Səhifə yüklənir...

 

Ana SəhifəEroziya və Kondiloma müalicəsi

Eroziya və Kondiloma müalicəsiİtiuclu kondilomaların müalicəsi

Kondilomalar papilyar formalı törəmələr olub, cinsiyyət orqanlarının və anal dəliyinin selikli qişasında yerləşir. Onlar insan papiloma virusuyla (İPV) yoluxmanın nəticəsində əmələ gəlir. Çox vaxt birləşərək gül kələminə bənzər kütlə yaradırlar. Zədələnmiş kondilomadan qoxulu viral hissəciklərlə dolu maye ifraz olunur. İPV-nin bu əlamətləri nəinki psixoloji sarsıntı yaradır, həmçinin bədxassəli şişə çevrilmə ehtimalı var. 

İPV cinsi yolla ən çox yoluxulan infeksiyalara aiddir. Çox vaxt əlamətləri bilinmir, lakin, bəzən pasientlərin anal dəliyində, cinsiyyət yollarında, xoşxassəli törəmələr yaranır.

Genlə və virulentliklə seçilən bir çox İPV virus tipləri mövcuddur. İtiuclu kondilomalar çox vaxt 6 və 11-ci tip kondilomalara yoluxma nəticəsində yaranır. Bundan başqa insan eyni zamanda bir neçə virus növlərinə yoluxa bilər. Buna görə də vaxtında İPV-yə qarşı vaksinasiya etmək məsləhətlidir.

Virusa yoluxma yolları

⦁    Virusa əsas yoluxma cinsi yolla baş verir (hətta cinsi orqanların selikli qişasında kondilomalar olmadığı halda). Prezervativlərdən istifadə virusun onkogen tiplərindən qoruyur, lakin, itiuclu kondilomalara qorunulmuş cinsi əlaqə zamanı da yoluxmaq mümkündür;
⦁    İnfeksiya zədələnmiş dəridən keçə bilər;
⦁    Doğuş vaxtı anadan körpəyə keçə bilər. Bu zaman virus körpənin qırtlağında yer alır.
⦁    Öz-özünü yoluxdurma – infeksiya bir anatomik nahiyyədən digərinə keçir.


Yoluxandan sonra virus orqanizmdə illərlə əlamətsiz qala bilir, və bir neçə il sonra özünü birüzə verir.

İtiuclu kondilomaların yaranma riski

⦁    Anadangəlmə və ya qazanılmış immunodefisit (HİV infeksiyası, irsi və s.);
⦁    Əvvələr keçirilmiş cinsi infeksiyalar;
⦁    Uşaqlıq yolunda disbakterioz;
⦁    Qorunulmamış cinsi əlaqə və partnyorların tez tez dəyişməsi;
⦁    Hamiləlik;
⦁    Xroniki stress və az qida qəbulu.

Xəstəliyin əlamətləri

Qadınlarda itiuclu kondilomalar kiçik cinsiyyət dodaqlarında, uşaqlıq yolunda, uşaqlıq boynunda və aralıq nahiyyəsində əmələ gəlir.

⦁    Kondilomaların qanaması (cinsi əlaqə zamanı dəri zədələnə bilər);
⦁    Kondilomaların yerləşdiyi nahiyyədə qaşınma və diskomfort;
⦁    Dərinin qızarması;
⦁    Defekasiya zamanı xoşagəlməz hisslər;
⦁    Sidik ifrazatının pozulması.


Xəstəliyin diaqnostikası

Həkim xəstənin anogenital nahiyyəsinə baxış keçirir, şikayətləri dinləyir, xəstəliyin anamneziylə maraqlanır. Baxış zamanı dəridə xarakterik dəyişikliklər aşkarlanır, virus ştammını təyin etmək üçün əlavə müayinələr aparılır:

⦁    Kolposkopiya və vulvoskopiya – daxili və xarici cinsiyyət orqanlarının instrumental müayinəsi. Həkim selikli qişanın vəziyyətini qiymətləndirir və kondilomaları aşkar edir;
⦁    Uretroskopiya – sidik ifrazat kanalının vizual müayinəsi;
⦁    Servikal kanaldan yaxmanın götürülməsi və histoloji müayinəsi. Bu test vasitəsilə bədxassəli hüceyrələr aşkarlanır;
⦁    Spesifik immunoqlobulinlərin aşkarlanması üçün qan analizi;
⦁    PSR analizi.

Dərmanla müalicə

Hal hazırda virusu orqanizmdən təmizləyən dərmanlar mövcüd deyil. İPV infeksiyası residivləriylə xarakterizə olunur, buna görə də xəstəliyin əlamətləri hər an aşkarlana bilər. Həkim xəstəliyin gedişatını yüngüllləşdirmək üçün simptomatik terapiya təyin edə bilər:
Topikal müalicə vasitələri- daxilində immunomodulyatorlar var. Zədələnmiş nahiyyəyə kremin və ya məlhəmin sürtülməsi kondilomaların inkişafını dayandırır;

Podofilotoksin – sitostatik təsir göstərən kimyəvi birləşmə. Krem və ya məlhəm şəklində istifadə olunan bu vasitə kondilomaların aradan qaldırılmasına kömək olur.

Bu dərmanlar yalnız həkim tərəfindən təyin olunur, qızartı, allergiya və ya qanaxma kimi mənfi təsirə malikdirlər.

Cərrahi və ya minimal invaziv yollarla müalicə üsulları

İtiuclu kondilomaları həmçinin, cərrahi yolla aradan qaldırmaq mümkündür. Yerli anesteziyadan istifadə prosedurun ağrısız keçməsinə kömək olur, lakin cərrahi müdaxilə üçün mümkün olacaq əks-göstərişləri nəzərə almaq lazımdır.

