Səhifə yüklənir...

 

Ana SəhifəEstetik ginekoloji xidmətlər

Estetik ginekoloji xidmətlərEstetik ginekoloji xidmətlər

Estetik ginekoloji xidmətlər
Estetik ginekologiya – tibbdə nisbətən yeni istiqamətdir. O, cərrahi müdaxilə etmədən, bir çox qadın problemlərinin həll olunmasına kömək olur. Cinsi əlaqə zamanı yaranan diskomfort hissi, stress sidik saxlamazlığı, postkoital infeksiyalar – bütün bu vəziyyətlər artıq sizi narahat etməyəcək.

Estetik ginekologiya hansı problemlərin həll olunmasına kömək olur?
İntim sferada müalicəyə göstərişlər çox vaxt estetikayla üz-üzə gəlir. Qadınlar nəinki xoşagəlməz hisslərdən azad olmaq, həmçinin cinsi həyatın keyfiyyətini geri qaytarmaq istəyirlər. Həkimə müraciət üçün aşağıdakı səbəblər ola bilər:

  • ·Cinsi əlaqə zamanı ağrılar;
  • ·İntim nahiyyənin quruluğu;
  • ·Stress sidik saxlamazlığı;
  • ·Cinsiyyət yollarının daimi infeksiyaları;
  • ·Uşaqlıq yolunun sallanması;
  • ·Cinsiyyət orqanlarının qeyri-estetik xarici görünüşü;
  • ·Anorqazmiya və s.
Estetik ginekologiya ilə bağlı aşağıdaki hallarda həkimə müraciət etməyiniz tövsiyyə olunur:
  • ·Əgər uşaqlıq yolunda narahatlıq, quruluq və qaşınma hiss edirsinizsə;
  • ·Cinsiyyət yollarının daimi iltihabi xəstəliklərindən əziyyət çəkirsinizsə;
  • ·Sizi qeyri-ixtiyari sidik ifrazatı narahat edirsə;
  • ·Uşaqlıq yolunun divarlarının genişlənməsini, cinsiyyət dodaqlarının, klitorun strukturunun və ölçüsünün dəyişildiyini aşkar etmisinizsə;
  • ·Epiziotomiya və ya doğuş sonrası cırılmalar ağrı hissi yaşadırsa;
  • ·Cinsi əlaqədən zövq almırsınızsa;
  • ·İntim nahiyənin gözəlliyinə diqqət yetirirsinizsə.
Estetik ginekologiyanın üsulları seksual həyatın keyfiyyətini yaxşılaşdırmağa kömək edir və əməlliyyat etmədən qadına özünəgüvən hissini qaytarır.

