Hamiləliyin 23-cü həftəsi (2-ci trimestr)
Beləliklə siz artıq hamiləliyin 23-cü həftəsindəsiniz. Döl inkişafa davam edir, dərialtı piy təbəqəsinin nazik olmasına görə körpənin üzü və bədəni hələ ki arıqdır və qırışlarla örtülüb. Hamiləliyin 23-cü həftəsində körpə çox aktiv şəkildə hərəkət edir, analar onun hərəkətlərini çox aydın hiss edirlər və qarnın hansı yerində olduğunu anlayırlar. Əgər körpənizin hərəkətlərində dəyişikliklər hiss edirsinizsə (tez-tez və ya daha yavaş hərəkətlər edir, qarına möhkəm çırpınır) tez bir zamanda ginekoloqa müraciət edin, o, körpənizin hərəkətlərində dəyişikliklərin səbəbini aşkar edib, yaranan problemləri aradan qaldıracaq.
Hamiləliyin 23-cü həftəsində anaların hərəkətlərinə bəzi qadağalar qoyulur. Bu müddət ərzində ağır əşyalar qaldırmaq və həyəcanlanmaq olmaz, hamilələr üçün bandajlardan istifadə etmək məqsədəuyğundur. Böyüyən qarına baxmayaraq hamiləliyin 23-ü həftəsində açıq havada daha çox vaxt keçirmək tövsiyyə olunur, bu zaman körpəniz daha çox oksingen qəbul edir. Körpənin hipoksiyası arzuolunmaz haldır –onun qarşısını almaq üçün həkim məsləhətlərinə riayət etmək lazımdır və stressli vəziyyətlərdən uzaq durmaq lazımdır.
Bu müddətdə qəbz halları hamilələri çox narahat edə bilər. Çalışın liflə zəngin qidalar qəbul edəsiniz, su qəbuluna diqqət yetirin və fiziki fəaliyyət barədə unutmayın. Yadda saxlayın ki, bağırsağın vaxtlı vaxtında təmizlənməsi yaxşı əhval ruhiyyənin təməlidir. Bu müddət ərzində digər xoşagəlməz hal – yanma hissi və epiqastral nahiyyədə xoşagəlməz ağrılardır. Hamiləliyin 23-cü həftəsində böyüyən uşaqlıq orqanlara təzyiq göstərir və mədədə yerləşən xlorid turşusu qida borusuna keçərək yanma hissi verir.
Ana üçün sağlamlığını qorumaq və immunitetini möhkəmləndirmək çox vacibdir, çünki bu müddətdə virus infeksiyalarına yoluxmaq arzuolunmazdır, əsasən də qripə yoluxmaq. Bu xəstəliklərə yoluxan ananın bətnində körpənin inkişafı dayana və sinir sisteminin qüsurları yarana bilər.
Hamiləliyin 23-cü həftəsi: körpədə hansı dəyişikliklər baş verir?
Hamiləliyin 23-cü həftəsində körpənin boyu 25-26 sm, çəkisi isə - 400-500 qram təşkil edir.
Bu zaman körpə xarici görünüşüylə daha çox yenidoğulmuşa bənzəyir. Körpə nəinki anasının səsini, həmçinin, ətrafda baş verən hər bir şeyi eşidir: musiqini, maşın səsini, heyvanların səsini, ətrafdakı insanların səsini. Bərk səslər körpədə narahatlıq hissi yaradır.
23-cü həftədə körpənin dərisi dərialtı piy təbəqəsindən tez yetişir, buna görədə o biraz sallaq görünür. Piy toxumasının zəif inkişafına görə dəri səthindən hələ də damarlar, sümüklər bilinir. Sinədə kiçik məmələr görünür.
Körpə böyüyür və uşaqlıq ona biraz dar gəlir, buna baxmayaraq o, əvvəlki kimi çevrilə bilir. Onun gözləri hələ ki örtülüdür və rəngsizdir.
Daxili orqanlar demək olar ki, tam formalaşıb. Ağciyərlərdə aktiv şəkildə qan damarları inkişaf edir. Hamiləliyin 28-ci həftəsinə ağciyərlər öz fünksiyalarını yerinə yetirməyə tam hazır olacaq. Mədəaltı vəz insulin hormonu ifraz edir, onun səviyyəsi artdıqda qanda şəkərin səviyyəsi də artır.
Əgər əvvəllər körpənin ürək döyüntülərini yalnız USM və dopleroqrafiya ilə müəyyən etmək olurdusa indi ürək döyüntülərini stetoskopla dinləmək mümkündür.
Qanyaradıcı orqanların siyahısına dalaq qoşulur - orqanizmdə müdafiəedici rol oynayan ağ qan hüceyrələri-limfositlərin (ağ qan hüceyrələrinin) əmələ gəldiyi orqan.
Hamiləliyin 23-cü həftəsi: anada hansı dəyişikliklər baş verir?
Hamiləliyin 23-cü həftəsində qadının çəkisi 5.5 - 6.8 kq artır (hamiləliydən öncəki göstəricilərlə müqaisə etdikdə). Hər həftə 450-900 qram çəki artımı baş verir.
Bəzi əlamətlər narahat edir:
Ayaqlarda ödemlər əmələ gəlir. Əgər onlar çox deyilsə və tez bir zamanda artmırsa narahatlığa səbəb yoxdur, bu hamiləlik üçün normal halldır.
Periodik olaraq saxta sancılar narahat edir (və ya Braxton-Hicks sancıları). Analar qarında və bel nahiyyəsində diskomfort hiss edir, dartılma hissi yaranır. Adətən bu bir dəqiqəyə yaxın davam edir. Bu sancıların yaranma səbəbi məlum deyil, hesab olunur ki, uşaqlıq bu yolla doğuş zamanı yaranan sancılara hazırlaşır.
Uşaqlıq böyüdükcə onurğa sütununa təzyiq artır, buna görə də periodik olaraq bel nahiyyəsində ağrılar narahat edə bilər.
Damaq qanaması – hamiləliyin ən çox rast gəlinən əlamətidir. Buna görə də hamiləliyi planlaşdırmazdan öncə mütləq stomatoloq müayinəsindən keçmək lazımdır.
Ayaqlarda damarların varikoz genişlənməsi əmələ gələ bilər, bu da ödemlərə və qıcolmalara səbəb olur.
Əgər əks –göstərişlər yoxdursa mütləq hər gün təmiz havada gəzin, yaxşı olar ki, gələcək atayla birlikdə gəzintiyə çıxasınız, bu zaman körpəniz barədə söhbət edə və uşağa ad seçə bilərsiniz.