Hamiləlikdən qorunma üsulları
Təəsüf ki, indiki zamanda körpələrin çoxu planlaşdırılmamış şəkildə dünyaya gəlir. Bu ona görə baş verir ki, insanlar qorunulmamış cinsi əlaqənin nəticələri barədə düşünmürlər. Çoxlu sayda kontraseptiv üsullara baxmayaraq, insanların çoxu hətta bilmir arzuolunmaz hamiməliyin qarşısı necə alınmalıdır. Nəticədə - abort sayları əhalinin cinsi biliklərinin olmamasından xəbər verir.
Abort – hamiləliyin vaxtından əvvəl dayandırılmasıdır. Hamiləliyin dayandırılmasının müxtəlif üsullarına baxmayaraq (vakuum aspirasiyası ("mini abort"), uşaqlıq boşluğunun tibbi alətlərlə qaşınması və döl yumurtasının çıxarılması, medikamentoz abort) bütün bunlar ağırlaşmalarla nəticələndiyinə görə təhlükəli sayılırlar (qanaxmalar, uşaqlığın cırılması, cinsiyyət orqanlarının iltihabi xəstəlikləri, hormonal pozuntular, endometrioz, növbəti hamiləliyin çətin keçməsi, sonsuzluq və s.). Hamiləlik və doğuşla əlaqəli qadın ölümlərinin əsas səbəbi abort nəticəsində sağlamlığa vurulan zərərdir. Abort etdirmək və ya yox – hər bir kəsin şəxsi seçimidir, lakin bu seçimə ciddi və məsuliyyətli yanaşmaq lazımdır.
Kontrasepsiya – nəinki arzuolunmaz hamiləlikdən qorunmadır, həmçinin ginekoloji xəstəliklərin inkişafını və ana ölümünün riskinin azaldılmasıdır, sağlamlığının qorunmasıdır, gələcəkdə sağlam körpə dünyaya gətirməyə imkan yaradır.
Kontrasepsiya – arzuolunmaz hamiləlikdən qorunma üsuludur, qorunmaq üçün istifadə olunan vasitələrə isə kontraseptivlər deyilir.
Hal-hazırda təsir mənbəyinə əsasən həkimlər kontrasepsiya üsullarını aşağıdaki növlərə bolürlər:
- Baryer: vaginal diafraqma və ya vaginal pessari, servikal qapaqlar, kontraseptiv süngər, prezervativ.
- Kimyəvi: yerli (vaginal) tətbiq üçün dərmanlar və kremlər.
- Bioloji: təqvimə (ritmik), temperatura əsasən, servikal;
- Uşaqlıqdaxili kontrasepsiya üsulları.
- Hormonal;
- Hormonal postkoital kontrasepsiya;
- Könüllü cərrahi kontrasepsiya (sterilizasiya).
Effektiv növlərə aşağıdakılar aiddir:
- ·Cinsi əlaqədən uzaq durmaq (müvəqqəti və ya uzunmüddətli) 100% effektiv və maddiyyət tələb etməyən üsuldur. Bu üsuldan istifadə özündən imtina tələb edir.
- ·Hormonal kontrasepsiya, arzuolunmaz hamiləlikdən 99.9% qoruyur, menstrual sikli tənzimləyir, ginekoloji xəstəliklər zamanı bir sira müalicəvi təsirlərə malikdir. Hamiləlik dərman qəbulunu dayandırdıqdan 2-3 ay sonra baş verir. Bu kontrasepsiya üsulu özünü idarə edə bilən qadınlar üçün uyğundur. Qeyd etmək lazımdır ki, bu üsulun mənfi tərəfləri HİV və cinsi yolla keçən infeksiyalardan qorunmanın olmamasıdır, bədən çəkisinin dəyişilməsidir.
- ·Uşaqlıqdaxili kontrasepsiya (spiral) –bu üsulla uzunmüddətli (2 ildən 5 ilədək) hamiləlikdən qorunmaq olur (uşaqlıqa yeridilən xüsusi vasitələrin köməyi ilə). Bu üsul dünyada kontrasepsiya üsulları arasında 2-ci yeri tutur.
- ·Cərrahi sterilizasiya – kontrasepsiyanın geridönülməz növlərindən hesab edilir. Onun tətbiqi zamanı borular bağlanılır və hamiləliyin baş verməsi istisna olunur. Üstün cəhəti prosedurun birdəfəlik edilməsidir və 99.9% arzuolunmaz hamiləlikdən qoruyur. Mənfi cəhətləri, prosedurdan sonra hamilə qala bilməmək, QİÇS və zöhrəvi xəstəliklərdən qorunmanın olmaması və cərrahi müdaxilədən sonra ağırlaşmaların yaranma ehtimalı. Buna görə də kontrasepsiyanın bu üsulu ən azı iki uşağı olan 35 yaşdan yuxarı xanımlara tətbiq edilməlidir.
- ·Prezervativ –hamiləliyin 85-99% qarşısını alır, QİÇS və zöhrəvi xəstəliklərdən qoruyur. İstifadəsi asandır, reseptsiz satılır və nisbətən aşağı qiyməti var. Uzun müddətli istifadəsi zamanı uşaqlıq boynu eroziyası yarana bilir.
- ·Spermisidlər və ya spermatazoidləri məhv edən maddələr, hamiləlikdən 85% qoruyur. Üstün cəhətlərindən orqanizmə ziyan etmədən yerli təsir etməsidir, istifadəsi asandır, qadın tərəfindən qorunma prosesinə nəzarət edilir. Lakin spermisidlərin istifadəsi yerli allergik reaksiyaya və ya qıcıqlanmaya səbəb ola bilər, xüsusən də gündə bir neçə dəfə istifadə olunduqda.
- ·Yarımcıq cinsi əlaqə, laktasion amenoreya.
- ·Qeyri stabil aybaşı sikli olan xanımların təqvim üsulundan istifadəsi.
Təcili (postkoital, “təxirəsalınmaz”) kontrasepsiya zamanı qoruyucu prosedurlar cinsi əlaqədən dərhal sonra aparılır. Bu üsuldan qorunulmamış cinsi əlaqə zamanı istifadə olunur.
Təcili kontrasepsiyanın mahiyyəti mayalanmış yumurtanın uşaqlığın divarına yapışmasının və inkişafının qarşısını almaqdır. Bu kontrasepsiya üsulunun effektivliyi birbaşa müəyyən vasitənin qəbul sürətindən asılıdır: nə qədər tez edilsə, effektivliyi bir o qədər yüksək olar.