Səhifə yüklənir...

 

Ana SəhifəHamiləliyin təqibi

Hamiləliyin təqibiHamiləliyin 20-ci həftəsi

Hamiləliyin 20-ci həftəsi (2-ci trimestr)
20-ci həftə hamiləliyin 5-ci ayının sonuna təsadüf edir. Bu müddət ərzində hamilələrin bel nahiyyəsində ağrılar artır. Bu ağırlıq mərkəzinin yerdəyişməsi ilə və bel nahiyyəsində əlavə yükün təsiri (hamilənin çəki artımı) ilə əlaqəlidir, qarın böyüyür, körpənin çəkisi artır. Hamiləliyin 20-ci həftəsində uşaqlıq da böyüməyə davam edir, onun ölçüləri adi ölçülərə nisbətən 3 dəfəyədək böyüyüb, uşaqlığın dib hissəsi göbək səviyyəsindədir.
Onurğaya təsir edən yükü azaltmaq üçün ginekoloqlar hamilələrə xüsüsi müalicəvi gimnastika tövsiyyə edirlər. Çox gözəl effekt akvaaerobikayla əldə olunur. Dikdaban ayaqqabılardan imtina etmək, beli düz saxlamaq lazımdır və əlavə yük qaldırmaq olmaz. Hamilələr üçün geyim də maksimum rahat olmalıdır, yaxşı olar ki, təbii parçalardan olsun. Hamiləlik vaxtı beliniz ağrıyırsa bu tövsiyyələrə riayət etməyiniz bel ağrılarını azaldacaq.
Hamiləlik vaxtı qıcolmalar – gələcək anaları narahat edən xoşagəlməz hallardan biridir. Qıcolmaların əsas səbəbləri – vitaminlərin və başqa mikroelementlərin çatışmazlığıdır, çünki hamiləliyin 20-ci həftəsində döl öz inkişafı üçün ana orqanizmindən bütün faydalı maddələri alır. Vitamin çatışmazlığının profilaktikası məqsədiylə, hamilələrə vitamin qəbulu tövsiyyə olunur. Lakin dərmanın seçimi həkimlə bərabər edilməldir.
Hamiləliyin gedişatını izləmək və qiymətləndirmək üçün həkim sizə USM müayinəsi təyin edə bilər. Hamiləliyin 20-ci həftəsində USM nəinki körpənin inkişafı barədə, həmçinin, dölyanı maye və ciftin vəziyyəti barədə məlumat verir. Bəzi hamilələrdə bu müddətdə ciftin aşağı yerləşimi ola bilir  – bu gələcək həftələrdə normal yerləşimə keçə bilsə də, keçməyə də bilər. Bu patoloji haldır, bu zaman ciftin tam və ya yarı hissəsi uşaqlığın daxili dəliyini tutur.

Hamiləliyin 20-ci həftəsi: körpədə hansı dəyişikliklər baş verir?
Hamiləliyin 20-ci həftəsində körpənin boyu – 19-20 sm, çəkisi isə 190-220 qramdır.
Bu müddətdə körpənizdə aşağıdakı dəyişikliklər baş verir:

  • ·Əlləri ilə jestlər edir: öz əllərindən tutur, göbək ciyəsindən tutur, başına toxunur – bunların hamısını (körpənin gülüşüylə bərabər) USM müayinəsi zamanı izləmək olur;
  • ·İnsanların nitqinə hissiyyatlı olur – bu körpənin doğuşdan sonra insan cəmiyyətində yaşaması üçün vacib olacaq səs mühitidir;
  • ·Körpədə beyin formalaşması davam edir.
Hamiləliyin ilk 20 həftələrində dölün ayaqları kiçikdir və bədənə tərəf sıxılıb.
Hamiləliyin 20-ci həftəsində dölün orqanları artıq formalaşıb. Növbəti həftələr ərzində o böyüyüb inkişaf edəcək.  Sinir sistemi sürətlə inkişaf edir. Hissiyyat orqanları mükəmməlləşir. Dad reseptorları inkişaf edir. Körpə daha çox dölyanı maye udur – bu da onun həzm sisteminin inkişafına səbəb olur.
Bağırsaqlarda mekoniya formalaşmağa davam edir – ilkin nəcis. O doğuşdan dərhal sonra – bəzən doğuşdan əvvəl və ya doğuş vaxtı çıxır. 
Qızlarda uşaqlıq, uşaqlıq boruları və yumurtalıqlar formalaşıb, yumurtalıqlarda yeddi milyona yaxın primitiv yumurta hüceyrələri yerləşir. Gələcəkdə onlardan 2 milyonu qalacaq – bu ehtiyyat qızlara bütün həyatı boyu bəs edir. Oğlanlarda hormonların təsiri altında xarici cinsiyyət orqanları formalaşmağa davam edir.

Hamiləliyin 20-ci həftəsi: anada hansı dəyişikliklər baş verir?
Hamiləliyin 20-ci həftəsində ana özünü yaxşı hiss edir, enerjisi boldur. Düzdür, bəzi əlamətlər diskomfort verir, lakin onlar ciddi deyil.
Gələcək anaların çoxu uşaqlıq yolundan axan ifrazatlardan şikayətlənir. Bu yolla orqanizm körpəni infeksiyalaran qoruyur. Ayaqlarda qıcolmalar narahat edir. Bol su içmək, massaj, tez-tez yerdəyişmək qıcolmaları aradan qaldırır.
Böyüyən uşaqlıq daxili orqanları yuxarı qaldırır, buna görə də periodik olaraq yanma hissi və nəfəs çatışmazlığı narahat edir. Çanaq damarlarının sıxılması nəticəsində ayaqlarda ödemlər əmələ gəlir. Hormonların təsiri altında dırnaqlara və saçlara oksigenlə və qida maddələriylə bol olan qan axını  güclənir, dırnaqlar və saçlar daha sürətlə böyüməyə başlayır.
Körpənin sağlam inkişafı üçün ana nə etməlidir: sevgi, qayğı göstərməli, hər zaman yaxşı əhvalda olmalı. Düzgün, bol vitaminli qidalar, sağlam həyat tərzi, narahatlıq hissinin olmaması körpənin inkişafına müsbət təsir göstərir.

Sayt haqqında

Bütün məqalələrin müəllifi Mama-Ginekoloq: Dr. İlahə Quliyeva-dır.
Bütün hüquqlar qorunur.

Biz sosial şəbəkələrdə
Bizimlə əlaqə

Ünvan: Yəhya Bakuvi 48 Bakı, Azərbaycan

Telefon: (+994) 50 365 80 90

E-mail: [email protected]

Sayt haqqında

Bütün məqalələrin müəllifi Mama-Ginekoloq: Dr. İlahə Quliyeva-dır.
Bütün hüquqlar qorunur.

Biz sosial şəbəkələrdə
Bizimlə əlaqə

Ünvan: Yəhya Bakuvi 48 Bakı, Azərbaycan

Telefon: (+994) 50 365 80 90

E-mail: [email protected]

Copyright © | 2019 Sayt GASİMOV.AZ tərəfindən yığılmışdır. Bütün hüquqlar qorunur.

Copyright © | 2019 Sayt GASİMOV.AZ tərəfindən yığılmışdır. Bütün hüquqlar qorunur.