Səhifə yüklənir...

 

Ana SəhifəHamiləliyin təqibi

Hamiləliyin təqibiHamiləliyin 22-ci həftəsi

Hamiləliyin 22-ci həftəsi (2-ci trimestr)
Hamiləliyin 22-ci həftəsində döl böyüməyə davam edir, onun hərəkətləri daha da intensivləşir. Gələcək ana körpəsinin bədənin hansı tərəfiylə hərəkət ediyini anlaya bilir, gün ərzində 10-a yaxın hərəkətlər hiss olunur. Əgər körpənizin əvvəlkinə nisbətən az hərəkət etdiyini görürsünüzsə və ya körpəniz heç hərəkət etmirsə, tez bir zamanda həkimə müraciət etmək lazımdır, həkim sizi müayinə edib körpənin hərəkətsizliyinin səbəbini deyəcək.
Bu müddətdə anaların çoxu dincəlmək üçün rahat mövqe seçə bilmədiyindən şikayətlənir, çünki 22-ci həftədə qarın nisbətən böyükdür və rahat yatmaq mümkün olmur.Həmçinin, böyüyən uşaqlıq daxili orqanlara (ağciyər və diafraqmaya) təzyiq edir,hamilənin nəfəs almağını çətinləşdirir. 22-ci həftədə anaların çoxu artan emosionallığı və həssaslığı qeyd edir, bəziləri müəyyən qidalara meyilliyini bildirir. Hamilələrin qidalarına diqqət etməsini məsləhət edirik, çoxlu qida qəbulu çəki artımına səbəb ola bilər, həmçinin zərərli qidalardan uzaq durmağı tövsiyyə olunur.  2-ci, 3-cü trimestrlərdə hamilələrdə yanma hissi ən çox rast gəlinən şikayətlərdən biridir. Düzgün pəhriz, mülayim fiziki fəaliyyət və həkim tövsiyyələrinə riayət etmək gələcək anaya xoşagəlməz hisslərdən azad olmağa kömək olacaq.
22-ci həftədə hamilələri gözləyən xoşagəlməz hədiyyələrdən biri də - babasildir. Hamiləlik zamanı o çox vaxt ağrılar və narahatlıq hissi verir. Bu problemin yaranmasında əsas səbəb kiçik çanaq orqanlarında qan dövranının pozulmasıdır: 22-ci həftədə uşaqlıq böyüyür və damarları sıxmağa başlayır. Buna görə də qan dövranı pozulur və qan durğunluğu yaranır. Hamiləlik zamanı babasilin müalicəsi ginekoloq nəzarəti altında aparılmalıdır: o sizə hamilələr üçün idman, pəhriz barədə məlumat verəcək və effektiv müalicə təyin edəcək. Babasil əleyhinə şamlar və məlhəmlər bu problemin aradan qaldırılmasına kömək olacaq. 

Hamiləliyin 22-ci həftəsi: körpədə hansı dəyişikliklər baş verir?
22-ci həftədə körpənin boyu təxminən 23-24 sm, çəkisi isə 310-350 qramm təşkil edir.
Göz qapaqları, qaşlar, dodaqlar daha aydın görünür. Gözlər tam formalaşıb, indi onlar işığı qaranlıqdan daha aydın seçə bilir. Toxunma hissi fəal şəkildə inkişaf edir.
Ağciyərin səthi komponentləri yetişir – onlar ağciyəri daxildən örtür. Endokrin sisteminin əsas orqanları olan hipotalamus və hipofizin aktiv şəkildə inkişafı davam edir. 20-ci həftədən 40-cı həftəyədək qaraciyərin ölçüləri 17 dəfə böyüyür.
Körpənin bədənində lanuqo daha aydın görünür – nazik tüklər, hansılar ki, sabit bədən hərarətini qorumaq üçün lazımdır. Körpənin dərisində qırışlar görünür, dərialtı piy təbəqəsi yetişdikdən sonra qırışlar itəcək.
Mədəaltı vəzin inkişafı davam edir, o daha intensiv şəkildə hormonlar ifraz edir.
Hamiləliyin 22-ci həftəsində körpənin gündəlik rejimi formalaşır – o periodik olaraq (12-14 saat) yatır sonra oyanır. Bu rejim çox vaxt ananın rejimiylə üst-üstə düşmür, gündüzlər sakitlik gecələr qarın nahiyyəsinə təpiklərlə əvəz oluna bilir.
22-ci həftədə körpənin anaya, ataya, bacıya, qardaşa olan reaksiyası daha çox hiss olunur. Əlbətdə ki, körpə sevir yumşaq davranışı, qarına incə toxunuşu. Ona qarşı kəskin əsəbi reaksiyalara o küsərək və çevrilərək əks-təsir göstərir.
Körpəniz səs mənbəyini təyin edə bilir: ananın səsidirmi (daxildən gəlir) və ya yad adamın (xarici səslər).
Fizioloji cəhətdən körpəniz səsləri ayırd etməyə hazırdır: artıq o, doğmalarının səslərini seçə bilir. Ona gözəl müsiqilər dinlətdirə bilərsiniz.

