur?
Sonsuzluğu müalicə etmək mümkündür. Müalicə üsulları müxtəlif olur,sadə dərman müalicəsindən başlayaraq, Laparoskopik və Histeroskopik əməliyyatlar və digər köməkçi üsullara kimi (məsələn aşılama və süni mayalanma). Buna görə, sonsuzluğu aradan qaldırmaq demək olar ki, hər halda mümkündür. Bu sonsuzluğun səbəblərindən, sonsuzluq amilindən və cütlüyün yaşından asılıdır. Lakin təəsüflər olsun ki, hələ də tibbin kömək edə bilməyəcəyi hallar da olur.
Yaş amili ilkin hesab olunurmu?
35 yaşa qədər cütlükdə qadının hamilə qalma ehtimalı 45-47% bərabərdir. Yaş artdıqca bu göstərici 7-10 % bərabər olur və hamilə qalma ehtimalı azalır. 40 yaşdan sonra hamilə qalma ehtimalı 1-5% bərabər olur. Burada şəxsin öz cinsi hüceyrələrindən istifadəsi ilə müalicədən söhbət gedir. Lakin, əgər donor hüceyrələri istifadə olunursa nəticələr tam fərqli olur. Bu zaman hamilə qalma ehtimalı 50-75% bərabər olur.
Köməkçi üsullardan daha geniş məlumat verə bilərsinizmi, bizim oxuyucular sonsuzluğa qalib gəlmək üçün digər üsullar barədə ətraflı məlumat almaq istəyərdilər.
Köməkçi üsullardan yoldaşının və ya donorun spermasıyla aşılamanı (inseminasiya) qeyd etmək istərdik. İnseminasiya - - hamiləlik üçün ən əlverişli şərait yaradan bir üsuldur. O spermanın normaya yaxın göstəriciləri zamanı və uşaqlıq borularının sağlam keçiriciliyi olduqda tətbiq olunur. Üsulun tətbiqi: ovulyasiya zamanı xüsusi kateterlə uşaqlıq boşluğuna yoldaşının və ya donorun sperması yeridilir.
Reproduktiv texnologiyalara ekstrakorporal mayalandırma da aiddir – EKM. EKM proqramına müxtəlif yeni texnologiyalar daxil edilir, hansılar ki, nəticələrə müsbət təsir göstərir (spermoqrammadan, qadının sağlamlığından, sonsuzluq amilindən asılı olaraq). Əgər qadının yaşı 35-ə yaxındırsa və spermanın göstəriciləri normaya uyğundursa, bu zaman EKO-nun standart proseduru tətbiq olunur. EKO üsulu maksimum dərəcədə aybaşı siklini immitasiya edir. Lakin, fərq var. İlk növbədə bu prosedur zamanı bir deyil, bir neçə follikullar yetişir, 8-10 ədəd (bir menstruasiya sikli zamanı). Punksiya günündə, biz yumurta hüceyrələri əldə etdiyimiz zaman partnyor sperma verir. O təmizlənir, spermatazoidlərin aktiv-hərəkətli fraksiyaları seçilib ayırd edilir və sonra xüsusi boruda spermatazoidlər yumurta hüceyrələrini mayalandırır (buna süni mayalanma deyilir, in vitro). Mayalanmadan sonra 3-5 gün ərzində rüşeymlər inkubatorda yetişir. 5-ci gün bir vəya 2 rüşeym uşaqlıq boşluğuna yeridilir. Buna EKM deyilir.
Əgər spermada aktiv hərəkətli spermatazoid hüceyrələrinin sayı azdırsa, və ya qadının yaşı 35 yaşdan çoxdursa və ya sonsuzluq endokrin sisteminin patologiyalarıyla əlaqəlidirsə, bu zaman İCSİ üsulundan istifadə olunur – bir ədəd seçilmiş spermatazoid hüceyrəsinin yumurta hüceyrəsinə yeridilməsi. Sper
Süni mayalanma proseduru sonuncu mərhələdir? Ondan öncə hazırlıq olurmu?
