Spiral yerləşdiriləndən sonra 1 həftə ərzində cinsi həyat və intensiv fiziki fəaliyyət tövsiyyə olunmur. Spiralın iplərini, və spiralın düzgün yerləşdirilməsini yoxlamaq üçün, digər kontrasepsiya üsullarından istifadə etmədən cinsi həyata başlamaq üçün spiral yerləşdiriləndən 7-10 gün sonra ilk kontrol baxış keçirilir.
Həmçinin, spiralın uşaqlıq boşluğunda düzgün yerləşməsini yoxlamaq üçün USM tətbiq edilir.
Növbəti baxış 3 ay sonra keçirilir və sonrakı baxışlar 6 aydan-bir, sonra 1 ildən-bir. Bu zaman, uşaqlıq boynundan bakterioloji müayinə üçün yaxma götürülür. Ultrasəs müayinəsi göstərişlərə əsasən edilir.
Spiral aşağıdakı hallarda çıxardılır:
⦁ Pasientin istəyi ilə;
⦁ İstifadə müddətinin bitdiyi zaman;
⦁ Menopauza (sonuncu aybaşıdan 1 il sonra);
⦁ Bəzi hallarda tibbi göstərişlərə əsasən;
⦁ Hamiləlik;
⦁ Ağrılar;
⦁ Xanımın həyatına təhlükə yaradacaq qanaxmalar;
⦁ Kiçik çanaq orqanlarının kəskin iltihabi xəstəlikləri;
⦁ Uşaqlıqın və uşaqlıq boynunun xərçəng xəstəliyi;
⦁ Perforasiya və ya spiralın qismən düşməsi (ekspulsiya).