Səhifə yüklənir...
Avropa Endoskopik Ginekoloqlar Cəmiyyətinin və Fransa Milli Mama Ginekoloqlar Kollecinin üzvüdür. 1983-cü ildə Bakı şəhərində ziyalı ailəsində doğulub. 1999-cu ildə Kimya biologiya təmayüllü respublika baza liseyini Fərqlənmə Attestatı ilə bitirib. 1999-cu ildə Azərbaycan Tibb Universitetinin Müalicə İşi fakültəsinə yüksək balla (642 bal) daxil olub. 2005-ci ildə Azərbaycan Tibb Universitetini Fərqlənmə Diplomu ilə bitirib. 2005-2006-cı il A.T.Abbasov adına Şəhər Onkoloji Dispanserin Onkoginekologiya şöbəsində internatura keçmiş və Onkoloq ixtisasını qazanmışdır. 2006-2010-cu illərdə Fransanın Lyon şəhərində Claude Bernard Lyon 1 Universitetində Mamalıq və Ginekologiya ixtisası üzrə təhsil almışdır. 2006-2010-cu illərdə Fransanın Lyon şəhərində Qadın Ana Uşaq Universitet Baza Xəstəxanasında rezident mama-ginekoloq vəzifəsində çalışmışdır. 2006-2010-cu illərdə Fransa Dövlət Təqaüdünə və Azərbaycan Dövlət Təqaüdünə layiq görülmüşdür. 2018-ci ildə Mamalıq Ginekologiya və Cərrahlıq ixtisasları üzrə Tibb üzrə Fəlsəfə Doktorluğu elmi dərəcəsi üçün müdafiə etmişdir.
✔ PHD, Tuboovarial patologiyaların tək portla laparoskopik müalicəsi və effektivliyinin dəyərləndirilməsi
✔ Mamalıq Ginekologiya Mütəxəssislik, Lyon Fransa
✔ Avropa Cərrahi Endoskopik Ginekoloji Diplom,CİCE, Clermond- Ferrand, Fransa
✔ Vaginal Cərrahiyyə Diplomu, Lyon Fransa
✔ Laparoskopik Cərrahiyyədə Disseksiya və Anatomiya Diplomu, Nime , Fransa
✔ Laparoskopik Ginekoloji Cərrahi Texnikalar Sertifikatı,İRCAD, Strasbourg
✔ Qadınlarda sidik qaçırtma və orqan sallanmasının torlarla müalicəsi sertifikatı-Amerikan Medikal System (AMS)
Hal-hazırda Baku Medikal Plaza Babək filialında cərrah mama ginekoloq kimi çalışır və Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu , Mamalıq Ginekologiya kafedrasında lektordur. Çoxsaylı beynəlxalq konfrans iştirakçısıdır.