Səhifə yüklənir...

 

Ana SəhifəEroziya və Kondiloma müalicəsi

Eroziya və Kondiloma müalicəsiEroziyanın yandırılması kriodestruksiya

Uşaqlıq boynu eroziyasının kriodestruksiyası
Uşaqlıq boynunun toxumalarının bütövlüyünün pozulması (eroziya)– çox vaxt simptomsuz keçən xəstəlikdir.

Eroziyanın yaranma səbəbləri

  • ·Uşaqlıq yolunda müxtəlif iltihabi proseslər (kolpitlər, vaginitlər, bakterial vaginoz və s.);
  • ·Uşaqlıq boynu toxumalarının mexaniki travmatizasiyası;
  • ·Cinsi yolla keçən xəstəliklər;
  • ·Hormonal balansın pozulması;
  • ·Erkən yaşda cinsi həyatın başlanması;
  • ·İmmunitetin düşməsi;
  • ·Menstrual siklin pozulması və s.
Eroziyanın əlamətləri
Xəstəlik çox vaxt əlamətsiz keçir, əsasəndə ilkin mərhələlərində. Buna görə də bütün xanımlar, mütəmadi olaraq, ginekoloji baxışdan keçməli və kolposkopiya etməlidir. Xəstəliyin ağırlaşmış mərhələlərində cinsi əlaqə zamanı və ya cinsi əlaqədən sonra və menstrual siklin aralarında qanlı və ya irinli ifrazatlar gələ bilər.

Xəstəliyin diaqnozu
Eroziyanın diaqnozu üçün kolposkopiya, sitoloji və bakterioloji müayinələr, zədələnmiş toxumaların biopsiyası tətbiq olunur. Həmçinin, qanda hormonların səviyyəsi yoxlanılır.

Xəstəliyin müalicəsi
İndiki zamanda demək olar ki,  bütün xanımlar eroziyanın müalicəsinin vacibliyini anlayırlar: selikli qişanın eroziyalaşmış nahiyyəsi infeksiya mənbəyinə çevrilir və bədxassəli törəmələrin əmələ gəlmə riskini artırır.
Əvvəllər doğuş keçirməyən və gələcəkdə hamiləliyi planlaşdıran xanımlara eroziyanın yalnız konservativ üsullarla müalicəsi təklif olunurdu: bitki həlimi ilə tamponlar, şamlar və s. Doğuşdan sonra eroziya yandırılırdı: dərmanlarla (məsələn, solkovagin). Bu üsullardan indiyə kimi istifadə olunur. Lakin, onların bəzi çatışmayan xüsusiyyətləri var: konservativ üsullar olduqca ağrılı və xoşagəlməz prosedurlardır; bu prosedurlardan sonra uşaqlıq boynunda kobud çapıqlar əmələ gəlir, toxumalar elastikliyini itirir, bu da gələcək doğuşlar zamanı ciddi problemlər yarada bilər. Buna görə də eroziyanın bu üsullarla yandırılması yalnız yuxarı yaş qrupunda olan xanımlara tətbiq olunur, hansılar ki, gələcəkdə hamiləlik və doğuş barədə düşünmür.
Xoşbəxtlikdən, indi uşaqlıq boynu eroziyasının radikal müalicəsinin daha zərif və mütərəqqi üsulları mövcuddur ki, bu da doğuş keçirməmiş və hamiləliyi planlaşdıran xanımlara bu problemdən birdəfəlik qurtulmağa imkan yaradır. 

Kriodestruksiya proseduru barədə
Kriodestruksiya – eroziyanın maye azotla yandırılmasıdır. Kriodestruksiya zamanı zədələnmiş toxumalara soyuq havayla təsir edilir, buna görə də bu prosedura “azotla dondurulma” proseduru deyilir. Bu prosedur nəticəsində çapıqlar əmələ gəlmir, toxumaların elastikliyi itmir.
Prosedur zamanı xüsusi cihazdan – kriozondan istifadə olunur. Olduqca aşağı temperaturun təsiri altında zədələnmiş toxumalar məhv olur, onların yerində isə sağlam epitelium əmələ gəlir.

Eroziyanın azotla müalicəsi necə keçir?
Prosedur ambulator şəraitdə bir neçə dəqiqə ərzində tətbiq olunur. Soyuq hava ağrıkəsici təsir göstərir və damarları daraldır, buna görə də kriodestruksiya zamanı ağrılar və qanaxmalar olmur. 
Kriodestruksiyanı menstrual silkin birinci fazasında etmək məsləhətlidir, aybaşının 7-10 –cu günlərində. Prosedurdan öncə aşağıdakı müayinələrdən keçmək lazımdır:
  • ·Güzgülərin istifadəsi ilə ginekoloji baxış;
  • ·Vaginal yaxmanın florasına və cinsi infeksiyalara görə analizi;
  • ·Qanın ümumi analizi;
  • ·Kolposkopiya – uşaqlıq boynunun mikroskopla müayinəsi;
  • ·Yaxmanın atipik hüceyrələrə analizi   - bədxassəli proseslərin istisnası üçün- PAP test;
  • ·Zəruri hallarda, həkim biopsiya və histoloji analiz təyin edə bilər.
Bu müayinələrə əsasən həkim kriodestruksiyanın tətbiqi barədə yekun qərar verir.

Prosedura əks-göstərişlər
  • ·Kəskin infeksion xəstəliklər;
  • ·Uşaqlıq boynunun 2-3 dərəcəli displaziyası, xərçəng xəstəliyinə şübhə;
  • ·Prosedura qarşı fərdi dözümsüzlük.
Prosedurdan sonra
Prosedurdan 2-3 həftə sonra cinsiyyət orqanlarından şəffaf ifrazatlar gələ bilər, bu normal halldır. 4-6 həftə sonra uşaqlıq boynu toxumaları tam sağalır. Həkim göstərişlərinə əsasən intim nahiyəyə xüsusi qulluq olunur.

Sayt haqqında

Bütün məqalələrin müəllifi Mama-Ginekoloq: Dr. İlahə Quliyeva-dır.
Bütün hüquqlar qorunur.

Biz sosial şəbəkələrdə
Bizimlə əlaqə

Ünvan: AZ1142, Babək pr-ti 92N Xətai r-nu, Bakı, Azərbaycan

Telefon: (+994) 50 365 80 90

E-mail: [email protected]

Sayt haqqında

Bütün məqalələrin müəllifi Mama-Ginekoloq: Dr. İlahə Quliyeva-dır.
Bütün hüquqlar qorunur.

Biz sosial şəbəkələrdə
Bizimlə əlaqə

Ünvan: AZ1142, Babək pr-ti 92N Xətai r-nu, Bakı, Azərbaycan

Telefon: (+994) 50 365 80 90

E-mail: [email protected]

Copyright © | 2019 Sayt GASİMOV.AZ tərəfindən yığılmışdır. Bütün hüquqlar qorunur.

Copyright © | 2019 Sayt GASİMOV.AZ tərəfindən yığılmışdır. Bütün hüquqlar qorunur.