Səhifə yüklənir...

 

Ana SəhifəHamiləliyin təqibi

Hamiləliyin təqibiHamiləliyin 19-cu həftəsi

Hamiləliyin 19-cu həftəsi (2-ci trimestr)
Hamiləliyin 19-cu həftəsində gələcək analar həyəcan və sevinc hissləri keçirir, çünki körpənin hərəkətləri daha aktiv olur və analar bunu hiss edirlər. Bəzən, 19-cu həftədə körpənin hərəkətləri hiss olunmur və analar narahat olmağa başlayır. Həyəcanlanmağa dəyməz, əgər hamiləlik qaydasında keçirsə bu bir az gec baş verəcək , sadəcə bir az səbrli olmaq lazımdır. Bəzi analar isə körpənin hərəkətlərini daha erkən müddətdə hiss edirlər, əsasən arıq analar və ya əvvəllər doğuş keçirmiş analar.
Körpənin ilk hərəkətlərini hiss edən kimi ana onların tezliyinə fikir verməlidir, körpə, ortalama saatda 4-8 dəfə aktiv olur. Ananın qanında oksigen və başqa qida maddələri çatışmadığı halda körpənin fəaliyyəti artır. Ola bilsin ki həkiminiz sizə dölün hipoksiyası və onun təhlükəsi barədə danışıb. Gələcək ana nə etməlidir? Körpənizin qayğısına qalmalı və ona oksigen axını təmin etməlisiniz. Açıq havada uzun müddətli gəzintilər, dərindən nəfəs alıb vermələr, hamilələr üçün yoga və müalicəvi gimnastika – bütün bunlar hamiləlik vaxtı dölün hipoksiyasının qarşısını alacaq və sizin ümümi əhval ruhiyyənizə müsbət təsir göstərəcək. Körpənin fəaliyyəti ananın emosional vəziyyətindən də asılıdır. Gələcək valideynlər anlamalıdır ki, hər hansı bir stressli vəziyyət körpənin sağlamlığına və sinir sisiteminə mənfi təsir göstərə bilər. Hamiləlik bir qadının tam emosional rahatlığı ilə keçməlidir.

Hamiləliyin 19-cu həftəsi: körpədə hansı dəyişikliklər baş verir?
Hamiləliyin 19-cu həftəsində körpənin boyu 18-19 sm, çəkisi isə  - 160-190 qrammdır. Körpə uşaqlığın divarından özünü itələyərək çevrilə bilir və bu zaman ana bətndaxili hərəkətləri hiss edir. Körpənin orqanizmində aşağıdaki dəyişikliklər baş verir:

  • ·Dişlərin kökləri demək olar ki, tamamilə formalaşır;
  • ·Körpənin orqanizmi qoruyucu zülallar istehsal edir;
  • ·Allergen maddələr daşıyan qidalara qarşı hissiyyat yaranır – körpə doğulandan sonrada ana südündə varsa körpə bunu hiss edir. Bunlara ilk növbədə sitrus meyvələri, şokolad, çiyələk aiddir;
  • ·Körpə dayanmadan hərəkət edir: yatmağına və ya oyaq qalmağına baxmayaraq.
Körpənin dərisi xüsusi təbəqəylə örtülür, siz o təbəqənin qalıqlarını körpə doğulandan sonra görə biləcəksiniz. Bu bozumtul-ağ kütlə körpəni qorumaq və doğuş yollarından rahat keçməsi üçün lazımdır. Dəridə gələcəkdə ona rəng verən piqment istehsal olunur. Başda tüklər əmələ gəlir, onlar hələ ki ağdır, piqmentsizdir.
Əl və ayaqlar proporsional ölçülər alır. Qığırdaq toxuması sümük toxumasıyla əvəz olunmağa davam edir, hərəkətlər daha koordinasiyalı olur. Körpə barmağını sovurur, göbəyinə, amniotik kisəyə və üzünə toxunur.
Hamiləliyin 19-cu həftəsində beyində qoxuya, səsə, toxunuşlara, görməyə cavabdeh olan xüsusi sahələr əmələ gəlir. Sinir liflərinin mielin təbəqəsinin  inkişafı davam edir.Ürək döyütülərinin əvvəlkinə nisbətən sayı azalır. Hipotalamo-hipofozar sistemin inkişafı başlayır, hansı ki, orqanizmin əsas endokrin strukturu hesab olunur.

