Səhifə yüklənir...

 

Ana SəhifəEstetik ginekoloji xidmətlər

Estetik ginekoloji xidmətlərUşaqlıq yolunun lazerlə daraldılması

Uşaqlıq yolunun lazerlə daraldılması – estetik ginekologiyanın qeyri-invaziv ağrısız prosedurlarındandır. Əməliyyat zamanı  lazer şuaları vasitəsi ilə selikli qişanın divarlarında və çanaq əzələlərində olan kollagen sintezi stimulyasiya edilir. Bu növ stimulyasiya toxumaların regenerasiyasını tezləşdirir, həmçinin uşaqlıq yolunu daraldır və elastikliyini bərpa edir.

Prosedura göstərişlər

Bizə müxtəlif növ intim problemləri olan xanımlar müraciət edir. Onların yarısı uşaqlıq yolunun “genişlənməsindən” şikayətlənir. Xüsusən də bu çox uşaqlı analara aiddir, hansılar ki, orqanlarına təbii görünüşü qaytarmaq arzusundadır. Cinsi əlaqə zamanı yaranan diskomfort hər iki partnyoru qıcıqlandırır. Qadınlarda nəinki orqazmla bağlı problemlər yaranır, həmçinin onlar özlərini partnyorlarının yanında narahat hiss edirlər, utanc hissi keçirirlər. Lazerlə vagina daraltma proseduruna həmçinin sidik qaçırmayla bağlı problemləri olan xanımlar da müraciət edirlər.

Prosedura hazırlıq

Prosedurun qeyri-invaziv yollarla aparılmasına baxmayaraq prosedur öncəsi konsultasiya mütləq olunmalıdır. Ən önəmlisi pasientin sağlamlıq vəziyyəti və prosedurdan gözlədiyi nəticələr barədə danışmaqdır. 

Aşağıdaki hallarda həkim prosedurdan imtina edə bilər:

⦁    Cinsiyyət orqanlarında infeksiya və ya prosedura mane olacaq deformasiya olduğu zaman;
⦁    Əməliyyat günü aybaşı qanaxmaları;
⦁    Pasient hamilə olduğu zaman və ya laktasiya dövründə;
⦁    Pasient radiasiyaya qarşı həssas dərmanlar qəbul etdikdə;
⦁    Cinsiyyət orqanlarında bədxassəli şişlər olduqda;
⦁    Tromboz və ya porifiriya zamanı.

Prosedur öncəsi müayinələr

⦁    Ginekoloji baxış;
⦁    Sidiyin ümumi analizi;
⦁    Sitologiya.

Prosedurun tətbiqi qeyri-invaziv olduğundan həkim digər əlavə müayinələrə ehtiyac olmadığını qeyd edir.

Prosedurun gedişatı

Bu prosedurun tətbiqi üçün yeganə şərt gündəlik gigiyenik prosedurlarına riayət etməkdir. Prosedur zamanı anesteziyaya və xəstəxanada qalmağa ehtiyac yoxdur. Prosedurun müddəti müdaxilə olunan nahiyənin xüsusiyyətlərindən asılı olaraq bir neçə dəqiqədən yarım saata kimi davam edir. Uşaqlıq yoluna generatora qoşulmuş nazik silindrə bənzər başlıq yeridilir. Bu başlıq lazer şualarını yayır, hansılar ki, uşaqlıq yolunun divarlarını qızdırır. Temperaturun təsiri nəticəsində kollagen molekullarının ölçüləri kiçilir və bərpa prosesinə başlayır. Prosedurdan dərhal sonra pasient evinə qayıda bilər. 

Prosedurdan sonra

Lazerlə stimulyasiya pasientə aid həyat tərzi sürməyə mane yaratmır. Lakin vagina daraltmadan sonra bir neçə gün ərzində intim əlaqədən uzaq durmaq tövsiyyə olunur, prosedur günü bezdən istifadə etmək lazımdır, çünki cüzi ifrazatlar gələ bilər.

Sayt haqqında

Bütün məqalələrin müəllifi Mama-Ginekoloq: Dr. İlahə Quliyeva-dır.
Bütün hüquqlar qorunur.

Biz sosial şəbəkələrdə
Bizimlə əlaqə

Ünvan: AZ1142, Babək pr-ti 92N Xətai r-nu, Bakı, Azərbaycan

Telefon: (+994) 50 365 80 90

E-mail: [email protected]

Sayt haqqında

Bütün məqalələrin müəllifi Mama-Ginekoloq: Dr. İlahə Quliyeva-dır.
Bütün hüquqlar qorunur.

Biz sosial şəbəkələrdə
Bizimlə əlaqə

Ünvan: AZ1142, Babək pr-ti 92N Xətai r-nu, Bakı, Azərbaycan

Telefon: (+994) 50 365 80 90

E-mail: [email protected]

Copyright © | 2019 Sayt SMM-SEO.AZ tərəfindən yığılmışdır. Bütün hüquqlar qorunur.

Copyright © | 2019 Sayt SMM-SEO.AZ tərəfindən yığılmışdır. Bütün hüquqlar qorunur.