Uşaqlıq yolunun iltihabi xəstəlikləri, sidik-cinsiyyət sisteminin infeksiyaları ola bilər, hansıları ki, biz mütləq qaydada yoxlayırıq. Kişilərdə keyfiyyətli spermatazoidlərin miqdarın artırmaq üçün androloq müalicə təyin edir. Xanımlara endokrin sistemində pozuntular varsa, prosedurdan öncə müalicə olunur ki, hormonal fon korreksiya olunsun. EKM zamanı ən yaxşı nəticənin əldə olunması üçün mütləq qaydada ilkin hazırlıq olur, həmçinin ovulyasiyanın stimulyasiyası üçün siklin seçimi. Həmçinin lazım gələrsə Laparoskopik və Histeroskopik üsulla qarın və uşaqlıq boşluğunu reviziya edib mümkün problemləri aradan qaldırırıq.
Bu nə qədər vaxt ala bilər?
Bir aydan 3 aya kimi. Minimum –bir ay. Bəzi hallarda spermoqrammadaki dəyişikliklər, spermatogenezin stimulyasiyasını tələb edir. Bu bir aydan bir neçə aya qədər davam edə bilər. Hər şey individualdır.
Müalicə zamanı digər həkimlərə (ginekologiyayla əlaqəsi olmayan) müraciət etmək lazımdırmı?
Mütləq. Süni mayalanmadan əvvəl süd vəzilərinin, qara ciyərin, qalxanvari vəzin müayinəsi olunur. Əgər hər şey qaydasındadırsa, pasient Süni mayalanma proqramına yönləndirilir. Əgər müayinə olunan orqanlarda hansısa patologiyalar aşkar olunursa, pasientlər digər mütəxəssislərə konsultasiya üçün yönləndiririk və yalnız onların icazəsi olandan sonra EKM proseduruna başlamaq olar.
Bəs EKM-dan əvvəl digər üsullardan istifadə etmək olarmi? Məsələn, bir üsuldan istifadə etmək, alınmasa, digərindən? Yoxsa həkim öncədən cütlüyə uyğun gələn proseduru tətbiq edir?
Əlbətki , ilkin olaraq cütlük müayinələrdən keçirilməlidir ki, sonsuzluğun səbəbi tapılsın. Səbəb bəlli olduqdan sonra artıq müalicə üsullarını müzakirə edə bilərik. Müalicə üsulları protokollara əsaslanaraq etaplı formada aparılmalıdır. Bir öncəki üsulu tətbiq etmədən ən sonuncu mərhələyə ( Süni mayalanmaya) müraciət edilməməlidir.
Deyilənə görə, əgər cütlüyün yaşı 40-dan çoxdursa, onlar yalnız EKM-ya müraciət etməlidir və digər mayalanma üsulları nəticə vermir. Bu düzdür? Bu zaman təbii yolla hamilə qalmaq mümkündürmü, yoxsa gözləmədən süni mayalanmaya müraciət etmək lazımdır?
Yuxarı yaş qrupuna ilk öncə EKM( ekstrakorporal mayalanma) təyin olunur. Əlbətdəki cütlük özü qərar verə bilər.
35 yaşdan sonra yumurta hüceyrələrinin qocalması baş verir və qadının reproduktiv imkanları zəifləyir. Belə cütlüklərin hamilə qalma ehtimalı aşağıdır. Eyni yaşda olan qadınlarda yumurtalıqlarda antral follikulların yetişməsi fərqli ola bilər. Bir qadının həyatı boyu mayalanmaya yararlı olan təxminən 400-500 follikul yetişir. Qalanları (minlərlə folikkul) atreziya prosesinə (tərs inkişaf) uğrayır. Əslində uğurlu nəticəni tez əldə etmək olar və bunun üçün vaxt itirməyə dəyməz. Hamiləliyə 35 yaşdan sonra təbii yolla cəhd etməklə biz vaxt və sağlam follikulların sayını itiririk. EKM zamanı onlardan maksimum istifadə edərək tez bir zamanda uğurlu nəticələr əldə etmək olar. Vaxt keçdikcə öz yumurta hüceyrələriylə hamilə qalma ehtimalı tamamilə minimuma enir. Real rezerv azalır, yumurta hüceyrələrinin keyfiyyəti pisləşir və nəticələrin əldə olunması üçün biz donor hüceyrələrindən istifadə edəsi oluruq.
