Səhifə yüklənir...

 

Ana SəhifəHamiləliyin təqibi

Hamiləliyin təqibiHamiləliyin 25-ci həftəsi

Hamiləliyin 25-ci həftəsi (2-ci trimestr)
Hamiləliyin 25-ci həftəsində anaların çoxu vaxtından əvvəl doğuşdan qorxurlar, buna aid həyəcan verici əlamətlər olmadıqda narahat olmağa heç bir əsas yoxdur. Lakin, hamiləliyin 25-ci həftəsində qarın nahiyyəsində ağrılar hiss edirsinizsə, belinizdə dartılma hissi varsa və uşaqlıq yolundan suya bənzər maye axırsa təcili sürətdə həkimə müraciət etməlisiniz.
Əgər hələ də döş gilələrini süd verməyə hazır etməmisinizsə  - artıq buna başlamağın tam zamanıdır. Bir qayda olaraq, hər gün gilələri və giləətrafı nahiyəni soyuq su ilə yuyun və sərt dəsmalla silin. Bu manipulyasiya sizə gələcəkdə giləətrafi çatların qarşısını almağa kömək edəcək. Proseduru gün ərzində bir dəfə edin ki,  uşaqlığın yığılması baş verməsin.
Hamiləlik zamanı ayaqlardaki ağırlıq hissi və venaların varikoz genişlənməsi, gələcək ananı narahat edən digər xoşagəlməz haldır. Xəstəliyin inkişafının qarşısını almaq üçün xüsusi kompression corablardan istifadə etmək tövsiyyə olunur, hansını ki,  həkim –fleboloq təyin edir. Çalışın ayaqlarınıza çox güc salmayın və hamilələr üçün rahat ayaqqabılar geyinin. İstirahət zamanı qan dövranını yaxşılaşdırmaq üçün və gərginliyi aradan qaldırmaq üçün ayaqınızı xüsusi yastıqın üstünə qoyun.
Hamiləliyin 25-ci həftəsində böyüyən qarnın da xüsusi qulluğa ehtiyacı var. Qarındaki dartılmalar hamiləliyin xoşagəlməz nəticəsidir, lakin həkim göstərişi ilə xüsusi məlhəm və kremlərlə onların qarşısını almaq mümkündür.

Hamiləliyin 25-ci həftəsi: körpədə hansı dəyişikliklər baş verir?
Hamiləliyin 25-ci həftəsində körpənin boyu 29-30 sm, çəkisi isə 600-700 qram təşkil edir. Adətən bu müddət ərzində körpə:
Bütün səslərdən ən çox sizin səsinizə üstünlük verir;
Gözlərini sıxa bilir, yumub açır, gülür.
Körpənin dərisində daha çox piqment əmələ gəlir, indi o, demək olarki, şəffaf deyil. Dərialtı kapilyarların əmələ gəlməsi davam edir, buna görə dəri daha çox çəhrayi rəng alır. Artıq körpənizin saçlarının rəngi bilinir. 
Eşitmə orqanı mükəmməlləşir. Körpə ana və atasının səsini eşitdiyi zaman əl-ayaqlarıyla qarına toxunur. Tarazlıq orqanı o qədər inkişaf edir ki, körpə artıq yuxarı və aşağı hissələri ayırd edə bilər.
Ağciyərlərdə damarlar aktiv şəkildə inkişaf edir, onlar daha yetişkin olur, lakin hələ ki, sərbəst nəfəs almağa tam uyğunlaşmayıblar. Burun dəlikləri açılır, körpə nəfəs almaya bənzər hərəkətlər edir. O, hələki hava ilə deyil, amniotik maye ilə nəfəs alır, buna baxmayaraq qoxuları hiss edir.
Baş beynin quruluşu mürəkkəbləşir. Beyində neyroqliyalar aktiv şəkildə formalaşır – sinir toxumasının köməkçi hüceyrələri. Sinir hüceyrələrində qısa çıxıntılar əmələ gəlir – dendritlər, yenir sinir əlaqələri formalaşır – sinapslar. 

Hamiləliyin 25-ci həftəsi: anada hansı dəyişikliklər baş verir?
Hamiləliyin 25-ci həftəsində ananın çəkisi 6.8-8.2 kq artır. Bəzən analar hiss edir ki, ötən həftə ərzində öncəkilərdən çox çəki artımı baş verib. Belə hallar normal sayılır, çəkidə bu cür dəyişiklər narahatlıq üçün səbəb deyil. Adətən bu hal orqanizminizdə mayenin miqdarıyla əlaqəlidir.
İkinci trimestrin əvvəllərində olan enerji xanımları yavaş-yavaş tərk edir, onlar indi böyüyən körpənin çəkisini daha çox hiss edirlər.
Hamiləliyin 25-ci həftəsində xanımları ən çox narahat edən əlamətlər:

  • ·Hormonal dəyişiklərlə və körpə barədə düşüncələrlə əlaqəli yuxu pozuntuları;
  • ·Tez-tez sidiyə getmə halları;
  • ·Qəbz və babasil
  • ·Bağırsaqlarda artan köp və mədədəki şişkinlik. Buna səbəb qidanın hərəkətini ləngidən hormonlardır.
  • ·Yanma hissi - böyüyən uşaqlıq qarın boşluğu orqanlarını (həmçinin mədəni) qaldırır, mədə turşusunun qida borusuna keçməsi nəticəsində yanma hissi yaranır.
  • ·Bir dəqiqə ərzində davam edən saxta sancılar, 4-5 saat sonra təkrarlanır və diskomfort hissi yaradır (beldə və qarında dartılma hissləri).
Xoşagəlməz hisslərdən əlavə 25-ci həftədə yaxşı əlamətlər də olur. Məsələn, saçlarınızın daha qalın və parlaq olduğunu görürsüz.

Sayt haqqında

Bütün məqalələrin müəllifi Mama-Ginekoloq: Dr. İlahə Quliyeva-dır.
Bütün hüquqlar qorunur.

Biz sosial şəbəkələrdə
Bizimlə əlaqə

Ünvan: AZ1142, Babək pr-ti 92N Xətai r-nu, Bakı, Azərbaycan

Telefon: (+994) 50 365 80 90

E-mail: [email protected]

Sayt haqqında

Bütün məqalələrin müəllifi Mama-Ginekoloq: Dr. İlahə Quliyeva-dır.
Bütün hüquqlar qorunur.

Biz sosial şəbəkələrdə
Bizimlə əlaqə

Ünvan: AZ1142, Babək pr-ti 92N Xətai r-nu, Bakı, Azərbaycan

Telefon: (+994) 50 365 80 90

E-mail: [email protected]

Copyright © | 2019 Sayt GASİMOV.AZ tərəfindən yığılmışdır. Bütün hüquqlar qorunur.

Copyright © | 2019 Sayt GASİMOV.AZ tərəfindən yığılmışdır. Bütün hüquqlar qorunur.