Səhifə yüklənir...

 

Ana SəhifəHamiləlikdən qorunma (Spiralın Taxılması)

Hamiləlikdən qorunma (Spiralın Taxılması)Uşaqlıqdaxili spiralın yerləşdirilməsi

Uşaqlıqdaxili spiral – metal və plastikdan ibarət, uşaqlıqa yerləşdirilən kontraseptivdir. Əsas təsir mexanizmi –uşaqlıq boşluğuna tərəf hərəkət edən spermatazoidlərin hərəkitinin dayandırılmasıdır. Spiral yumurta hüceyrəsinin ömrünü qısaldır və mayalanmış yumurtanın uşaqlığın divarına implantasiyasının qarşısını alır.

Uşaqlıqdaxili spiralların növləri

Uşaqlıqdaxili spiral 2 cür olur; tərkibində metal olan və  hormon olan spirallar.
Tərkibində mis , gümüş olan spirallar uşaqlıq boşluğunu mexaniki olaraq tutur və spermatozoidlərin hərəkətini əngəlləyir. Yalnız kontraseptiv məqsədlə qoyulur. Aybaşının miqdarını və davam etmə müddətini bəzən artıra bilir.
Hormonal spiralların tərkibində progesteron hormonu var. Adətən bu spiral müalicəvi məqsədlə qoyulur. Uşaqlıq qanaxmalarının və uşaqlıqdaxili törəmələrin profilaktikası məqsədilə. Aybaşının miqdarını və müddətini azaldır.

Spiralın yerləşdirilməsi

Spiralın yerləşdirilməsi adi tibbi prosedurdur. Ginekoloji kabinetdə həkim mütəxəssis tərəfindən tətbiq olunur.
Risk dərəcəsini qiymətləndirmək üçün ümumi ginekoloji müayinədən keçmək tövsiyə olunur. Müayinə zamanı uşaqlıq boynunun baxışı keçirilir, yaxmanın analizi edilir, sitologiya, kolposkopiya edilir, kiçik çanaq orqanlarının və süd vəzisinin ultrasəs müayinəsi edilir.

Daimi partnyor olmadıqda və ya partnyora qarşı şübhə yarandıqda – cinsi infeksiyaların analizi edilir. İltihabi proseslər aşkalandıqda müvafiq müalicə aparılır.

Metallara qarşı alergiyanın olmadığına əmin olmaq lazımdır. Spiralı hamiləlik zamanı qoymaq olmaz. Hamiləlik testlə və ya qanda XQ-nin miqdarıyla yoxlanılır.

Uşaqlıqdaxili spirallar aybaşının 3-cü günündə yerləşdirilir və ya aybaşının bitməsinə yaxın. Bu, hamiləliyin olmadığına əmin olmaq üçün edilir. Qorunulmamış cinsi əlaqə zamanı, spiral ovulyasiyadan sonra yerləşdirilir, 75% hallarda döl yumurtasının implantasiyası baş vermir.
Qeysəriyyə əməliyyatı tətbiq olunduğu zaman, spiralı əməliyyat sonrası çapığın sağalmasından sonra yerləşdirmək olar (təxminən 3-6 ay sonra).
12 həfətlik hamiləliyin dayandırılmasından (abortdan) sonra, spiralı növbəti aybaşından sonra 7 gün ərzində yerləşdirmək olar. Əməliyyatdan dərhal sonra spiralın yerləşdirilməsi tövsiyyə olunmur, bu, abort nəticəsində yaranacaq ağırlaşmalar riskiylə əlaqəlidir.

Uşaqlıqdaxili spiralın istifadəsinə əks göstərişlər:

⦁    Uşaqlığın və uşaqlıq boynunun xəstəlikləri (əsasən də bədxassəli şişləri);
⦁    Vaginal infeksiyalar;
⦁    Cinsiyyət yollarından infrazatlar, adətən, qanlı və naməlum etiologiyalı;
⦁    Hamiləlik;
⦁    Kiçik çanaq orqanlarının iltihabi xəstəlikləri;
⦁    Sonsuzluq.

Uşaqlıqdaxili spiralların müsbət və mənfi tərəfləri

Müsbət tərəfləri

⦁    Asan yerləşdirmə;
⦁    Uzunmüddətli istifadə;
⦁    Gündəlik nəzarət üçün ehtiyac yoxdur;
⦁    Yüksək effektivlik dərəcəsi;
⦁    Spiralı çıxardıqdan 10 gün sonra fertillik bərpa olunur.

Mənfi tərəfləri

⦁    Zöhrəvi xəstəliklərdən qorumur;
⦁    Doğuş keçirməyən xanımlara tövsiyyə olunmur;
⦁    Uşalıqdankənar hamiləlik riski;
⦁    Mümkün ola biləcək mentruasiyaarası qanamalar;
⦁    Aybaşı zamanı çox miqdarda qan gəlməsi.

Prosedurdan sonra

Prosedurdan sonra hər 6 aydan bir kontrol baxış keçirilməlidir. Spiralın iplərini vaxtaşırı palpasiya etmək lazımdır, iplərin uzunluğu isə dəyişilməz qalmalıdır. Bir çox hallarda, gərgin fiziki fəaliyyətdən və aybaşıdan sonra spiralın düşmə ehtimalı var. Gigiyenik prosedurlardan sonra bezləri yoxlamaq lazımdır.

Spiralın istifadə müddəti 5 ilə qədərdir, lakin, onun vaxtından əvvəl çıxarılmasına yalnız həkim qərar verir. Spiralın pasient tərəfindən çıxarılması həyati təhlükə yarada bilər!

Sayt haqqında

Bütün məqalələrin müəllifi Mama-Ginekoloq: Dr. İlahə Quliyeva-dır.
Bütün hüquqlar qorunur.

Biz sosial şəbəkələrdə
Bizimlə əlaqə

Ünvan: AZ1142, Babək pr-ti 92N Xətai r-nu, Bakı, Azərbaycan

Telefon: (+994) 50 365 80 90

E-mail: [email protected]

Sayt haqqında

Bütün məqalələrin müəllifi Mama-Ginekoloq: Dr. İlahə Quliyeva-dır.
Bütün hüquqlar qorunur.

Biz sosial şəbəkələrdə
Bizimlə əlaqə

Ünvan: AZ1142, Babək pr-ti 92N Xətai r-nu, Bakı, Azərbaycan

Telefon: (+994) 50 365 80 90

E-mail: [email protected]

Copyright © | 2019 Sayt GASİMOV.AZ tərəfindən yığılmışdır. Bütün hüquqlar qorunur.

Copyright © | 2019 Sayt GASİMOV.AZ tərəfindən yığılmışdır. Bütün hüquqlar qorunur.