Səhifə yüklənir...

 

Ana SəhifəMəqalələr

MəqalələrYumurtalığın kistası: müalicə olunmalı ya yox

Yumurtalığın kistası - yumurtalığın toxumalarında yerləşən xoşxassəli törəmədir. “Kista” sözü yunan dilindən yaranıb: “kystis” - kisə deməkdir. Kistalar daxili maye və ya qan, solid hissələr (saç,diş,sümük,dəri və s.) ilə dolmuş boşluqlardır.

Mənşəyindən asılı olaraq yumurtalıq kistalarının aşağıdakı növləri var: Yumurtalıq kistalarının növləri
1. Funksional kista adətən reproduktiv yaşda olan qadınlarda aşkar olunur. Hormonal sistemdə
pozuntular zamanı yaranır. Funksional kistanın növlərinə follikulyar kista və sarı cism kistası aiddir. Hər ay yumurtalıqlarda bir və ya bir neçə follikullar yetişir. Onların daxilindəki yumurta hüceyrəsi, ovulyasiya zamani yumurtalıqdan çıxır və uşaqlıq borusuna ötürülur. Follikulun yerində sarı cism əmələ gəlir, hansiki hamiləliyin qorunması uçun hormonlar ifraz edir. Hamiləliy baş vermədiyi halda sari cism geri sovrulur. Follikulun yetişdiyi, lakin ovulyasiyanın müxtəlif səbəblərə görə baş vermədiyi halda, folikulyar kista əmələ gəlir. Birkameralı follikul böyüyür və içi maye ile dolmağa başlayır, bu zaman onun divarları nazikləşir. Bu kistalar kiçik olduqda özünü biruzə vermir, adətən bele kistaları təsadüf hallarda digər orqanların ultrasəs müyinəsi zamanı aşkar edirlər.

Funksional kistanin əlamətləri
Əlamətlərdən aybaşı siklinin pozulması və aybaşı zamani ağrıları hesab etmək olar. Əgər kistanin ölçüləri boyüyərsə  yumurtalıq hüceyrəsinin nekrozlaşması və ya kistanın yırtılması və onun tərkibindəki mayenin qarın boşluğuna daxil olması baş verə bilər, bu da kəskin qarın sindromunun inkişafına səbəb ola bilər. Sarı cism kistası, sarı cismin boşluğunda mayenin (əksər hallarda qanın) toplanması nəticəsində baş verir. Bu növ kistaların ciddi fəsadlarından biri yumurtalığın qanaxma ilə  
nəticələnən yırtılmasıdır, bu zaman qarının aşağı hissəsində kəskin ağrılar əmələ gəlir. Lakin, adətən belə kistalar öz-özünə geriyə sovrula bilər və, bu səbəbdən onları aşkar etmək mümkün olmur.
1.    Dermoid kista yaranarkən (hələ bətndaxili inkişaf zamanı) tərkibində orqanizmin istənilən toxumasına təkan verən kök hüceyrələri var (döllənmə elementləri daşıyır). Bu kistaların tərkibində qalın kapsulla əhatə olunmuş qatı mayedə diş, tük, sümük fragmentləri, piy toxumaları aşkar edilir . Bu kistalar zəif, lakin daima boyüyür. Olçüləri böyüdükdə qonşu oraqanları sıxır və bel nahiyəsində xoşagəlməz ağrılar yaradır. Ağırlaşması irinləmə, kista ayaqcığının burulması və, nadir hallarda - bədxassəli şişə çevrilmə ehtimalı var.


2.    Endometroid kista endometrium hüceyrələrinin yumurtalığa düşməsi ilə yaranır (noramada bu hüceyrələr yalnız uşaqlıqda yerləşir). Uşaqlıqda olduqu kimi, hər ay aybaşı zamanı, endometrium hüceyrələri yumurtalıqdan qopur, bu zaman yaranan qan yumurtalığın daxilində kapsulla əhatə olunaraq kista yaradır. Bu kista hər ay aybaşı zamanı böyüyür və gələcəkdə onkoloji kistə çevrilə bilər.

