Səhifə yüklənir...

 

Ana SəhifəEroziya və Kondiloma müalicəsi

Eroziya və Kondiloma müalicəsiEroziyanın radiodalğalarla yandırılması

Eroziyanın radiodalğalarla yandırılması 
Eroziya – müxtəlif yaş qrupunda olan qadınlarda aşkarlanma sayına görə ən çox rast gəlinən ginekoloji xəstəlikdir. Xəstəlik uşaqlıq yolunun selikli qişasında patoloji nahiyyə əmələ gətirir. Eroziyaya zərif cinsin hər 3-cü nümayəndəsində rast gəlinir, bununla belə xəstəliyə ən çox hamilə və doğuş keçirmiş xanımlar məruz qalır. Xəstəliyin ciddi fəsadları yarana bilər. Təhlükəli onkoloji proseslərin qarşısını almaq üçün eroziyanın radiodalğalarla müalicəsi tətbiq olunur.

Eroziyanın 2 növü olur:

  • ·Həqiqi eroziya;
  • ·Psevdoeroziya (silindrik epiteliumun ektopiyası).
Həqiqi eroziya epiteliumun zədələnməsinə səbəb olur, bu zaman uşaqlıq boynunu örtən hüceyrələr tamamilə yox olur. Psevdoeroziya zamanı servikal kanalı örtən epitelium toxuması, uşaqlıq boynunun xarıcı tərəfinə keçir.
Həqiqi eroziyaya çox az rast gəlinir. Çox vaxt ektopiyaya rast gəlinir.

Eroziyanın radiodalğalarla yandırılması
Radiodalğalarla eroziyanın yandırılması qansız, ağrısız və qeyri travmatik prosedurdur. Bu üsul uşaqlıq boynunda çapıqların olmamasıyla fərqlənir, buna görədə doğuş keçirməyən və hamiləliyi planlaşdıran xanımlara tövsiyyə olunur.
 Prosedur zamanı zədələnmiş toxumalara toxunulmadan təsir göstərilir. Seans zamanı yüksək tezlikli dalğaların təsiri altında patoloji elementlərin buxarlanması baş verir. Bu müdaxilə yüksək dərəcəli effektivliyi ilə fərqlənir, ağrıya və diskomforta səbəb olmur.
Müalicəvi prosedurun əsas üstünlüyü – yaxındakı toxumalara mənfi təsir göstərmir, qanaxma və mümkün olacaq ağırlaşmalar baş vermir.
Bu seansın tətbiqi üçün ən uyğun vaxt menstrual siklin 5-10-cu günləridir. Bu zaman qanaxma baş vermir, bərpa müddəti isə qısalır.
Eroziyanın radiodalğalarla müalicəsi zamanı xəstəxanada qalmağa ehtiyac yoxdur. Müalicəvi seans 15 dəqiqə vaxt alır. Prosedurdan əvvəl qadın ginekoloji masaya əyləşir, uşaqlıq boynu dezinfeksiya olunur və anestetik vurulur.
Radiodalğalı bıçaq toxumalarla təmasa girmədən onlara təsir göstərir, bununlada uşaqlıq boynunda kəsik və mikrotravmalar olmur. Xüsusi dalğaların təsiri altında zədələnmiş toxumalar parçalanır. Prosess hüceyrələrin buxarlanmasıyla davam edir, aşağı temperaturlu buxar əmələ gəlir, damarların koaqulyasiyası baş verir, bu da qanaxmanın qarşısını alır.
Eroziyanın tam aradan qaldırılması üçün çox vaxt 1 seans kifayət edir. Müdaxilə olunan nahiyələrin sağalması və bərpası çox qısa müddətdə baş verir – növbəti aybaşı sikli başlayanadək.

Radiodalğalarla müalicəyə əks-göstərişlər
  • ·Menstruasiya;
  • ·Naməlum etiologiyalı qanaxmalar;
  • ·Hamiləlik;
  • ·Qan laxtalanmasının pozulması;
  • ·Şəkərli diabet (dekompensasiya mərhələsində);
  • ·Daxili reproduktiv orqanlarının kəskin iltihablaşması;
  • ·Qızdırma;
  • ·İmmuniteti zəiflədən infeksiyalar (virus, göbələk, bakteriyalar);
  • ·Uşaqlıqdaxili spiral və ya kardiostimulyatorun olduğu zaman;
  • ·Ciddi psixi pozuntular.
Prosedurdan sonra bərpa müddəti
Bərpa müddətində cinsiyyət yollarından ifrazatlar axa bilər. Bir çox hallarda onlar az miqdarda olur, sağalma prosesiylə əlaqəlidir. Heç bir müdaxilə olunmadan belə ifrazatların dayanması 10 günə baş verir.

Sayt haqqında

Bütün məqalələrin müəllifi Mama-Ginekoloq: Dr. İlahə Quliyeva-dır.
Bütün hüquqlar qorunur.

Biz sosial şəbəkələrdə
Bizimlə əlaqə

Ünvan: AZ1142, Babək pr-ti 92N Xətai r-nu, Bakı, Azərbaycan

Telefon: (+994) 50 365 80 90

E-mail: [email protected]

Sayt haqqında

Bütün məqalələrin müəllifi Mama-Ginekoloq: Dr. İlahə Quliyeva-dır.
Bütün hüquqlar qorunur.

Biz sosial şəbəkələrdə
Bizimlə əlaqə

Ünvan: AZ1142, Babək pr-ti 92N Xətai r-nu, Bakı, Azərbaycan

Telefon: (+994) 50 365 80 90

E-mail: [email protected]

Copyright © | 2019 Sayt GASİMOV.AZ tərəfindən yığılmışdır. Bütün hüquqlar qorunur.

Copyright © | 2019 Sayt GASİMOV.AZ tərəfindən yığılmışdır. Bütün hüquqlar qorunur.