Səhifə yüklənir...

 

Ana SəhifəMəqalələr

MəqalələrEstetik ginekoloji əməliyyatlar

Estetik ginekoloji əməliyyatlar
Qadınların çoxu bilir ki, gözəllik nəinki xarici görünüşlə və bədən quruluşuyla, həmçinin, intim nahiyənin vəziyyəti ilə əlaqəlidir. Təəsüf ki, yaşla bağlı dəyişikliklər, doğuşlar, travmalar və hormonal pozuntular daxili və xarici cinsiyyət orqanlarının vəziyyətinə mənfi təsir göstərir. Nəticədə, qadın bədən quruluşundan utanır, partnyoruyla münasibətdə problemləri yaranır, cinsi həyatı arzuladığı kimi olmur.
İntim problemləri aradan qaldırmaq üçün Sizə intim nahiyyənin plastikasını təklif edirik – bu əməliyyat nəticəsində cinsiyyət orqanlarının xarici görünüşü, anadangəlmə və qazanılmış qüsurları aradan qaldırılır. Həmçinin, Biz bu əməliyyatların tətbiqi ilə psixoloji diskomfortu aradan qaldırır, qadınlara özünəgüvən hissini geri qaytarırıq.

İntim nahiyyənin plastik əməliyyatlarına aşağıdakılar aiddir:
Labioplastika
Prosedur haqqında
Prosedur zamanı, böyük və kiçik cinsiyyət dodaqları korreksiya olunur, əməliyyat nəticəsində cinsiyyət dodaqları estetik görünüş alır. Bəzi hallarda labioplastika tibbi göstərişlərə əsasən tətbiq olunur – anadangəlmə anomaliyaların və ya travmalardan sonra yaranan defektlərin aradan qaldırılması üçün.
Xarici cinsiyyət orqanları elə qurulub ki, kiçik cinsiyyət dodaqları böyük cinsiyyət dodaqlarıyla örtülür, hansılar ki, onları zədələnmədən qoruyur. Lakin, bəzən  kiçik cinsiyyət dodaqları böyük cinsiyyət dodaqlarından xaricə çıxır, nəticədə onlar alt paltara daim sürtülərək, diskomfort hissləri yaşadır, fitneslə məşqul olduqda, cinsi əlaqə zamanı problemlər yaradır.
Prosedurun nəticəsi

  • ·Cinsiyyət dodaqlarının assimmetriyası, artıq qatları aradan qaldırılır, ölçüsü korreksiya olunur;
  • ·Doğuş zamanı əmələ gələn və yaşanılan travmaların izləri aradan qaldırılır;
  • ·Toxumaların elastikliyi bərpa olunur;
  • ·Cinsiyyət dodaqlarının piqmentasiyası aradan qaldırılır.
Ehtiyac yarandıqda labioplastika digər intim əməliyyatlarla birlikdə tətbiq olunur, məsələn vaginoplastikayla birlikdə.

Vaginoplastika
Prosedur haqqında
Uşaqlıq yolunun plastik əməliyyatı. Bu prosedurla uşaqlıq yolu divarlarının dartılmaları və travmaları aradan qaldırılır, əzələlərinin elastikliyi bərpa olunur, uşaqlıq yolu və girəcəyi daraldılır. 
Vaginoplastikaya əsas göstərişlər:
  • ·Ağırlaşmalarla bitən doğuşun nəticəsində uşaqlıq yolunun divarlarının cırılması, çapıqların əmələ gəlməsi, girəcəyin genişlənməsi;
  • ·Cinsiyyət orqanlarının yaşla bağlı dəyişiklikləri, toxumaların elastikliyinin və tonusunun azalması;
  • ·Anadangəlmə inkişaf qüsurları;
Cinsiyyət orqanlarının xarici görünüşünə həmçinin hormonal disbalans, həddindən artıq fiziki fəaliyyətlə məşqulluq, ağırlıq qaldırma, artıq çəki və qarın içi təzyiqi artıran xəstəliklər (qəbz, bronxit və s.) təsir göstərir.
Prosedurun nəticəsi
Cərrahi əməliyyat nəticəsində uşaqlıq yolu anatomik quruluşuna qaytarılır, uşaqlıq yolu və girəcəyi daraldılır, ölçüləri və elastikliyi bərpa olunur.

