Eroziyanın elektrokoaqulyasiya üsulu ilə müalicəsi
Selikli qişanın eroziyası zamanı – uşaqlıq boynunun selikli qişasının normal hüceyrələri müəyyən nahiyyədə dəyişikliklərə məruz qalır.
Bəzən bu hal keçirilmiş iltihabi xəstəliklərin nəticəsində baş verir və ya hormonal pozuntuların təsiri altında. Buna psevdoeroziya deyilir.
Həqiqi eroziya zamanı uşaqlıq boynunun selikli qişasının bəzi nahiyyələri məhv olur və yerində xora əmələ gəlir.
Erozyanın yaranma səbəbləri:
- ·İltihabi xəstəliklər;
- ·Mexaniki travmalar (doğuş, abort və kobud cinsi əlaqə);
- ·Hormonal dəyişikliklər.
Bundan başqa uzun müddət müalicə olunmayan eroziyalar bədxassəli şişə çevrilə bilər.
Eroziyanın diaqnostika və müalicəsi
Uşaqlıq boynunun eroziyası çox vaxt özünü birüzə vermir. Çox nadir hallarda həqiqi eroziya zamanı qadında qanlı ifrazatlar müşahidə oluna bilər (əsasəndə cinsi əlaqədən sonra). Bəzi hallarda isə qarının aşağı nahiyəsində yüngül ağrılar olur.
Düzgün diaqnozu yalnız həkim ginekoloq qoyur.
Eroziyanı ginekoloji baxış zamanı uşaqlıq yoluna yerləşdirilən güzgü vastisə ilə aşkarlamaq olar. Həkim bilir ki, zədələnmiş nahiyyə qırmızı rəngdədir və yüngül təsir etdikdə qanayır, degenerativ hüceyrələr olan nahiyyə isə solğun rəngdədir.
Daha dəqiq müayinə üsulu - kolposkopiyadır – uşaqlıq boynunun mikroskop altında müayinəsi. Əgər həkim kolposkopiyadan sonra da diaqnoz qoymağa şübhə edirsə, mütləq qaydada geniş kolposkopiya tətbiq edir – bu zaman, patoloji nahiyyəni aşkar etmək üçün xüsusi rəngləyici məhlullardan istifadə olunur.
Eroziya zamanı sitoloji müayinə və biopsiya da mütləq qaydada tətbiq olunmalıdır. Sitoloji müayinə zamanı xüsusi fırçanın (birdəfəlik istifadə üçün) köməyi ilə uşaqlıq boynunun şübhəli nahiyəsindən hüceyrələr alınır və mikroskop altında müayinə olunur, biopsiya zamanı – şübhəli nahiyədən toxumaların nümunəsi alınır və, həmçinin mikroskop altında müayinə olunur. Biopsiya ən dəquq üsuldur, nəinki eroziyanın, həmçinin xərçəngin aşkarlanmasına kömək olur.
Uşaqlıq boynu eroziyasının elektrokoaqulyasiyası
Elektrokoaqulyasiya– elektrik cərəyanı vasitəsi ilə patoloji hüceyrələrin yandırılmasına deyilir. Bu əməliyyat biopsiya nəticəsində xərçəng hüceyrələri aşkarlanmayan xanımlara tövsiyyə olunur. Həmçinin papilomavirusun xərçəng əmələ gətirən növləri aşkarlandıqda.
Prosedur yerli anesteziya altında keçirilir. Pasientin istəyi ilə ümumi anesteziya da tətbiq oluna bilər.
Eroziyanın elektrokoaqulyasiya vasitəsi ilə yandırılması - ən təhlükəsiz və effektiv müdaxilə növü sayılır. O, yalnız patoloji nahiyyələrə təsir göstərir və sağlam hüceyrələrə toxunmur. Prosedur zamanı eroziyanın yerində yanıqlar əmələ gəlir, o sonradan qaysaqla örtülür. Qaysaq qopduqdan sonra, uşaqlıq boynunda yalnız sağlam hüceyrələr qalır.
Elektrokoaqulyasiyadan sonra
Əməliyyatdan sonra bərpa müddəti qısadır, prosedurdan dərhal sonra xanım adi həyatına qayıda bilər. Az miqdarda qanlı ifrazatlar – normal haldır, sağalma müddəti orqanizmin xüsusiyyətlərindən asılıdır. Bir qayda olaraq, 1-4 həftədən sonra ifrazatların axması dayanır. Bu müddət ərzində şəxsi gigiyenaya diqqət yetirilməlidir, soyuqlama və istidən, fiziki və cinsi əlaqədən uzaq durmaq lazımdır.