Estetik ginekoloji xidmətlər
Estetik ginekologiya – tibbdə nisbətən yeni istiqamətdir. O, cərrahi müdaxilə etmədən, bir çox qadın problemlərinin həll olunmasına kömək olur. Cinsi əlaqə zamanı yaranan diskomfort hissi, stress sidik saxlamazlığı, postkoital infeksiyalar – bütün bu vəziyyətlər artıq sizi narahat etməyəcək.
Estetik ginekologiya hansı problemlərin həll olunmasına kömək olur?
İntim sferada müalicəyə göstərişlər çox vaxt estetikayla üz-üzə gəlir. Qadınlar nəinki xoşagəlməz hisslərdən azad olmaq, həmçinin cinsi həyatın keyfiyyətini geri qaytarmaq istəyirlər. Həkimə müraciət üçün aşağıdakı səbəblər ola bilər:
- ·Cinsi əlaqə zamanı ağrılar;
- ·İntim nahiyyənin quruluğu;
- ·Stress sidik saxlamazlığı;
- ·Cinsiyyət yollarının daimi infeksiyaları;
- ·Uşaqlıq yolunun sallanması;
- ·Cinsiyyət orqanlarının qeyri-estetik xarici görünüşü;
- ·Anorqazmiya və s.
- ·Əgər uşaqlıq yolunda narahatlıq, quruluq və qaşınma hiss edirsinizsə;
- ·Cinsiyyət yollarının daimi iltihabi xəstəliklərindən əziyyət çəkirsinizsə;
- ·Sizi qeyri-ixtiyari sidik ifrazatı narahat edirsə;
- ·Uşaqlıq yolunun divarlarının genişlənməsini, cinsiyyət dodaqlarının, klitorun strukturunun və ölçüsünün dəyişildiyini aşkar etmisinizsə;
- ·Epiziotomiya və ya doğuş sonrası cırılmalar ağrı hissi yaşadırsa;
- ·Cinsi əlaqədən zövq almırsınızsa;
- ·İntim nahiyənin gözəlliyinə diqqət yetirirsinizsə.
Fransa Təhsilli Estetik Ginekoloq Cərrah Phd. Dr İlahə Quliyeva tərəfindən estetik ginekologiyanın növbəti xidmətləri təklif olunur:
- ·İntim nahiyyənin lazer üsuluyla cavanlaşdırılması. Yaşla bağlı və doğuş sonrası dəyişikliklər və cinsi pozuntular zamanı tövsiyyə olunur. İntim nahiyyədə dərinin elastikliyini bərpa edir, əzələlərin tonusunu artırır, qan dövranını və toxumalarda mübadilə prosesini yaxşılaşdırır.
- ·İnyeksion üsulla kontur plastika. Uşaqlıq yolunun divarlarının, cinsiyyət dodaqlarının və klitorun strukturunun və həcminin korreksiyası üçün tətbiq olunur. Stress sidik saxlamazlığı probleminin müalicəsində istifadə olunur. Xüsusi diqqət biorevitalizasiya proseduruna yetirilir - intim nahiyyənin dərisini və cinsiyyət yollarının selikli qişasını hialuron turşusuyla bərpasına.
- ·Perineoplastika (saplarla). Aralığın doğuşdan sonra deformasiyası zamanı tətbiq olunur. Bu üsulla nəinki yumşaq toxumaları möhkəmlədirmək, həmçinin, doğuş sonrası yırtılmaları aradan qaldırmaq, əzələlərin tonusunu bərpa etmək olur.
- ·Böyük və kiçik cinsiyyət dodaqlarının böyüdülməsi.
- ·Klitoroplastika (klitorunun həcminin böyüdülməsi)
- ·“G” nahiyəsinin böyüdülməsi
- ·İntim nahiyənin biorevitalizasiyası
- ·Uşaqlıq yolunun strukturunun və divarının korreksiyası
- ·Stress sidik saxlamazlığının müalicəsi
- ·Postkoital sistinin müalicəsi
Xanımlara utanmamağı və estetik problemlərlə bağlı bizə müraciət etməyi tövsiyyə edirik. Xanımların sağlamlığına qayğı göstərərək intim kontur plastika sahəsində hər gün yeni naliyyətlər əldə etməyə çalışırıq.
Bizə müraciət edərək bir çox üstünlüklər əldə edəcəksiniz:
- ·Prosedurun təhlükəsizliyi, prosedur zamanı yalnız hipoallergen preparatlardan istifadə olunur, çoxlarının tərkibində hialuron turşusu var.
- ·Prosedurun ağrısız keçməsi, korreksiya və intim cavanlaşdırma komfortlu şəraitdə tətbiq olunur. Önəmli hallarda ağrıkəsici spreylərdən və kremlərdən istifadə olunur.
- ·Minimal sərfiyyat. Prosedur 1 saata qədər vaxt alır və ümumi anesteziyadan istifadə zəruriliyini yaratmır.
- ·Hər pasientə fərdi münasibət.
- ·Uğurlu nəticə. Estetik görünüşdən əlavə, dolğular selikli qişanın nəmləndirilməsinə, toxumalarda maddələr mübadiləsinin və cinsi həzzə cavab verən reseptorların funksiyalarının yaxşılaşdırılmasına kömək olur.