Səhifə yüklənir...

 

Ana SəhifəEroziya və Kondiloma müalicəsi

Eroziya və Kondiloma müalicəsiKondilomaların elektrokoaqulyasiyası

Kondilomaların elektrokoaqulyasiyası
İtiuclu kondilomalar yumşaq ayaqcıqlı törəmələrdir, birləşməyə meyillidirlər. Bəzən, onlar “cinsi ziyillər” adlandırılır, çünki onlar xarici cinsiyyət orqanlarının selikli qişasını zədələyirlər.
Xəstəliyin törədicisi insan papiloma virusudur (İPV). Ona yoluxma  xəstə partnyorla cinsi əlaqə zamanı baş verir. Virus daha çox cinsi əlaqə zamanı travmatizasiyaya uğrayan nahiyyələrə yayılır. O residivlərə meyillidir (xüsusən də - imunitetin zəifləməsi zaman) və eyni dərəcədə həm qadınlarda, həm də kişilərdə aşkar olunur.
Törəmələrin təhlükəsi ondadır ki, onlar ciddi ağırlaşmalara səbəb ola bilər – maliqnizasiya kimi. Həmçinin, kondilomalar kosmetik defekt yaradır, infeksiyaya yoluxma riskini artırır və travmatizasiyaya meyillidir.

Kondilomaların elektrokoaqulyasiyası  - yüksək tezlikli cərəyanın təsiri altında tətbiq olunan müalicəvi prosedurdur. Prosedur zamanı xüsusi elektroddan istifadə olunur, hansına ki, müəyyən tezlikli cərəyan ötürülür. Dəridəki törəmələrə təsir etdikdə onların hüceyrələrindəki temperatur artır, nəticədə hüceyrələrdəki maye buxarlanır və onlar məhv olur.
Prosedur ağrılıdır, ona görədə istifadəsində yerli anesteziyadan istifadə olunur. Eyni zamanda, o çox rahat keçir və yaxşı nəticə təmin edir.

Prosedura göstərişlər
Kondilomaların elektrokoaqulyasiyası pasientin xarici cinsiyyət orqanlarında itiuclu kondilomaların olduğu halda aparılır, əsasəndə kondilomalar daimi travmatizasiya olan nahiyyələrdə yerləşdiyində və kosmetik defektə səbəb olduğu zaman. Kondilomaların daimi travmatizasiyası ağrılara və qanaxmaya səbəb olur. Zədələnmənin yerində infeksiya olduqda həmin nahiyyə qaşınmağa və pis qoxu yaymağa başlayır. Bundan əlavə fistulalar əmələ gəlir və kondilomaların maliqnizasiya riski yaranır.

Prosedura əks-göstərişlər

  • ·Qan laxtalanmasının pozulması;
  • ·Endokrin sisteminin xəstəlikləri;
  • ·Herpes virusla yoluxma (kəskin mərhələdə);
  • ·Psixikanın pozulması;
  • ·Kəskin fazada infeksiyalar;
  • ·Bədxassəli şişlər.
Elektrokoaqulyasiyanın tətbiqi 
Prosedurdan əvvəl pasient ginekoloji masaya əyləşir və müdaxilə olunacaq nahiyə antiseptiklərlə təmizlənir və ağrıkəsici vurulur. Bundan sonra ginekoloq prosedura keçir, elektrodu kondilomaların dib hissəsinə qoyaraq onları yandırır. Elektrokoaqulyasiya zamanı  cərəyanın təsiri nəticəsində kondilomaların strukturunun parçalanması baş verir və onlar məhv olur (nekrotik vəziyyətə çatdırılır). Həkim kondilomanın baş hissəsini pinsetlə tutaraq onu dib hissəsini cərəyanla kəsir. Kondilomaların sayına əsasən prosedur 10 dəqiqədən 30 dəqiqəyə kimi davam edir. Törəmələr iri ölçülü olduğu halda, onlar histoloji müayinəyə göndərilir.

Prosedurdan sonra bərpa müddəti
Prosedurdan sonra reabilitasiya müddəti zədələnmiş nahiyyənin həcmindən asılıdır (bir neçə gündən  1 aya qədər davam edə bilər). Ağırlaşmaların riskini minimuma endirmək üçün pasient həkimin tövsiyyələrinə riayət etməlidir.
  • ·İlk 3 gün ərzində duş və vanna qəbulundan imtina etməli və müdaxilə olunan nahiyyəni nəmlikdən qorumalıdır;
  • ·Prosedurdan sonra 1 həftə ərzində cinsi əlaqədən uzaq durmalıdır;
  • Bərpa müddətində vanna, sauna, çimərlik və solyariumdan uzaq durmalıdır.
Prosedurun müsbət cəhətləri
  • ·Prosedurun sadə tətbiqi və uyğun qiyməti;
  • ·Prosedur ağrısız və qanaxma olmadan keçir;
  • ·Effektivliyi 90-95%;
  • ·Bir seansa təmizləmə imkanı;
  • ·Nəinki törəmələri aradan qaldırır, həmçinin, zədələnmiş epidermisin sağalmasına kömək olur.

Sayt haqqında

Bütün məqalələrin müəllifi Mama-Ginekoloq: Dr. İlahə Quliyeva-dır.
Bütün hüquqlar qorunur.

Biz sosial şəbəkələrdə
Bizimlə əlaqə

Ünvan: AZ1142, Babək pr-ti 92N Xətai r-nu, Bakı, Azərbaycan

Telefon: (+994) 50 365 80 90

E-mail: [email protected]

Sayt haqqında

Bütün məqalələrin müəllifi Mama-Ginekoloq: Dr. İlahə Quliyeva-dır.
Bütün hüquqlar qorunur.

Biz sosial şəbəkələrdə
Bizimlə əlaqə

Ünvan: AZ1142, Babək pr-ti 92N Xətai r-nu, Bakı, Azərbaycan

Telefon: (+994) 50 365 80 90

E-mail: [email protected]

Copyright © | 2019 Sayt GASİMOV.AZ tərəfindən yığılmışdır. Bütün hüquqlar qorunur.

Copyright © | 2019 Sayt GASİMOV.AZ tərəfindən yığılmışdır. Bütün hüquqlar qorunur.