Səhifə yüklənir...

 

Ana SəhifəEstetik ginekoloji xidmətlər

Estetik ginekoloji xidmətlərİntim nahiyyənin lazerlə ağardılması

İntim nahiyənin ağardılması anogenital bölgənin estetik görünüşünü yaxşılaşdırmaq üçün aparılır. Bu prosedur üçün tibbi göstərişlər yoxdur.

Qasıq bölgəsinin piqmentasiyası həm anadangəlmə ,həm də orqanizmin hormonal dəyişiklikləri nəticəsində baş verə bilər (hamiləlik, klimaks dövrü). Piqmentasiya dərinin və ya selikli qişanın piqment ilə bütovlükdə boyanması ilə deyil, ləkələr şəklində də özünü göstərə bilər. Bəzi hallarda bu hətta alt paltarı geyindikdə bilinir.

İntim nahiyyənin lazerlə ağardılmasını istəyən xanımlar cinsi əlaqə zamanı diskomfort və utanclıq hissi keçirirlər, bu da onların şəxsi həyatına mənfi təsir göstərir. 

Prosedurun gedişatı

Lazerlə ağardılmadan öncə intim nahiyyə epilasiya olunmalıdır. Əgər mumla epilyasiya olunacaqsınızsa bunu prosedurdan 1 həftə öncə etməlisiniz.
Anogenital nahiyənin ağardılması üçün “lazerlə canlandırma texnologiyası” tətbiq olunur. Diskomfort hisslərini minimuma endirmək üçün, piqmentasiyalı nahiyyələrə ağrıkəsici gel vurulur. Seans 16 dəqiqə vaxt alır. Ola bilsin ki, arzuolunan nəticəni əldə etmək üçün təkrar seanslara ehtiyac yaransın, seanslar arası interval 1.5 ay təşkil edir.

Reabilitasiya dövrü

Prosedur bitdikdən dərhal sonra pasient diskomfort hissi keçirə bilər (yanma və qaşınma kimi). Buna görə də müdaxilə olunan nahiyəyyə periodik olaraq təyin edəcəyimiz müvafiq sprey vurulmalıdır (narahatlıq hissi keçənədək).

Bu incə və qeyri-travmatik üsuldur, buna görə də sidiyə getmə və defekasiya zamanı yanma hissi olmur.
Növbəti həftə ərzində müdaxilə olunan nahiyyə soyulmağa başlayır, bu zaman prosedurun ilk nəticələri görsənir.

İntim nahiyyənin lazerlə ağardılmasından sonra 5-7 gün ərzində aşağıdakılardan imtina etmək lazımdır:

⦁    İsti vanna qəbulundan;
⦁    Hovuz, sauna və çimərlkidən;
⦁    Tərkibində spirt olan intim gigiyena vasitələrindən;
⦁    Cinsi əlaqədən.

Prosedurun üstünlükləri


⦁    Effektivliyi  (piqmentasiyaya uğramış nahiyyə ilk prosedurdan sonra ağarmağa başlayır);
⦁    Təhlükəsizliyi (prosedur zamanı dərinin yanma riski sıfıra bərabərdir);
⦁    Ambulator şəraitdə keçirilir (stasionarda qalmağa ehtiyac yoxdur);
⦁    Sosial aktivliyi dayandırmağa ehtiyac yoxdur ( prosedurdan sonra pasient adi həyatına qayıdır).

Sayt haqqında

Bütün məqalələrin müəllifi Mama-Ginekoloq: Dr. İlahə Quliyeva-dır.
Bütün hüquqlar qorunur.

Biz sosial şəbəkələrdə
Bizimlə əlaqə

Ünvan: AZ1142, Babək pr-ti 92N Xətai r-nu, Bakı, Azərbaycan

Telefon: (+994) 50 365 80 90

E-mail: [email protected]

Sayt haqqında

Bütün məqalələrin müəllifi Mama-Ginekoloq: Dr. İlahə Quliyeva-dır.
Bütün hüquqlar qorunur.

Biz sosial şəbəkələrdə
Bizimlə əlaqə

Ünvan: AZ1142, Babək pr-ti 92N Xətai r-nu, Bakı, Azərbaycan

Telefon: (+994) 50 365 80 90

E-mail: [email protected]

Copyright © | 2019 Sayt GASİMOV.AZ tərəfindən yığılmışdır. Bütün hüquqlar qorunur.

Copyright © | 2019 Sayt GASİMOV.AZ tərəfindən yığılmışdır. Bütün hüquqlar qorunur.