Səhifə yüklənir...

 

Ana SəhifəEstetik ginekoloji xidmətlər

Estetik ginekoloji xidmətlərİntim nahiyənin cavanlaşdırma prosedurları

İntim nahiyənin cavanlaşdırma prosedurları
Hər zaman gözəl və cavan qalmaq üçün nəinki üzə, bədən quruluşuna həmçinin, intim nahiyyələrə də diqqət yetirilməlidir. İntim cavanlaşma prosedurlarına bir çox xanımlar müraciət edir. 
Sizə 5 əsas intim cavanlaşdırma xidmətlərini  təklif edirik, hanıslar ki, arzuolunan nəticəni əldə etməyə kömək olacaq.

İntim nahiyənin pillinqi
Prosedur barədə
İntim pillinq zamanı intim nahiyənin dərisinin rəngi açılır və dəri cavanlaşır. Həmçinin, pillinq xoşagəlməz tüklərin inkişafını dayandırır. Əgər intim nahiyyədə dəri elastikliyini itiribsə və piqmetasiya əmələ gəlibsə, bu prosedurla bu xoşagəlməz problemləri aradan qaldırmaq mümkündür. Pillinq tez bir zamanda dərinin elastikliyini bərpa edir və intim nahiyyəni piqment ləkələrdən azad edir. İntim ağartmanın əsas məqsədi pillinq proseduruyla dərinin ağardılması və təmizlənməsidir. Həmçinin, maddələr mübadiləsinin aktivləşməsi baş verir və intim nahiyənin toxumalarında qan dövranı yaxşılaşır.
Prosedurun nəticəsi
Prosedur yalnız 1 dəfə tətbiq olunur, lakin nəticənin qoruyub saxlanılması üçün onu 6 aydan bir 1-2 dəfə təkrarlamaq lazımdır. Pillinqin nəticəsi artıq 3-7 gündən sonra bilinir, dərinin tam bərpasından sonra. Siz intim nahiyyədə dərinizin elastik olmasını və ağardığını görəcəksiniz.

İntim nahiyənin dolğularla cavanlaşdırılması
Prosedur barədə
Hialuron əsaslı dolğuları nəinki dodağa və üzə, həmçinin, intim nahiyyələrə də yeritmək mümkündür. Bu zaman daha qatı preparatlardan istifadə olunur. Kontur plastikanın köməyi ilə uşaqlığın girəcəyini daraltmaq, cinsiyyət dodaqlarının və “G” nöqtəsinin həcmini böyütmək mümkündür.
Prosedur yerli anesteziya altında tətbiq olunur və çox az vaxt aparır. İnyeksiyalar ağrısızdır, buna görə də heç bir diskomfort hissi keçirməyəcəksiniz. Prosedurun nəticəsini bir iki həftəyə qiymətləndirmək olar.
Prosedurun nəticəsi
Prosedurun tezliyi cinsi həyatdan asılıdır: daha aktiv cinsi həyat sürdükdə dolğunun təsiri tez keçir. Ortalama 1 prosedurun effekti 6-12 aya qədər kifayət edir. İnyeksiyadan sonraki nəticə yeni cinsi hisslər yaradır və, hətta orqazm hisslərinin sayını artırır.

İntim nahiyənin lazerlə cavanlaşdırılması
Prosedur barədə
İntim kosmetologiya prosedurlarının arasında ən öndəgedənlərdən biri də – bikini nahiyyəsinin lazerlə ağardılmasıdır. İntim nahiyəyə müdaxilə etmək üçün ablativ lazer CO2-dən istifadə olunur. Seans zamanı istifadə olunan lazer şuaları üzdə və bədənin müxtəlif nahiyələrində istifadə olunan lazer şualarıyla eynidir. Prosedur yenilənmə proseslərini orqanizmin öz gücüylə işə salır. Prosedur ağrısız keçir, ondan sonra xoşagəlməz hisslər yaranmır. Lazer şuasının təsiri altında intim nahiyyənin dərisinin elastikliyində iştirak edən kollagenin əmələ gəlməsi sürətlənir.
Steril başlıq uşaqlıq yoluna daxil edilir və uşaqlıq yolunun divarları lazerin şualarına məruz qalır. Prosedurdan sonra dəriyə nəmləndirici gel sürtülür. Lazerlə cavanlaşdırma tez bir zamanda tətbiq olunur və 20 dəqiqədən çox vaxt almır. Prosedur zamanı dəri zədələnmir, prosedurdan sonra qabıqlanır və cavanlaşır.
Prosedurun nəticəsi
Prosedurun nəticəsini təxminən 5 gün sonra qiymətləndirmək olur. Bu müddət ərzində uşaqlığın divarları darlaşır, hissiyyat qayıdır. Lazerlə cavanlaşdırmadan sonra 1 həftə ərzində cinsi əlaqədən, vanna qəbulundan, saunadan, basseyndən uzaq durmaq lazımdır. Profilaktik məqsədlərlə 1-2 prosedur etmək kifayətdir, müalicə məqsədiylə aralarında  4-6 həftə interval olmaqla, 3-4 prosedurdan keçmək lazımdır.
Lazerlə intim nahiyənin cavanlaşdırılmasının bir çox üstün cəhətləri var. 