Hamiləliyin 19-cu həftəsi: anada hansı dəyişikliklər baş verir?
Hamiləliyin 2-ci trimestrində qadınlarda həftəyə 450-900 qram çəki artımı baş verir. Uşaqlıq böyüyür, indi onun yuxarı hissəsi göbəyin səviyyəsində yer alır, onunla birgə qarın da böyüyür. Bəzi əlamətlər əmələ gəlir, onlar bir az narahatlıq verir. 2-3-cü trimestr zamanı xanımların çoxu çanaq, mədə və qasıq nahiyyəsində kəskin tikanlı ağrılardan şikayətlənir. Adətən, onlar kəskin hərəkətlər zamanı yaranır və bir neçə dəqiqə ərzində keçir. Bu “girdə bağ ağrısı” kimi tanınan vəziyyətdir. Normada girdə bağ uşaqlığı düzgün mövqedə saxlayır. Uşaqlıq böyüdüyü zaman bu ligament dartılır və onda gərginlik yaranır.
Uşaqlıq damarları sıxdığı üçün və dölün orqanizmi qandan oksigenin yarısını mənimsədiyi üçün, gələcək anada başgicəllənmələr, zəiflik, bəzən bayğınlıq  ola bilər. Qarın boşluğu orqanları yuxarı qalxır buna görə də mədədə yanma hissi olur.
Alında, yanaqlarda, yuxarı dodaqda yaranan piqment ləkələrdən qorxmaq lazım deyil. Onlar xloazma  və ya “hamiləlik maskası” adlanır və orqanizmdə baş verən hormonal dəyişikliklərlə əlaqəlidir. 
“Hormonal” sözünün yanına “fırtına” əlavə olunur, bu təsadüf deyil: bu, sevgi və canfəşanlıqla yaradılanları sındıra bilən bir hissdir. Anaların yaşadığı “hormonal fırtınanı” kişilər çox vaxt anlamır və suallar verir: Nə baş verir? Mənim nədəsə günahım var? Ona yaxınlaşa bilmirəm, nə edim?
“Hormonal fırtınalar” çıxış yolu axtarır və gələcək analar üçün ən rahat (və ən təhlükəsiz) çıxış yolu həyat yoldaşlarıdır. Bu müddət ərzində analar özləriylə o qədər məşğuldur ki, yoldaşlarının nə hisslər keçirdiyini anlamağa çalışmırlar. Bəlkə də bu yaxşılığa doğrudur, çünki kişilərin mənfi emosiyaları qadınların emosiyalarından daha dağıdıcıdır: adi təəcübdən, əsəbdən tutmuş qadına şiddət və ya boşanmaq arzusuna kimi. Fırtına sakitləşir – bu zaman kişiləri günah hissi boğur, qadınına qarşı haqsız olduğunu anlayır.
Gələcək anaların edə bilmədiklərini yoldaşları etməlidir, bütün mənfi emosiyaları idarə etməli və onları həyat yoldaşıyla bölüşməməlidir.
Səbrinizin bitdiyi an özünüzə sual verin: bəs sən onunla yerini dəyişmək istəyərdin? Onun hiss etdiklərini və bundan sonra yaşayacağı hissləri keçirmək istərdin? İndiyədək heç bir kişi “hə” cavabını verməyib. Digər atalar deyir, axi başqaları da doğuş keçirir, bəli hamiləlik keçirir, lakin hər ana doğuş keçirmir– çünki yanında dəstəkləyən yoldaşı yoxdur.
Körpənin istəyi də budur ki,  valideynləri bir-birini emosional cəhətdən dəstəkləsin və bu körpənin bir qayda olaraq yaddaşında qalır: atanın ananın yanında olması mənim rahatlığım və təhlükəsizliyimdir.

Sayt haqqında

Bütün məqalələrin müəllifi Mama-Ginekoloq: Dr. İlahə Quliyeva-dır.
Bütün hüquqlar qorunur.

Biz sosial şəbəkələrdə
Bizimlə əlaqə

Ünvan: AZ1142, Babək pr-ti 92N Xətai r-nu, Bakı, Azərbaycan

Telefon: (+994) 50 365 80 90

E-mail: [email protected]

Sayt haqqında

Bütün məqalələrin müəllifi Mama-Ginekoloq: Dr. İlahə Quliyeva-dır.
Bütün hüquqlar qorunur.

Biz sosial şəbəkələrdə
Bizimlə əlaqə

Ünvan: AZ1142, Babək pr-ti 92N Xətai r-nu, Bakı, Azərbaycan

Telefon: (+994) 50 365 80 90

E-mail: [email protected]

Copyright © | 2019 Sayt GASİMOV.AZ tərəfindən yığılmışdır. Bütün hüquqlar qorunur.

Copyright © | 2019 Sayt GASİMOV.AZ tərəfindən yığılmışdır. Bütün hüquqlar qorunur.