Cütlüklər EKO-dan çəkinirlərmi və ya etibar etmirlərmi, çünki bu qeyri-təbii üsuldur? Siz belə hallarla tez-tez rastlaşırsınız?
Əbətdə. Demək olar ki, bütün cütlüklərdə eyni sual yaranır. EKM-dən sonra doğulan körpələr normal olurmu? Bu ən geniş yayılmış qorxudur. EKM zamanı baş verən hamiləlik təbii hamiləlikdən seçilmir. Körpələr tamamilə sağlam doğulur. Dölün ürək qüsurlarının yaranması, əqli qabiliyyətinin formalaşması tətbiq edilmiş EKM proqramıyla heç bir əlaqəsi yoxdur. Bu genetik amillərlə əlaqəlidir, hansını ki cütlük körpəyə cinsi hüceyrələrlə ötürür. Yalnız rüşeymin əmələ gəlməsi (orqanizmdən kənarda) və uşaqlığa düşmə şəraiti fərqlidir.
Demək istəyirsiniz ki, hamiləliyin təqibi və hamiləliklə əlaqəli hər bir şey təbii mayalanma zamanı olduğu kimidir?
Bəli, hər şey təbii mayalanma zamanı olduğu kimidir. Yeganə fərq EKM prosedurundan sonra hamiləliyin ilk trimestrində xanımlara daha diqqətlə nəzarət olunur, çünki o, hamiləliyin qoruyub saxlanılması üçün dərmanlar qəbul edir. Daha diqqətli nəzarət önəmlidir ,baxmayaraq ki, EKM hamiləliyin gedişatı təbii hamiləlik kimidir.
Ən çox verilən suallardan biri EKM zamanı əkizlərin doğulma ehtimalı, təbii doğuşa nisbətən daha yüksəkdir?
Iki rüşeymin uşaqlıq boşuluğuna yeridilməsi zamanı əkizlərin doğulma ehtimalı 20-30% bərabərdir. Əlbətdə, bu ehtimal təbii hamiləliyə nisbətən daha yüksəkdir. Bu da onunla əlaqəlidir ki ,biz uşaqlığa eyni anda iki rüşeymi yerləşdiririk . Əgər tibbi göstərişlərə əsasən qadına iki rüşeym yerləşdimək olmazsa biz qadını əvvəlcədən xəbərdar edirik. Əkizlərin olduğu zaman vaxtından əvvəl doğuş və uşaqdüşmə riski yüksək olur. Bu zaman 1 rüşeym yerləşdirilir. Konsultasiya zamanı bu barədə məlumat verilir.
Kişilər sonsuzluq diaqnozunu necə qəbul edirlər? Bildiyim qədəriylə əvvəllər kişiləri sonsuzluğa görə çox az müayinə edirdilər. Bu, onlar üçün həssas mövzüdur? Kişinin öz diaqnozuna inanmadığı hallar olurmu?
Çox vaxt kişilər hətta prosedurdan keçməkdən imtina edirlər, qeyd edirlər ki, onlarda heç bir problem yoxdur. Ümumiyyətlə bu cütlüyün problemidir, bir partnyorun deyil, hansı amilin üstün olduğundan asılı olmayaraq – kişi və ya qadının. Hər bir halda müayinəni və müalicəni birlikdə keçmək lazımdır. Burada mənəvi aspekti də qeyd etmək istərdik, bir-birinə dəstək olmağı. Kişilər prosesə çox həssas yanaşırlar.
Bəs EKM-ə hazırlaşma ərəfəsində qadınlar təbii yolla hamilə qalıblarmı? Belə hallarla rastlaşmısınızmı?