  • ·Uşaqlıq yolunun girəcəyi daralır; 
  • ·Selikli qişa təbəqəsi yenilənir;
  • ·Cinsiyyət dodaqları vizual olaraq daha estetik görünüş alır;
  • ·Doğuş nəticəsində əmələ gələn sidik qaçırma yaxşılaşır;
  • ·Cinsi həyatın keyfiyyəti və hissiyat artır.
Plazmoliftinq və ya PRP-terapiya
Prosedur barədə
Yaşla bağlı yaranan dəyişikliklərin profilaktikası məqsədiylə plazmoliftinq və ya PRP-terapiya tətbiq olunur.
İntim nahiyyəyə pasientin trombositlərlə dolu qan plazması yeridilir. Hesab edilir ki, plazmada trombositlərin konsentrasiyası artdığı zaman o, bio-stimullaşdırıcı xüsusiyyətlər əldə edir. PRP-terapiya fibroblastları kollagenin və elastinin sintezinə stimulyasiya edir. Nəticədə intim nahiyyədə dərinin elastikliyi artır. İntim nahiyənin plazmoliftinqi üzdə tətbiq olunan plazmoliftinqlə eynidir. Bu prosedur üçün ağrıkəsici kremlərdən istifadə olunur, sonra isə hazırlanmış qan plazması yeridilir.
Prosedurun nəticəsi
Arzuolunan nəticəni əldə etmək üçün prosedur 5-7 dəfə təkrarlanmalıdır. PRP-terapiyanın nəticəsində intim nahiyənin dərisi yenilənir və cinsiyyət dodaqlarının həcmi artır. Prosedurdan sonra 3 gün ərzində sauna, solyariuma və hovuza getmək qadağandır.

Biorevitalizasiya
Prosedur barədə
Biorevitalizasiya uşaqlıq yolunun və xarici cinsiyyət orqanlarının selikli qişasını nəmləndirmə prosedurudur. Yaş keçdikcə, estrogenin sintezinin azalması nəticəsində, selikli qişa bu nahiyyədə nazikləşir. Prosedura əsas göstərişlər – cinsi əlaqə zamanı intim nahiyyədə quruluq və diskomfort hisslərin olmasıdır. Qadınların çoxu bu problemlərin yaranmaması üçün biorevitalizasiyadan profilaktik məqsədlərlə istifadə edir. Nəmləndirici təsirdən əlavə, bu prosedur zamanı selikli qişanın qan dövranı yaxşılaşır və yenilənməsi sürətlənir.
İnyeksiya yerli anesteziya altında yeridilir. Aralarında 1 həftə interval olmaqla 5-7 prosedur keçirilir.
Prosedurun nəticəsi
  • ·İltihabi proseslərin və genital herpesin təkrarlanma riski əhəmiyyətli dərəcədə azalır;
  • ·İntim nahiyyədə dərinin elastikliyi artır;
  • ·İntim nahiyyənin piqmentasiyası azalır;
  • ·Cinsiyyət orqanlarının qaşınması, qıcolma və quruluğu aradan qaldırılır.

Sayt haqqında

Bütün məqalələrin müəllifi Mama-Ginekoloq: Dr. İlahə Quliyeva-dır.
Bütün hüquqlar qorunur.

Biz sosial şəbəkələrdə
Bizimlə əlaqə

Ünvan: AZ1142, Babək pr-ti 92N Xətai r-nu, Bakı, Azərbaycan

Telefon: (+994) 50 365 80 90

E-mail: [email protected]

Sayt haqqında

Bütün məqalələrin müəllifi Mama-Ginekoloq: Dr. İlahə Quliyeva-dır.
Bütün hüquqlar qorunur.

Biz sosial şəbəkələrdə
Bizimlə əlaqə

Ünvan: AZ1142, Babək pr-ti 92N Xətai r-nu, Bakı, Azərbaycan

Telefon: (+994) 50 365 80 90

E-mail: [email protected]

Copyright © | 2019 Sayt GASİMOV.AZ tərəfindən yığılmışdır. Bütün hüquqlar qorunur.

Copyright © | 2019 Sayt GASİMOV.AZ tərəfindən yığılmışdır. Bütün hüquqlar qorunur.