Hamiləliyin 22-ci həftəsi: anada hansı dəyişikliklər baş verir?
Bu müddətdə çanağın yuxarı hissəsindən uşaqlığın yuxarı hissəsinədək olan məsafə 20-24 sm təşkil edir. Böyümüş qarın daha aydın görünür. Davam edən hormonal dəyişikliklər süd vəzilərinin davamlı böyüməsinə səbəb olur, həmçinin bir sıra narahatlıq yarada bilir.
Hamiləliyin 22-ci həftəsində bir çox xanımlar gözəl saçlara sahib olur. Buna səbəb saçların daha az tökülməsidir.Döğuşdan sonra saçlar daha intensiv şəkildə töküləcək – lakin bu qorxulu deyil (bu hamiləlik zamanı tökülməyən saçlardır). Androgenlərin qanda səviyyəsinin artması nəticəsində üzdə və bədəndə tüklər əmələ gəlir – bu da müvəqqəti narahatlıqdır, doğuşdan sonra keçəcək.
Dırnaqlar daha intensiv şəkildə uzanır. Bəzi qadınlarda onlar sərtləşir, digərlərində - yumşalır və tez sınır. Hamiləlik dərinin görünüşünü gözəlləşdirir, lakin sızanaqları təhrik edə bilər.
Qarındaki dəri dartılır, üzərində müxtəlif rəngli xəttlər yaranır – onlara dartılmalar deyilir. Onların əmələ gəlməsi qadının çəki artımından və anadangəlmə dəri elastikliyindən asılıdır.
Dəridə melanin piqmentinin səviyyəsi artır, buna görədə üzdə tünd ləkələr əmələ gəlir, xüsusən də gələcək analar günəş altında çox vaxt keçirdiyi zaman. Döş gilələrinin də rəngi tündləşir və ölçüləri böyüyür.
Qadınların çoxu ayağının böyüməsindən şikayət edir, əvvəl geyindiyi ayaqqabı ayaqlarına olmur. Buna səbəb yüksək təzyiq nəticəsində ayaqdakı ödemlər ola blər. Doğuşdan sonra bu narahatlıq da keçəcək.

Sayt haqqında

Bütün məqalələrin müəllifi Mama-Ginekoloq: Dr. İlahə Quliyeva-dır.
Bütün hüquqlar qorunur.

Biz sosial şəbəkələrdə
Bizimlə əlaqə

Ünvan: AZ1142, Babək pr-ti 92N Xətai r-nu, Bakı, Azərbaycan

Telefon: (+994) 50 365 80 90

E-mail: [email protected]

Sayt haqqında

Bütün məqalələrin müəllifi Mama-Ginekoloq: Dr. İlahə Quliyeva-dır.
Bütün hüquqlar qorunur.

Biz sosial şəbəkələrdə
Bizimlə əlaqə

Ünvan: AZ1142, Babək pr-ti 92N Xətai r-nu, Bakı, Azərbaycan

Telefon: (+994) 50 365 80 90

E-mail: [email protected]

Copyright © | 2019 Sayt GASİMOV.AZ tərəfindən yığılmışdır. Bütün hüquqlar qorunur.

Copyright © | 2019 Sayt GASİMOV.AZ tərəfindən yığılmışdır. Bütün hüquqlar qorunur.