Hamiləliyin 31-ci həftəsi (3-cü trimestr)
Hamiləliyin 31-ci həftəsində uşaqlıq daha da böyüyür, daxili orqanlara daha çox təzyiq göstərir və yanma hissi, qəbz və babasil kimi xoşagəlməz hallara səbəb olur. Bu müddətdə ananın vəziyətini daim nəzarət altında saxlamaq lazımdır, xüsusən də hamiləlik zamanı mioması olan və qeysəriyyə əməliyyatından sonra uşaqlığın divarında çapıqları olan xanımların.
Hamiləliyin bu müddətində gələcək anaların qidası maksimum faydalı və rahat həzm olunan olmalıdır. Ürəkbulanma, yanma hissi və qəbz hallarının qarşısını almaq üçün qidani az miqdarda, lakin tez-tez qəbul etmək lazımdır. Qidanın əsasında tərəvəzlər, ət, balıq, düyü və süd məhsulları olmalıdır. Qızardılmış, duzlu və acı yeməklərdən uzaq durmağa çalışın – onlar böyrəklərə mənfi təsir göstərir.
Hamiləliyin 3-cü trimestrində ödemlər, demək olar ki, bütün xanımları narahat edir,onlarla mübarizəyə xüsusi duzsuz pəhriz, mümkün qədər məşqlər etmək, düzgün qidalanma və vaxtında su içmək kömək olur. Əgər üzünüzdə, əl barmaqlarınızda, qarın və bel nahiyəsində çox şişkinlik yaranıbsa – tez bir zamanda həkimə müraciət edin, ola bilsin ki, bu çox ciddi ağırlaşma olan hestozun əlamətidir.
Hamiləliyin 31-ci həftəsində körpə bətndəki son mövqeyi tutur: bir qayda olaraq, bu baş gəlişi mövqeyidir. Əgər həkiminiz çanaq gəlişi təyin edibsə, xüsusi idmanlarla körpənin bətndəki mövqeyini dəyişə bilərsiniz. Hamiləliyin 31-ci həftəsində körpənin inkişafı davam edir. Xarici görünüşdən o daha çox yenidoğulmuşa bənzəyir. Qan damarlarını örtən dərialtı piy təbəqəsinin sayəsində körpənin dərisi çəhrayi rəng alır. Körpənin çəkisi sürətlə artır, onun daxili orqanları və refleksləri mükəmməlləşir. Hamiləliyin 31-ci həftəsində körpənin tərpənişləri ana tərəfindən daha aydın hiss olunur, mütəxəssislər körpənin hərəkətlərinə nəzarəti davam etdirməyi və hərəkətlərini xüsusi cədvələ qeyd etməyi məsləhət görürlər.
Hamiləliyin 31-ci həftəsi: körpədə hansı dəyişikliklər baş verir?
Hamiləliyin 31-ci həftəsində körpənin boyu 38 sm, çəkisi isə 1400-1500 qram təşkil edir.
Üçüncü trimestrdə onun çəkisi boyundan tez çoxalır. Hamiləliyin 31-ci həftəsində bəzi körpələrin çox sıx saçları olur, baxmayaraq ki, digərləri hələ də keçəldir.
Körpənin bütün 5 hissiyatı fəaliyyət göstərir və çox yaxşı inkişaf edir. Onun gözləri işığa əks-təsir göstərir. O başını sağa, sola çevirə bilir, əl-ayaqlarıyla müxtəlif hərəkətlər edir, baş barmaqını sovurur, udma və nəfəs alma hərəkətləri edir.
Təxminən bu müddətdə:
- ·Körpənin orqanizmi doğuşdan sonraki həyata hazırlaşır, daxili orqan və sistemləri aktiv şəkildə mükəmməlləşir;
- ·Körpənin çəkisi, əzələləri artır, hansı ki, doğuşdan sonra bədən hərarətini tənzimləyəcək və ətraf mühitdə sağ qalmağa kömək olacaq.
31-ci həftədə hamilənin bədən çəkisi 9.5-12.2 kq artır. Böyüyən qarın bir çox işləri görməyə maneə yaradır. Yeriş getdikcə daha da yöndəmsiz olur. Yataqda rahat bir mövqe tutmaq çətin olur, buna görə (həmçinin hormonlar və tez-tez həyəcanlanmalar səbəbindən) bir çox analar yatmaqda çətinlik çəkirlər, özlərini yorğun və əsəbi hiss edirlər.
Uşaqlıq böyüdükcə onurğa sütununa təzyiq artır, progesteron hormonu orqanizmi doğuşa hazırlaşdırır. Nəticədə beldə və ayaqlarda ağrılar yaranır, onların çox şiddətli olduğu halda həkimə müraciət etmək lazımdır.
Uşaqlıq sidik kisəsini və bağırsağı sıxır.Düz bağırsağın ətrafındaki venalarda təzyigin artması babasilə səbəb olur. Bu əlamətlərə doğuşa qədər dözmək lazımdır, sonradan onlar keçir.
Əl və ayaqlarda dırnaqlar çox tez uzanır, lakin quru olur və tez sınırlar. Süd vəziləri daha da böyüyür, molozivo (ağız südü) ifraz edir.
Tədricən Braxton-Hicks sancıları narahat edir (saxta sancılar). Onlar uzun müddət davam edirsə və güclü ağrılarla müşayət olunursa ginekoloqa müraciət etmək lazımdır.