Səhifə yüklənir...

 

Ana SəhifəEroziya və Kondiloma müalicəsi

Eroziya və Kondiloma müalicəsiKondilomaların lazerlə təmizlənməsi

İntim nahiyyələrdəki kondilomalar bir-birinə sıx yerləşmiş virus mənşəli ziyiləbənzər törəmələrdir. Onlar həcmli və kiçik, quru və ya nəmli, geniş, yastı və itiuclu olur, kondilomalar cinsiyyət orqanlarının estetik görünüşünə mənfi təsir göstərir, intim həyatın keyfiyyətini azaldır, ağrı hissi yaşadır.
Xəstəliyin yaranma səbəbi

Kondilomalar  - insan papilomavirusuyla (İPV) yoluxma zamanı yaranır. İnfeksiyaya yoluxma, vaginal, anal və oral cinsi əlaqə zamanı olur, həmçinin, virus daşıyıcısıyla birlikdə eyni əşyaları istifadə etdikə. İnfeksiya orqanizmə düşdükdən sonra uzun müddət heç bir əlamətlərlə özünü birüzə vermir. Dərinin müəyyən nahiyyəsində yerləşdikdə kondilomalar dayanmadan çoxalmağa başlayır, görünüşcə gül kələmini xatırladırlar.
Qadınlarda kondilomalar böyük və kiçik cinsiyyət dodaqlarında, klitorda və uretrada, uşaqlıq yolunun dəliyində (girəcəyində) uşaqlıq yolunda və uşaqlıq boynunda aşkar olunur.

Kondilomalar ağrı hissi yaşadan törəmələrdir, selikli qişada yerləşdiyində onlar tez-tez travmatizasiyaya uğrayır, qanayır, qaşınma verir, bəzi hallarda isə bədxassəli şişə çevrilmə ehtimalı var. Törəmələri aşkarladıqda bəzi xanımlar onları özləri təmizləmək qərarına gəlir: ülgüclə, yandıraraq, qopardaraq. Əslində bu çox təhlükəlidir, ağırlaşmalar riskinə görə özünümüalicə qadağandır.
Kondilomaları təmizləməzdən əvvəl həkim konsultasiya keçirir, baxışdan sonra ilkin diaqnoz qoyulur, laborator analizlər edilir. Analizlər kondilomaların təbiətini və növlərini aşkar etməyə kömək olur.

Kondilomaların lazerlə müalicəsi

Üstünlükləri

⦁    Ağrısız prosedurudur, bir çox üstünlükləri var:
⦁    Kəsiksiz üsul olduğundan yoluxma riski sıfıra bərabərdir;
⦁    Tez bir zamanda bərpa;
⦁    Çapıq və iz buraxmadan sağalma;
⦁    Prosedurun az vaxt aparması.

Prosedurun tətbiqi

İlk öncə kondilomaların yerləşdiyi nahiyyə antiseptiklə təmizlənir, sonra ağrıkəsici vurulur. İynə təsir etdikdən sonra, həkim prosedura keçir. Xoşagəlməz törəməni lazerlə yandırdıqdan sonra dəriyə antibiotik qoyulur ki, iltihablaşmanın qarşısı alınsın.

Prosedurdan sonra

Prosedurdan sonra pasientə bir sıra tövsiyyələr verilir (əməliyyat olunan nahiyyəyə sonrakı qulluq üçün). Onlara riayət etmək çox asandır:

⦁    Müdaxilə olunan nahiyyəni qaşımamaq;
⦁    Xüsusi vasitələr sürtmək;
⦁    7-10 gün ərzində vannaya, saunaya, sonlyariuma getməmək;
⦁    Cinsi əlaqəyə 1 həftə ərzində ara vermək.

Prosedura əks-göstərişlər

⦁    Müalicə olunan nahiyyədə iltihabi proseslər;
⦁    Manipulyasiyadan əvvəl arterial təzyiqin yüksəlməsi;
⦁    Bədxassəli şişlər;
⦁    Suyuqdəymə, qrip;
⦁    Yüksək temperatur;
⦁    Herpes virus.


Prosedur öncəsi konsultasiya zamanı  sizin vəziyətinizi qiymətləndiririk, bütün əhəmiyyətli analizləri təyin edirik.

Yadda saxlamaq lazımdır ki, papilomavirusa yoluxulduğu zaman onun daşıyıcısı qorunulmamış cinsi əlaqə zamanı öz partnyorunu yoluxdura bilər. Bunun qarşısını almaq üçün cinsi əlaqə zamanı prezervativlərdən istifadə etmək lazımdır.

Sayt haqqında

Bütün məqalələrin müəllifi Mama-Ginekoloq: Dr. İlahə Quliyeva-dır.
Bütün hüquqlar qorunur.

Biz sosial şəbəkələrdə
Bizimlə əlaqə

Ünvan: AZ1142, Babək pr-ti 92N Xətai r-nu, Bakı, Azərbaycan

Telefon: (+994) 50 365 80 90

E-mail: [email protected]

Sayt haqqında

Bütün məqalələrin müəllifi Mama-Ginekoloq: Dr. İlahə Quliyeva-dır.
Bütün hüquqlar qorunur.

Biz sosial şəbəkələrdə
Bizimlə əlaqə

Ünvan: AZ1142, Babək pr-ti 92N Xətai r-nu, Bakı, Azərbaycan

Telefon: (+994) 50 365 80 90

E-mail: [email protected]

Copyright © | 2019 Sayt GASİMOV.AZ tərəfindən yığılmışdır. Bütün hüquqlar qorunur.

Copyright © | 2019 Sayt GASİMOV.AZ tərəfindən yığılmışdır. Bütün hüquqlar qorunur.