Səhifə yüklənir...

 

Ana SəhifəHamiləlikdən qorunma (Spiralın Taxılması)

Hamiləlikdən qorunma (Spiralın Taxılması)Uşaqlıqdaxili vasitə - spiral nədir?

Uşaqlıqdaxili spiral  - uşaqlıqa yerləşdirilən və uzun müddət arzuolunmaz hamiləlikdən qoruyan kiçik vasitədir.

Sprialın 2 növü var:

⦁    Tərkibində progestin olan (hestagen, hormon olan);
⦁    Tərkibində mis olan.

Spirallar həyat üçün təhlükəsiz olan plastik maddədən hazırlanır və tərkibində nazik mis tel və ya konteyner (içərisindən progestin çıxır)  var.
Uşaqlıqdaxili spiral necə təsir göstərir?


⦁    Spiral mayalanmış yumurtahüceyrənin uşaqlıq divarına implantasiya olunmasına maneə olur;
⦁    Spermatazoidlərin uşaqlıq boynundan keçmə qabiliyyətinə təsir göstərir (tərkibində progestin olan spirallar);
⦁    Həm spermatazoidlərə, həm də yumurta hüceyrələrinə məhv edici təsir göstərir (tərkibində mis olan spirallar);
⦁    Müxtəlif mexanizmlərin cəm şəklində təsiri sayəsində spiralın effektivliyi olduqca yüksəkdir - təxminən 90%.

Spiral uşaqlıq boşluğunda 5 ilə qədər qala bilər.

Ağırlaşmaları

⦁    Menstrual siklin pozulması – daha uzunmüddətli menstruasiyalar, menstruasiya zamanı qanaxmalar (tərkibində mis olan spiralların təsiri nəticəsində), mentruasiya arası qansızmalar (hormonal spirallarda əsasən).
⦁    Uşaqlığın iltihabi xəstəlikləri – bakterial infeksiyanın inkişaf etmə ehtimalı 2-3 dəfə yüksəkdir.
⦁    Uşaqlığın perforasiyası (uşaqlıqın divarının spiralla zədələnməsi) – çox nadir hallarda baş verir (1000-də 1 dəfə), lakin, uşaqlıqdaxili kontraseptiv üsullardan istifadə zamanı mümkün olacaq ağırlaşmadır.
⦁    Qarının aşağı nahiyəsində və cinsi əlaqə zamanı yaranan ağrılar.

Əks göstərişləri

Uşaqlıqda iltihabi xəstəlikləri, çox miqdarda qanaxmalarla müşahidə olunan mentruasiyaları olan xanımlara, doğuş keçirməmiş xanımlara mis spiralın istifadəsi tövsiyyə olunmur.
Spiralın növünün seçilməsi, onun uşaqlıqa yerləşdirilməsi və çıxarılması həkim tərəfindən aparılır. 

Sayt haqqında

Bütün məqalələrin müəllifi Mama-Ginekoloq: Dr. İlahə Quliyeva-dır.
Bütün hüquqlar qorunur.

Biz sosial şəbəkələrdə
Bizimlə əlaqə

Ünvan: Yəhya Bakuvi 48 Bakı, Azərbaycan

Telefon: (+994) 50 365 80 90

E-mail: [email protected]

Sayt haqqında

Bütün məqalələrin müəllifi Mama-Ginekoloq: Dr. İlahə Quliyeva-dır.
Bütün hüquqlar qorunur.

Biz sosial şəbəkələrdə
Bizimlə əlaqə

Ünvan: Yəhya Bakuvi 48 Bakı, Azərbaycan

Telefon: (+994) 50 365 80 90

E-mail: [email protected]

Copyright © | 2019 Sayt GASİMOV.AZ tərəfindən yığılmışdır. Bütün hüquqlar qorunur.

Copyright © | 2019 Sayt GASİMOV.AZ tərəfindən yığılmışdır. Bütün hüquqlar qorunur.