Aşağıda ən çox tətbiq olunan cərrahi üsullar qeyd olunub:

⦁    Kriodestruksiya (kondilomaların maye azotla donruluması və məhvi);
⦁    Elektrokoaqulyasiya;
⦁    Lazerlə müalicə;
⦁    Radiodalğalarla müalicə;

Kondilomaların maye azotla dondurulması və məhvi

Kondilomaların maye azotla müalicəsi (kriodestruksiya) onun dondurulmasından ibarətdir, bu zaman kondilomanın protein strukturları məhv edilir. Kriodestruksiya kiçik sayda  kondilomaların müalicəsi üçün tətbiq olunur. Nəticədə kondiloma yox olur və altında kiçik bir yara əmələ gəlir. Bununla belə, bu üsulla kondilomaların natamam çıxarılması və yaranın uzun müddət sağalma ehtimalı var. Bu üsul doğuş keçirməyən xanımlara tövsiyə olunmur.

Üstünlükləri:

⦁    Prosedurun nisbətən ağrısız keçməsi;
⦁    Sağalma çapıqlar olmadan, tez baş verir;
⦁    Üsul qeyri-invazivdir (prosedur qansız keçir);


Elektrokoaqulyasiya

Elektrokoaqulyasiya – kondilomaların elektrik cərəyanla yandırlımasına deyilir. Bu prosedur bir neçə dəqiqə davam edir.

Üstünlükləri: 
  
⦁    Çapıqların olmaması;
⦁    Pasient üçün təhlükəsizdir;
⦁    Yüksək effektivliyi;
⦁    Tətbiqi üçün minimal vaxt;
⦁    Müdaxilə dərinliyinin idarə olunması.

Lazerlə müalicə

Kondilomaların lazerlə təmizlənməsi, kiçik bir cərrahi müdaxilədir, prosedur zamanı kondilomalar buxarlanma (lazer buxarlanması) ilə xaric olunur. Əməliyyatın ümumi müddəti 30 dəqiqəyə qədərdir. Kondilomalar təmizləndikdən sonra bərpa müddəti 2 həftəyə qədərdir, bu müddət ərzində cinsi əlaqə, su və isti prosedurlarından uzaq durmaq lazımdır.

Üstünlükləri:

⦁    Operativliyi – prosedur bir neçə dəqiqə vaxt alır;
⦁    Ağrısız keçməsi – yerli anesteziya tətbiq olunur;
⦁    Sterilliyi – toxumanın yandırılması infeksiyanın qarşısını alır;
⦁    Prosedurdan sonra çapıqlar və izlər qalmır;
⦁    Müdaxilə dərinliyinin idarə olunması.


Radiodalğalarla müalicə

Metod yüksək tezlikli radio dalğalarının çox miqdarda istilik enerjisini əmələ gətirməsinə əsaslanır. Hüceyrənin mayesi istilənir, strukturu parçalanır, müdaxilə olunan hüceyrələr buxarlanır. İsti nəinki hüceyrələrin buxarlanmasına səbəb olur, həmçinin, damarları koaqulyasiya edir, buda qanaxma riskini sıfıra endirir.

Üstünlükləri:

⦁    Ağrısız prosedurdur;
⦁    Ətrafdakı sağlam toxumalar üçün təhlükəsizdir;
⦁    Tez bərpa müddəti;
⦁    Prosedur qansız keçir;
⦁    Prosedurdan sonra çapıq və iz qalmır.


Anamnezə baxdıqdan sonra, həkim sizə uyğun,  ən təhlükəsiz üsulu seçəcək. 

Əməliyyatın nəticəsi

Əməliyyatn nəticəsi uğurlu olur. Pasientdə HİV və ya imunodefisit yoxdursa xəstəliyin əlamətləri çox nadir hallarda təkrarlanır. Törəmələrin inkişafını istisna etmək üçün daimi həkim nəzarətindən keçmək lazımdır.

Xəstəliyə yoluxmamaq üçün profilaktik tədbirlər

⦁    Cinsi əlaqə zamanı prezervativlərdən istifadə;
⦁    Cinsi yolla keçən digər xəstəliklərin müalicəsi;
⦁    Şəxsi gigiyena qaydalarına riayət etmək;
⦁    İmunnitetə mənfi təsir göstərən amillərin aradan qaldırılması (siqaret, içki);
⦁    Vitamin qəbulu.

Sayt haqqında

Bütün məqalələrin müəllifi Mama-Ginekoloq: Dr. İlahə Quliyeva-dır.
Bütün hüquqlar qorunur.

Biz sosial şəbəkələrdə
Bizimlə əlaqə

Ünvan: AZ1142, Babək pr-ti 92N Xətai r-nu, Bakı, Azərbaycan

Telefon: (+994) 50 365 80 90

E-mail: [email protected]

Sayt haqqında

Bütün məqalələrin müəllifi Mama-Ginekoloq: Dr. İlahə Quliyeva-dır.
Bütün hüquqlar qorunur.

Biz sosial şəbəkələrdə
Bizimlə əlaqə

Ünvan: AZ1142, Babək pr-ti 92N Xətai r-nu, Bakı, Azərbaycan

Telefon: (+994) 50 365 80 90

E-mail: [email protected]

Copyright © | 2019 Sayt GASİMOV.AZ tərəfindən yığılmışdır. Bütün hüquqlar qorunur.

Copyright © | 2019 Sayt GASİMOV.AZ tərəfindən yığılmışdır. Bütün hüquqlar qorunur.