Fransa Təhsilli Estetik Ginekoloq Cərrah Phd. Dr İlahə Quliyeva tərəfindən estetik ginekologiyanın növbəti xidmətləri təklif olunur:
  • ·İntim nahiyyənin lazer üsuluyla cavanlaşdırılması. Yaşla bağlı və doğuş sonrası dəyişikliklər və cinsi pozuntular zamanı tövsiyyə olunur. İntim nahiyyədə dərinin elastikliyini bərpa edir, əzələlərin tonusunu artırır, qan dövranını və toxumalarda mübadilə prosesini yaxşılaşdırır.
  • ·İnyeksion üsulla kontur plastika. Uşaqlıq yolunun  divarlarının, cinsiyyət dodaqlarının və klitorun strukturunun və həcminin korreksiyası üçün tətbiq olunur. Stress sidik saxlamazlığı probleminin müalicəsində istifadə olunur. Xüsusi diqqət biorevitalizasiya proseduruna yetirilir - intim nahiyyənin dərisini və cinsiyyət yollarının selikli qişasını hialuron turşusuyla bərpasına.
  • ·Perineoplastika (saplarla). Aralığın doğuşdan sonra deformasiyası zamanı tətbiq olunur. Bu üsulla nəinki yumşaq toxumaları möhkəmlədirmək, həmçinin, doğuş sonrası yırtılmaları aradan qaldırmaq, əzələlərin tonusunu bərpa etmək olur.
Estetik ginekologiyanın bütün bu prosedurları ambulator şəraitdə tətbiq olunur – xəstəxanada qalmağa ehtiyac yoxdur. Manipulyasiyalar ağrısızdır və ya yerli anesteziya altında icra olunur. Prosedurlardan sonra effekt qısa müddət ərzində bilinir.
  • ·Böyük və kiçik cinsiyyət dodaqlarının böyüdülməsi.
Prosedur zamanı uşaqlıq yolunun girəcəyinin baryer funksiyası bərpa olunur, temperatur rejimi normallaşdırılır, anadangəlmə və ya qazanılmış assimmetriya aradan qaldırılır. Bununlada xoşagəlimli kosmetik nəticə əldə olunur.
  • ·Klitoroplastika (klitorunun həcminin böyüdülməsi)
Prosedur hissiyatın artılıması və nəmləndirməni bərpa etmək məqsədi ilə aparılır. Prosedur zamanı hialuron turşusundan istifadə olunur.
  • ·“G” nahiyəsinin böyüdülməsi
Hialuron turşusu əsaslı preparatla doldurulması nəticəsində, nəinki “G”nahiyənin böyüməsi, həmçinin, uşaqlıq yolunun həcminin kiçilməsi də baş verir və, müvəqqəti olaraq stress sidik saxlamazlığı zamanı yaxşılaşma müşahidə olunur. 
  • ·İntim nahiyənin biorevitalizasiyası
Doğuşlar, yaşla və hormonal dəyişikliklərlə bağlı problemlər bir çox hallarda uşaqlıq yolunun tonusunu azaldır, quruluğa səbəb olur. Biorevitalizasiya nəticəsində  intim nahiyyədə qan dövranının bərpa edilməsinə, dərinin və selikli qişanın nəmlədirilməsinə, elastikliyin artmasına, və mübadilə proseslərini yaxşılaşdıraraq uşaqlıq yolunun tonusunun qaytarılmasına nail olunur.
  • ·Uşaqlıq yolunun strukturunun və divarının korreksiyası
Xüsusi saplarla uşaqlıq yolu dəliyinin (girəcəyinin) ölçüsünü bərpa etmək olur. Bu prosedurun üstün cəhəti dəridən uşaqlığa keçə biləcək infeksiyalara qarşı müdafiənin təmin olunmasıdır.
  • ·Stress sidik saxlamazlığının müalicəsi
Müasir və təhlükəsiz müalicə üsuludur – bu zaman hialuron turşusu yeridilir, hansı ki, sidiyin saxlanılmasına kömək olur.
  • ·Postkoital sistinin müalicəsi
Hialuron türşüsunun xüsusi üsulla uşaqlıq yolunun ön divarı və sidik kisəsinin arxa divarı arasındaki nahiyəyə yeridilməsi postkoital sistinin sağalmasına kömək olur.
Xanımlara utanmamağı və estetik problemlərlə bağlı bizə müraciət etməyi tövsiyyə edirik. Xanımların sağlamlığına qayğı göstərərək intim kontur plastika sahəsində hər gün yeni naliyyətlər əldə etməyə çalışırıq.
Bizə müraciət edərək bir çox üstünlüklər əldə edəcəksiniz:
  • ·Prosedurun təhlükəsizliyi, prosedur zamanı yalnız hipoallergen preparatlardan istifadə olunur, çoxlarının tərkibində hialuron turşusu var.
  • ·Prosedurun ağrısız keçməsi, korreksiya və intim cavanlaşdırma komfortlu şəraitdə tətbiq olunur. Önəmli hallarda ağrıkəsici spreylərdən və kremlərdən istifadə olunur.
  • ·Minimal sərfiyyat. Prosedur 1 saata qədər vaxt alır və ümumi anesteziyadan istifadə zəruriliyini yaratmır.
  • ·Hər pasientə fərdi münasibət.
  • ·Uğurlu nəticə. Estetik görünüşdən əlavə, dolğular selikli  qişanın nəmləndirilməsinə, toxumalarda maddələr mübadiləsinin və cinsi həzzə cavab verən reseptorların funksiyalarının yaxşılaşdırılmasına kömək olur. 
Estetik ginekologiya nəinki yeni istiqamətdir, o, həmçinin bir çoxlarının göz yumduğu problemlərin həll olmasına kömək olur. Təklif olunan xidmətlər qadının cinsi həyatının keyfiyyətini və özünəgüvən hissini artırır.

Sayt haqqında

Bütün məqalələrin müəllifi Mama-Ginekoloq: Dr. İlahə Quliyeva-dır.
Bütün hüquqlar qorunur.

Biz sosial şəbəkələrdə
Bizimlə əlaqə

Ünvan: AZ1142, Babək pr-ti 92N Xətai r-nu, Bakı, Azərbaycan

Telefon: (+994) 50 365 80 90

E-mail: [email protected]

Sayt haqqında

Bütün məqalələrin müəllifi Mama-Ginekoloq: Dr. İlahə Quliyeva-dır.
Bütün hüquqlar qorunur.

Biz sosial şəbəkələrdə
Bizimlə əlaqə

Ünvan: AZ1142, Babək pr-ti 92N Xətai r-nu, Bakı, Azərbaycan

Telefon: (+994) 50 365 80 90

E-mail: [email protected]

Copyright © | 2019 Sayt SMM-SEO.AZ tərəfindən yığılmışdır. Bütün hüquqlar qorunur.

Copyright © | 2019 Sayt SMM-SEO.AZ tərəfindən yığılmışdır. Bütün hüquqlar qorunur.