Səhifə yüklənir...

 

Ana SəhifəHamiləliyin təqibi

Hamiləliyin təqibiHamiləliyin 24-cü həftəsi

Hamiləliyin 24-cü həftəsi (2-ci trimestr)
Hamiləliyin 24-cü həftəsi gələcək ana üçün nisbətən sakit dövrdür, çünki o artıq körpəsinin hərəkətlərini, yatdığı və oyandığı vaxtları dəqiq hiss edir. Hamiləliyin 24-cü həftəsində körpə gün ərzində 18-20 saat yatır. Bəzən gecələr və ya gündüzlər dincəldiyiniz zaman körpə qarında tərpənir. Bu o deməkdir ki, körpəniz acdır. Bu zaman yüngül yümək yeyin – bu körpənizi sakitləşdirəcək. Analara gündəlik qaydalara və pəhrizə riayət etməyi tövsiyyə edirik, bununla da körpələr hər gün eyni saatda oyaq qalmağı və yatmağı öyrənirlər.
Hamiləliyin 24-cü həftəsində uşaqlıq böyüməyə davam edir. Bu müddət ərzində anaların çoxu saxta sancılar hiss edir, bu yolla hamilənin orqanizmi doğuşdaki sancılara hazırlaşır. Onlar demək olar ki, ağrısızdır, lakin hamiləlik vaxtı qarın nahiyyəsində güclü ağrılar hiss edirsinizsə mütləq ginekoloqa müraciət edin. Hamiləliyin 24-cü həftəsində suya bənzər ifrazatlar vaxtından əvvəl doğuşa xəbərdarlıqdır. 

Hamiləliyin 24-cü həftəsi: körpədə hansı dəyişikliklər baş verir?
Hamiləliyin 24-cü həftəsində körpənin boyu – 27-28 sm, çəkisi isə təxminən 500-600 qramdır.
Hamiləliyin 24-cü həftəsində körpənin dərisi qalınlaşmağa başlayır, dəridə piqment əmələ gəlir, dərialtı piy təbəqəsi qalınlaşır. Çox sayda yeni kapilyarlar dəriyə çəhrayi rəng verir.
Baş beyin, hissiyyat orqanları, bronxlar inkişafa davam edir. Ağciyərlərdə surfaktant istehsal edən daha çox hüceyrələr əmələ gəlir. Surfaktant –aktiv səthi maddədir, nəfəs alma zamanı ağciyər toxumasının üfürülməsinə kömək edir.
Körpənin şəxsi yuxu və oyaq qalma rejimi yaranır. Onun başında tüklər yetişir. O, anasının nəfəsini və ürək döyüntülərini, qarnın və bağırsaqların fəaliyyətini, ananın və ətrafdaki insanların səsini eşidir.
Hamiləliyin 24-cü həftəsində körpə həyatda qalacaq hesab olunur. Əgər bu müddət ərzində vaxtından əvvəl doğuş baş verərsə körpənin həyatda qalma şansı 50% təşkil edir.
Beynin, hərəkətlərin və vestibulyar aparatın inkişafı körpəyə öz bədənini idarə etmək imkanı yaradır: o əl-ayaqlarını qatlayır-açır, ayaqlarını əllə tutmağa çalışır, üzünə əl vurur.
Dərinin 2 təbəqəsi formalaşır: səthi təbəqə - epidermis və daha dərin təbəqə - derma. Epidermis barmaqların ucundaki, dabandaki, ovucdaki dəri naxışlarına cavabdehdir (hansılar ki, genetik proqramla təyin edilir). Epidermisin altında yerləşən derma, kiçik çıxıntılar əmələ gətirir, burada qan damarları və sinir sonluqları yerləşir.

Hamiləliyin 24-cü həftəsi: anada hansı dəyişikliklər baş verir?
Uşaqlığın dib hissəsi göbəyin səviyyəsindən yuxarı qalxır. Normalda hamiləliyin 24-cü həftəsinə qadının çəkisi 6.4-7.2 kq artır.
Hamiləliyin 24-cü həftəsində ayaqlardakı az miqdarda ödemlər normal haldır. Odemlər çoxdursa, tez böyüyürsə və bədənin yuxarı hissəsində əmələ gəlirsə (əllərdə, üzdə) – bu preklampsiya əlamətləri ola bilər, bu zaman həkimə müraciət etmək lazımdır. 
Orqanizmdə yığılan maye Karp kanalı sindromuna səbəb ola bilər. Biləkdəki sinirlərin sıxılması nəticəsində əllərinizdə keyləşmə və tikan batma hiss edə bilərsiniz. Bu əlamətlər əllərinizlə eyni hərəkətləri təkrarladığınız zaman güclənə bilər (məsələn, kompyuterdə yazı yazdığınız zaman). Adətən, doğuşdan sonra Karp kanalı sindromu keçir.
Ayaq əzələlərindəki qıcolmalar orqanizmdə Magnezium,maye çatımazlığından və natamam qidalanmadan xəbər verə bilər. Körpənin və uşaqlığın böyüməsi bel nahiyyəsinə təzyiqi daha da artırır, bəzən ağrılar çox güclü olur, ayağa vurur, bu zaman həkimə müraciət olunmalıdır. Ağırlıq mərkəzinin yerdəyişməsinə görə qadının yerişi dəyişir.
Hamiləliyin ikinci trimestrində ən çox rast gəlinən əlamətlər göbəkdən aşağı gedən düz tünd xətt və üzdəki piqment ləkələrdir (xloazmalar). Bu əlamətlər hormonların səviyəsinin dəyişməsi nəticəsində baş verir, doğuşdan bir müddət sonra keçir.

Hamiləliyin 24-cü həftəsində hansı müayinələrdən keçmək lazımdır?
Hamiləliyin 24-cü həftəsi  - ginekoloqun 5-ci planlaşdırılmış baxışının vaxtıdır. Həkim uşaqlıq dibinin yerləşdiyi hündürlüyü, qarının dairəsini, nəbzi, bədən hərarətini, arterial təzyiqi ölçür. Sidiyin ümumi analizini təyin edir.

Sayt haqqında

Bütün məqalələrin müəllifi Mama-Ginekoloq: Dr. İlahə Quliyeva-dır.
Bütün hüquqlar qorunur.

Biz sosial şəbəkələrdə
Bizimlə əlaqə

Ünvan: Yəhya Bakuvi 48 Bakı, Azərbaycan

Telefon: (+994) 50 365 80 90

E-mail: [email protected]

Sayt haqqında

Bütün məqalələrin müəllifi Mama-Ginekoloq: Dr. İlahə Quliyeva-dır.
Bütün hüquqlar qorunur.

Biz sosial şəbəkələrdə
Bizimlə əlaqə

Ünvan: Yəhya Bakuvi 48 Bakı, Azərbaycan

Telefon: (+994) 50 365 80 90

E-mail: [email protected]

Copyright © | 2019 Sayt GASİMOV.AZ tərəfindən yığılmışdır. Bütün hüquqlar qorunur.

Copyright © | 2019 Sayt GASİMOV.AZ tərəfindən yığılmışdır. Bütün hüquqlar qorunur.