Səhifə yüklənir...

 

Ana SəhifəHamiləliyin təqibi

Hamiləliyin təqibiHamiləliyin 21-ci həftəsi

Hamiləliyin 21-ci həftəsi (2-ci trimestr)
Artıq hamiləliyin 21-ci həftəsindəsiniz, bu da o deməkdir ki, hamiləlik müddətinin yarısı artıq geridə qalıb. 21-ci həftədə qarın ətrafdakılara daha aydın görünür, dölün tərpənişləri daha dəqiq hiss olunur, bəzi analar körpələrinin xüsusi aktivliyini qeyd edir və hətta, onların hərəkət etdiyi istiqamətləri izləyə bilir. 21-ci həftədə körpə inkişafa davam edir, onun eşitmə qabiliyyəti daha da inkişaf edir, udma refleksi əmələ gəlir, dad reseptorlarının aktiv şəkildə formalaşması baş verir. Bu müddət ərzində hamilənin qidası xüsusilə vitaminli və faydalı olmalıdır. Bəzi analar iştahın artmasını qeyd edirlər, bəzən şiddətli aclıq yaranır. Mütəxəssislər bu müddətdə qidayla ehtiyyatlı olmağı tövsiyyə edirlər, əks halda kökəlmə və xoşagəlməz çəki artımı baş verə bilər. 
21-ci həftədə böyüyən uşaqlıq daxili orqanlara təzyiq etməyə davam edir. Bu müddətdə hamilələr nəfəs çatışmazlığından şikayətlənir. Hamilələrdə nəfəs darlığı uşaqlığın diafraqmaya və ağciyərə təzyiqi ilə bağlıdır və çox analarda o, doğuşa kimi narahat edir. Nəfəs çatışmazlığının aradan qaldırılmasının ən asan yolu hamilələr üçün nəfəs gimnastikalarıdır. Gecələr nəfəs darlığı narahat edirsə oturaq vəziyyətdə yatmaq tövsiyyə olunur, baş altında bir neçə yastıq qoyaraq.
Hamiləliyin 21-ci həftəsində bel və kürək nahiyəsindəki ağrılar daha da kəskinləşir. Hamilələr ayaqdaki ağrılardan, ödemdən və qıcolmalardan şikayətlənir. Düzgün geyim və ayaqqabılar, hamilələr üçün gimnastika və yoqa, ayaq üçün vannalar və rahatlaşdıran masaj hamilələrə narahatlığın öhdəsindən gəlməyə kömək olacaq.

Hamiləliyin 21-ci həftəsi: körpədə hansı dəyişikliklər baş verir?
Hamiləliyin 21-ci həftəsində körpənin boyu 22-23 sm, çəkisi isə 270-310 qrammdır.
Bu müddətdə körpənizdə aşağıdakı dəyişikliklər baş verir:

  • ·Körpənin dərisi qalınlaşır, bir az sərtləşir, lakin əvvəlki kimi zərif olur;
  • ·Dəridə yerləşən vəzlər, piy vəzlərinin axarları və epidermis qabıqlarından ibarət, xüsusi sürtgü ifraz edir. Bu sürtgü körpənin zərif dərisini mexaniki travmalardan, zərərli mikroorqanizmlərdən qoruyur, bakteriosid xüsusiyyətlərə malikdir, dərinin öz immunitetini formalaşdırır. Amniotik maddə artıq körpənin dərisinə daxil ola bilmir, buna sürtgü mane olur;
  • ·Dərinin altında piy təbəqələri əmələ gəlir, hansı ki, dərininin şəffaflığını azaldır;
  • ·Körpənizin qan qrupunu və rezus faktoru təyin etmək olur.
Körpə bətndə özünü çox rahat hiss edir və gün ərzində daim hərəkətlər edir, fırlanır. Sizə elə gəlirki körpəniz daim hərəkətdədir, əslində, o bəzən yatır – tam yenidoğulmuşlar kimi.
Körpə amniotik mayeni udur. Beləliklə onun orqanizmi əlavə maye alır, o, udmağı və qida həzmini oyrənir. Amniotik mayenin dadı ananın qəbul etdiyi qidadan asılıdır və körpə bunu hiss edir, çünki onun dad reseptorları aktiv şəkildə fəaliyyət göstərir.
Sübut olunub ki,  gələcəkdə uşaqlar ananın hamiləlik vaxtı qəbul etdiyi qidalara üstünlük verirlər.
Sinir sistemiylə əzələlər arası əlaqə möhkəmlənir, skeletin qığırdaq toxuması sümük toxumasıyla əvəz olunmağa davam edir, bu da körpəyə hərəkəti üçün daha çox imkan yaradır.
Hamiləliyin 21-ci həftəsində körpənin reproduktiv sistemi inkişafda mükəmməlləşir. Artıq cinsiyyət orqanlarının xarici görünüşündən qızı oğlandan seçmək mümkün olur.

Hamiləliyin 21-ci həftəsi: anada hansı dəyişikliklər baş verir?
Hamiləliyin 21-ci həftəsində ananın çəkisi 5.9-6.3 kq artır. Həftəyə, stabil olaraq, 450-900 qram çəki artımı baş verir.
Süd vəziləri böyüməyə davam edir. Onlardan “ağuz südü”   ifraz olunur –qida mayesi, ilk günlərdə körpəyə ana südünü əvəz edir.
Qarnın aşağı nahiyyəsində və beldə dartılma hissi ola bilər.Adətən onlar ağrısızdır, 1 dəqiqəyə yaxın davam edir, sonra keçir və 4-5 saat sonra təkrarlana bilir. Bu saxta sancılardır və ya Braxton-Hicks sancıları. Onların səbəbləri axıra kimi araşdırılmayıb, lakin qorxmaq lazım deyil, bu normal haldır. Əgər saxta sancılar keçmirsə, tez-tez narahat edirsə və ağrı verirsə həkimə müraciət olunmalıdır.
Böyüyən qarnın dərisi dartılır, buna görə də onun hissiyatı artır, qaşınma narahat edir. Bəzi qadınlarda dartılmalar əmələ gəlir. Səpgi əmələ gədiyi zaman həkimə müraciət etmək lazımdır.

Sayt haqqında

Bütün məqalələrin müəllifi Mama-Ginekoloq: Dr. İlahə Quliyeva-dır.
Bütün hüquqlar qorunur.

Biz sosial şəbəkələrdə
Bizimlə əlaqə

Ünvan: AZ1142, Babək pr-ti 92N Xətai r-nu, Bakı, Azərbaycan

Telefon: (+994) 50 365 80 90

E-mail: [email protected]

Sayt haqqında

Bütün məqalələrin müəllifi Mama-Ginekoloq: Dr. İlahə Quliyeva-dır.
Bütün hüquqlar qorunur.

Biz sosial şəbəkələrdə
Bizimlə əlaqə

Ünvan: AZ1142, Babək pr-ti 92N Xətai r-nu, Bakı, Azərbaycan

Telefon: (+994) 50 365 80 90

E-mail: [email protected]

Copyright © | 2019 Sayt GASİMOV.AZ tərəfindən yığılmışdır. Bütün hüquqlar qorunur.

Copyright © | 2019 Sayt GASİMOV.AZ tərəfindən yığılmışdır. Bütün hüquqlar qorunur.