Klitorun plastikası (hudoplastika)
Prosedur haqqında
Cərrahi müdaxiləylə, klitorun ölçüsü korreksiya olunur, hissiyyatı bərpa olunur, onu örtən qatlar aradan qaldırılır. Bir çox hallarda məhz bu əməliyyatla anorqazmiya sağalır və qadın cinsi həyatında yeni başlanğıca start verir.
Klitorun plastikasına göstərişlər:
  • ·Klitorun fizioloji normaya təsadüf etməyən ölçüləri;
  • ·Anorqazmiya, və ya zəif klitoral orqazm;
  • ·Klitoru örtən dəri qatının həddindən artıq böyük olması;
  • ·Klitorun uşaqlıq yolunun girəcəyindən uzaq yerləşməsi;
  • ·Doğuş və travmalar nəticəsində əmələ gələn çapıqlar, hansılar ki, klitorun stimulyasiyasına mane olur.  
Sidik saxlamazlığı
Sidik saxlamazlığı bir çox qadınların rast gəldiyi olduqca ciddi problemdir. Sidik qaçırtmaya çox zaman orqan sallanmaları ilə birgə rast gəlinir.
 Bəzən uşaqlıq sallanması nəticəsində, cinsi əlaqə zamanı, uşaqlıq yoluna hava keçir. Çox vaxt cinsiyyət orqanlarının sallanması sidik kisəsinin və düz bağırsağın fəaliyyətinə də mənfi təsir göstərir.
Bir qayda olaraq, sidik saxlamazlığı zamanı konservativ terapiya az effektivdir. Problemi yalnız cərrahi yolla aradan qaldırmaq mümkündür, bu zaman sidik kanalının altı , lazım gələrsə cinsiyyət orqanlarının sallanmasının qarşısı alınır, yan orqanların funksional pozuntularının qarşısı alınır.

Deflorasiya və Himenoplastika
Cərrahi deflorasiya (qızlıq pərdəsinin cırılması) - cinsi əlaqə zamanı deflorasiyası mümkün olmayan (anatomik anomaliyalarla bağlı) qızlara tövsiyyə olunur . Qızlıq pərdəsi möhkəm və ya elastik olduqda cinsi əlaqə zamanı yalnız bir hissəsi cırılır, buda hər akt zamanı ağrılara səbəb olur, buna görədə xanımlar cərrahi müdaxiləylə normal cinsi həyatına başlaya bilər. Prosedur yerli anesteziya altında aparılır və 5-10 dəqiqə vaxt alır.
Həmçinin, bəzi hallarda, pasientlərə himenoplastika edilir – qızlıq pərdəsinin bərpası.

Sayt haqqında

Bütün məqalələrin müəllifi Mama-Ginekoloq: Dr. İlahə Quliyeva-dır.
Bütün hüquqlar qorunur.

Biz sosial şəbəkələrdə
Bizimlə əlaqə

Ünvan: AZ1142, Babək pr-ti 92N Xətai r-nu, Bakı, Azərbaycan

Telefon: (+994) 50 365 80 90

E-mail: [email protected]

Sayt haqqında

Bütün məqalələrin müəllifi Mama-Ginekoloq: Dr. İlahə Quliyeva-dır.
Bütün hüquqlar qorunur.

Biz sosial şəbəkələrdə
Bizimlə əlaqə

Ünvan: AZ1142, Babək pr-ti 92N Xətai r-nu, Bakı, Azərbaycan

Telefon: (+994) 50 365 80 90

E-mail: [email protected]

Copyright © | 2019 Sayt GASİMOV.AZ tərəfindən yığılmışdır. Bütün hüquqlar qorunur.

Copyright © | 2019 Sayt GASİMOV.AZ tərəfindən yığılmışdır. Bütün hüquqlar qorunur.