Bəzi cütlüklərdə hələ müayinə mərhələsində hamiləlik baş verir. Digər hallarda bir dəfə uğurlu EKM hamiləliyi olduqda ikinci hamiləlik təbii yolla baş verir. Bu psixoloji maneə kimidir, qadın o qədər hamiləlik barədə düşünür ki, bununla o özünə şüuraltı maneə yaradır və hamilə qala bilmir. Və hamiləlik baş verdiyi anda körpə, doğulandan sonra, qadın rahatlaşır və növbəti hamiləliklər təbii yolla baş verir.
Sonsuzluq riskindən özünü qorumaq mümkündürmü? Bəlkə hansısa profilaktik tədbirlər var? Həyatın bəzi hansı amillərinə diqqət yetirmək lazımdır?
Qadınlar üçün əsas profilaktika – kiçik çanaq orqanlarının iltihabi xəstəliklərinə səbəb olacaq infeksiyalara yoluxmamaqdır. İkincisi – abort halları. Ən təhlükəlisi ilk abortdur. O, uşaqlıq boşluğunun keçiriciliyini poza bilər. Bu səbəbdən abort və infeksiyalar risk amilləri hesab olunurlar.
Abortun gələcək hamiləliyə təsiri barədə statistik məlumatlar varmı? Və ya bu individualdır?
Bu individualdır. Hesab olunurki abort hamilə qalma ehtimalını aşağı salır, lakin bu bir çox amillərdən asılıdır. Abort zamanı nələr vardı, əməliyyatdan sonraki müddətdə hər hansı bir fəsadlar olubmu, fasilə müddəti nə qədər olub, hansı üsulla aparılıb. Bütün bu amillər nəzərə alınmalıdır.
Əgər xanımlarda mayalanmadan sonra daima uşaqsalma halları baş verirsə, ona sonsuzluq diaqnozu qoyulur?
Xeyr, burada söhbət hamiləliyi sona kimi aparmamaqdan gedir. Səbəbini araşdırmaq üçün bir sıra müayinələr mövcüddur: bu rüşeymin xromosom anomaliyaları ola bilər və ya digər amillər. “Trombofiliya” adlanan bir termin var – bu zaman qanın laxtalanmasında pozuntular əmələ gəlir, hamiləliyin dondurulması onunla əlaqəli ola bilər. Hər bir vəziyyətə fərdi yanaşmaq lazımdır. Uşaqlığın quruluşunun anomaliyası da hamiləliyin dayandırılmasına səbəb ola bilər. Buna görə də diaqnoz yalnız müayinədən sonra qoyulur.
Bəs infeksiyalar? Məsələn kandidoz?
Kandidoz çox az təsir göstərir. Xlamidioz, gonokokk infeksiyaları uşaqlıq borularının keçiriciliyini poza bilər. Bunlar daha ciddi infeksiyalardır, hansılar ki, yalnız cinsi yolla keçir.
Uşaq vaxtı bir çox qızları qorxuzurdularki soyuq yerdə oturaraq sonsuz olmaq olar. Bu nə dərəcədə düzgündür? Soyuqdəymənin hamilə qalmaqla əlaqəsi varmı?
Hardasa ola bilər, lakin ilk növbədə infeksiyalardır. Cinsi yollara hansısa infeksiya düşür, bu hətta şərti patogen infeksiya ola bilər, hansıki selikli qişada və dəri örtüyündə yaşayır. Mənfi şərtlər əsasında iltihabi proseslər yarana bilər. Vaxtında həkimə müraciət etmədikdə xəstəlik ağırlaşa bilər. Burada soyuqdəymə yalnız ikincili təsir göstərir.
Əgər qadın həyatı boyu həkimə müraciət edir və özünə baxırsa, onda sonsuzluq ola bilər? Belə bir problemin qarşısını almaq üçün mütəmmadi olaraq həkimə baş çəkmək nə qədər vacibdir? Yoxsa bunlar bir-biri ilə əlaqəli deyil?
Hər bir qadın ildə bir dəfə ginekoloqa müraciət etməlidir, hətta onu heç bir şey narahat etməsə belə. Lakin, hətta həkimə daima müraciət etdikdə belə sonsuzluqla rastlaşmaq olar.