Səhifə yüklənir...

 

Ana SəhifəEroziya və Kondiloma müalicəsi

Eroziya və Kondiloma müalicəsiEroziyanın lazerlə yandırılması

Eroziyanın lazer üsulu ilə müalicəsi
Uşaqlıq boynunun eroziyası – uşaqlıq boynunun selikli qişasında yaranan xorayabənzər törəmədir. Görünüşcə eroziya tünd-qırmızı ləkəyə bənzəyir, hansı ki, uşaqlıq boynunun solğun çəhrayı selikli qişasında yer alır.  Bu ən çox rast gəlinən ginekoloji xəstəlikdir və müxtəlif yaş qrupunda olan qadınların təxminən yarısında aşkarlanır.

Eroziyanın yaranmasının əsas səbəbləri

  • ·İnfeksion xəstəliklər (stafilokokklar, streptokokklar, bağırsaq çopü, enterokokklar);
  • ·Hormonal sisteminin pozuntuları;
  • ·Kobud cinsi əlaqə;
  • ·Cinsi həyatın başlanğıcı da qadın sağlamlığına zərər yetirə bilər – qadın cinsiyyət orqanlarının selikli qişası 20 yaşa yaxın yetişir, yeniyetmələrin cinsi əlaqədə olması isə selikli qişanın bütövluyunu pozur və xəstəliklərin əmələ gəlməsinə səbəb olur;
  • ·Abortlar və zəif immunitet həmçinin eroziyanın yaranmasına səbəb ola bilər.
Hər halda özünümüalicə tövsiyyə olunmur və mütləq qaydada ginekoloqa müraciət olunmalıdır.

Eroziyanın əsas əlamətləri
Eroziya özlüyündə əlamətsiz keçir, lakin aşağıdakı əlamətlərin olması mümkündür:
  • ·Cinsiyyət yollarından çox miqdarda selikin axması, əsasəndə sarı və yaşıl, bəzən qoxulu;
  • ·Cinsi əlaqədən sonra uşaqlıq yolundan qanlı ifrazatın gəlməsi
  • ·İntim nahiyədə qaşınma, göynəmə, diskomfort;
  • ·Qarının aşağı hissəsində ağrılar;
  • ·Cinsiyyət dodaqlarında səpkilər;
  • ·Xarici cinsiyyət orqanlarında müxtəlif dəyişikliklər.
Eroziyanın diaqnostikası üçün aşağıdaki prosedurlardan keçmək lazımdır
  • ·Kolposkopiya;
  • ·Ginekoloji yaxmanın mikroflorasının müayinəsi;
  • ·İnfeksiyaların aşkarlanması üçün PZR diaqnostika;
  • ·Eroziyanın sitoloji müayinəsi (patoloji nahiyələrdən nümünələr götürülür)- PAP test;
  • ·Ehtiyac yarandıqda həmçinin biopsiya və USM müayinəsi edilir (yumurtalıqların və uşaqlığın).
Eroziyanın lazerlə müalicəsinə əks-göstərişlər:
  • ·Sidik-cinsiyyət orqanlarının kəskin iltihabi xəstəlikləri;
  • ·3-cü dərəcəli displaziya, uşaqlıq boynunun xərçəngi.
Erozyanın lazerlə müalicəsi
Müasir ginekologiyanın köməyinə lazer təbabəti gəlir, hansı ki, ən effektiv və təhlükəsiz müalicə üsulu sayılır. Bu müdaxilə aşağı intensiv lazer şuasıyla aparılır və sağlamlığa heç bir zərər yetirmir.
Prosedur ambulator şəraitdə, yerli anesteziya altında tətbiq olunur. Xəstə prosedur günü evinə qayıda bilər.
Prosedur aybaşının 5-7-ci günlərində keçirilir. Eroziyanın müalicəsindən əvvəl uşaqlıq boynu və uşaqlıq yolunun sanasiyası edilir.
Prosedur zamanı həkim mikproskopun və lazerin köməyi ilə zədələnmiş nahiyyələrə təsir göstərir, nəticədə, patoloji dəyişilmiş hüceyrələr lazer şüasının təsiri altında qızır, məhv olur və təmizlənir.
Prosedur zamanı qanaxma olmur, çünki qan damarları koaqulyasiyaya məruz qalır.

Lazerlə müalicənin üstünlükləri
  • ·Effektivliyi;
  • ·Təhlükəsizliyi;
  • ·Doğuş keçirməyən xanımlara uyğun olması.
Lazerin şuası mikroblara və iltihab əleyhinə antibakterial təsir göstərir, həmçinin toxumaların çapıq yaranmadan tez bərpasına kömək olur, bu da gələcəkdə hamiləliyi planlaşdıran xanımlar üçün çox önəmlidir.
Prosedurdan sonra 1 ay ərzində aşağıdakılardan uzaq durmaq tövsiyyə olunur:
  • ·Cinsi əlaqədən;
  • ·Vaginal tamponlardan;
  • ·İsti vanna, baseyn, banya və saunalardan.

Sayt haqqında

Bütün məqalələrin müəllifi Mama-Ginekoloq: Dr. İlahə Quliyeva-dır.
Bütün hüquqlar qorunur.

Biz sosial şəbəkələrdə
Bizimlə əlaqə

Ünvan: AZ1142, Babək pr-ti 92N Xətai r-nu, Bakı, Azərbaycan

Telefon: (+994) 50 365 80 90

E-mail: [email protected]

Sayt haqqında

Bütün məqalələrin müəllifi Mama-Ginekoloq: Dr. İlahə Quliyeva-dır.
Bütün hüquqlar qorunur.

Biz sosial şəbəkələrdə
Bizimlə əlaqə

Ünvan: AZ1142, Babək pr-ti 92N Xətai r-nu, Bakı, Azərbaycan

Telefon: (+994) 50 365 80 90

E-mail: [email protected]

Copyright © | 2019 Sayt GASİMOV.AZ tərəfindən yığılmışdır. Bütün hüquqlar qorunur.

Copyright © | 2019 Sayt GASİMOV.AZ tərəfindən yığılmışdır. Bütün hüquqlar qorunur.