3.    Yumurtalıqın həqiqi kistası (sistadenoma) bir neçə növü olur: seroz sistadenoma və musinoz kista. Növündən asılı olaraq bir və ya bir neçə kameralı olur. Bədxassəli şişə çevrilmə ehtimalı yüksək olduğundan cərrahi yolla götürülməyi məsləhətlidir.
Əsas əlamətləri hansılardır? Yumurtalıq kistalarının əsas əlamətləri:
1.    Qarının aşağı hissəsində yaranan, ayağa və belə yayılan və aybaşı zamanı artan ağrılar.
2.    Ağrılı cinsi əlaqə.
3.    Sidik ifrazının pozulması.
4.    Aybaşı siklinin pozulması (aybaşı gecikmələri, aybaşı sikli arası qanaxmalar)
5.    Ürəkbulanma, qusma, qarın nahiyəsində güclü ağrılar, bədən hərarətinin yüksəlməsi (kəskin qarın sindromu) - kistanın burulması, yırtılması zamanı yaranan simptomlardır.

Siz bu əlamətlərdən birini və ya bir neçəsini özünüzdə aşkar etdiniz?
Bu zaman təcrübəli ginekoloq , Fransada ixtisaslaşmış Phd Dr. İlahə Quliyevaya müraciət etməlisiniz. Avropa uzun illər çalışmış və hal hazırda Bakıda bu sahədə ekspert ginekoloq kimi daima sizinlə birgə olan İlahə xanım sizi müayinədən keçirərək  xəstəliyin mərhələsini  və növünü aşkarlayacaq  və müalicəsini aparacaq.

Ginekoloji müayinə yumurtalıqlarda baş verən dəyişiklikləri, ağriları və çox böyük ölçüdə olarsa kistanı aşkar etməyə imkan verir. Ən dəqiq və informativ üsul transvaginal və transabdominal ultrasəs müayinəsidir. Həmçinin diagnostika üçün laparoskopiya və MRT,  KT tətbiq edilə bilər.
 
Yumurtalıq kistalarının müalicəsi
Əgər kistanın yaranmasına hormonal sistemdə pozuntular səbəb olubsa, müalicə hormonal dərmanlarla aparılır, hansı kı hər bir xəstə üçün fərdi olaraq seçilir.Bu mualicə növü funksional kistalara qarşı daha effektivdir və 5-6 ay ərzində onların tamamilə sorulmasına səbəb olur, müalicə təsir etmədiyi halda yumurtalıq kistasının əməliyyatı tətbiq edilir.

Cərrahi müdaxilə həmçinin qeyri-funksional kistaların müalicəsi üçün də tətbiq edilir. Ən qabaqcıl cərrahiyyə üsulu  Laparoskopiyadır. Bu əməliyyat zamanı həkim qarnın ön divarında 3 xırda dəlik açaraq yumurtalığı qoruyub saxlayaraq kista çıxarılır. Bu əməliyyat yumurtalıqın saqlam toxumasını və reproduktiv funksiyasını saxlamağı təmin edır.


Sayt haqqında

Bütün məqalələrin müəllifi Mama-Ginekoloq: Dr. İlahə Quliyeva-dır.
Bütün hüquqlar qorunur.

Biz sosial şəbəkələrdə
Bizimlə əlaqə

Ünvan: AZ1142, Babək pr-ti 92N Xətai r-nu, Bakı, Azərbaycan

Telefon: (+994) 50 365 80 90

E-mail: [email protected]

Sayt haqqında

Bütün məqalələrin müəllifi Mama-Ginekoloq: Dr. İlahə Quliyeva-dır.
Bütün hüquqlar qorunur.

Biz sosial şəbəkələrdə
Bizimlə əlaqə

Ünvan: AZ1142, Babək pr-ti 92N Xətai r-nu, Bakı, Azərbaycan

Telefon: (+994) 50 365 80 90

E-mail: [email protected]

Copyright © | 2019 Sayt GASİMOV.AZ tərəfindən yığılmışdır. Bütün hüquqlar qorunur.

Copyright © | 2019 Sayt GASİMOV.AZ tərəfindən yığılmışdır. Bütün hüquqlar qorunur.