Səhifə yüklənir...

 

Ana SəhifəHamiləliyin təqibi

Hamiləliyin təqibiHamiləliyin 32-ci həftəsi

Hamiləliyin 32-ci həftəsi (3-cü trimestr)
Artıq hamiləliyin 32-ci həftəsindəsiniz. Doğuş anı yaxınlaşır, ana indi körpəsinin sağlamlığı üçün daha çox narahatlıq keçirir. Hamiləliyin 32-ci həftəsində böyüyən qarın beldə və ayaqlarda ağrılara səbəb olur, yuxu zamanı rahat mövqe seçmək olmur, anaların çoxu bu müddətdə özlərini yorğun hiss edirlər, onlar hamiləliyin tez bitməsini və körpələrinə tez bir zamanda qovuşmağı arzulayırlar.
Hamiləliyin 32-ci həftəsində uşaqlığın daxili orqanlara təzyiqi davam edir, bu səbəbdən yanma hissi, nəfəs çatışmazlığı və tez-tez qəbz halları narahat edir. Hamilədə saxta sancılar baş verir – onlar demək olar ki, ağrısızdır, bu sancılarla uşaqlıq doğuşa hazırlaşır. 32-ci həftədə xanımların çoxu daha çox tərlədiyini və bədəndə istilik hiss etdiyini qeyd edirlər. Bu hamilənin orqanizmində maddələr mübadiləsinin sürətlənməsiylə əlaqəlidir, hansı ki, ürəyin fəaliyyətinə və tərləmə prosesinə təsir göstərir.
Hamiləliyin 32-ci həftəsində körpə böyüyür və çəkisi artır. Körpə ananın orqanlarının fəaliyyətinin səsini eşidir, ananın səsinə diqqətlə qulaq asır və ananın səsini digər səslərdən seçə bilir. Körpə həmçinin xarici görünüşcə də dəyişir – onun saçları, dırnaqları uzanır, bədənindəki qırışları hamarlaşır, yanaqları formalaşır. Demək olar ki, körpənin bütün orqanları mükəmməlləşib, baş və bədən proporsionaldır. Bu müddətdə daha bir önəmli hadisə  - fərdi imunitetin formalaşmasıdır. Körpənin bu müddətdə inkişafını USM vasitəsilə qiymətləndirmək olar. Hamiləliyin 32-ci həftəsində həkim uşağın gəlişini təyin edir, ciftin, göbək ciyəsinin vəziyyətini, dölyanı mayenin miqdarını qiymətləndirir.
Hamiləlik müddətində gələcək analar özlərini virus və infeksion xəstəliklərdən qorumalıdırlar, çünki ananın yoluxduğu hər bir xəstəlik və onun müalicəsi körpənin sağlamlığına birbaşa təsir göstərir. Hamiləliyin son dövrlərində soyuqdəymənin mənfi təsiri- ciftin qocalma prosesini sürətləndirir, bu da körpədə hipoksiya riski yaradır .

Hamiləliyin 32-ci həftəsi: körpədə hansı dəyişikliklər baş verir?
Hamiləliyin 32-ci həftəsində körpənin boyu 39-40 sm, çəkisi isə 1600-1700 qram təşkil edir.
Hamiləliyin 3-cü trimestrində uşaqlıq körpəyə dar gəlir, 32-ci həftədə adətən körpə çevrilir və son mövqeyi alır (baş gəlişi). Lakin bu daha gec baş verə bilər (məsələn 38-ci həftədə).
Əgər hamiləliyin son dövrlərində körpə hələ ki,  çevrilməyib, həkim xüsusi üsullarla ona kömək edir. Bəzən, (3-4% hallarda) körpə çanaq (omba ) gəlişiylə doğulur, bu doğuşlar daha ağır keçir, buna görədə qadınların çoxu risk etmirlər və qeysəriyyə əməliyyatına üstünlük verirlər.
Körpənin başında tükləri, əl və ayaq barmaqlarında dırnaqları var. Doğuşa təxminən 7-8 həftə qalır, bu müddətdə körpənin çəkisi 2-3 dəfə artmalıdır.
Oyaq vəziyyətdə körpə, ona doğuşdan sonra lazım olacaq hərəkətləri məşq edir: əmmə, nəfəs alma, udma, baş çevirmə, ayaqlarla təpikləmə. Yorulduğu zaman o yatır və yuxu görür.
Uşağın baş beyni də böyüyür, onun beyninin həcmi böyüklərin beyninin ¾ hissəsini təşkil edir.

Hamiləliyin 32-ci həftəsi: anada hansı dəyişikliklər baş verir?
Uşaqlığın hündürlüyü 30-34 sm təşkil edir. Qadını əvvəlki həftələrdə narahat edən əlamətlər daha da kəskinləşir. İndi yanma hissi, saxta Braxton-Hicks sancıları daha çox narahat edir.
Döş gilələri və giləətrafı nahiyyələr daha da tündləşir. Hesab edilir ki, onların rənglərinin tündləşməsi, körpəni sinəyə öyrəşdirəndə onları daha yaxşı görə bilməsi üçündür. Süd vəziləri böyüməyə davam edir. Gilələrdən molozivo çıxır (ağız südü) körpə ilk günlərində bu südlə qidalanır. Bundan sonra süd vəziləri “əsil” süd ifraz edəcək.
Uşaqlıq yolundan axan ifrazatın miqdarı artır. Onlar qatıdır, yumurtanın ağına bənzəyir. Əgər suya bənzər maye çox miqdarda axırsa həkimə müraciət etmək lazımdır. Ola bilsin ki, bu doğuşa xəbərdarlıqdır.
Böyüyən uşaqlıq ananın yerişini dəyişir. Məsləhət olunur ki, hamiləliyin 3-cü trimestrində hündürdaban ayaqqabılar geyinməyəsiniz,  yıxıla bilərsiniz.

Sayt haqqında

Bütün məqalələrin müəllifi Mama-Ginekoloq: Dr. İlahə Quliyeva-dır.
Bütün hüquqlar qorunur.

Biz sosial şəbəkələrdə
Bizimlə əlaqə

Ünvan: AZ1142, Babək pr-ti 92N Xətai r-nu, Bakı, Azərbaycan

Telefon: (+994) 50 365 80 90

E-mail: [email protected]

Sayt haqqında

Bütün məqalələrin müəllifi Mama-Ginekoloq: Dr. İlahə Quliyeva-dır.
Bütün hüquqlar qorunur.

Biz sosial şəbəkələrdə
Bizimlə əlaqə

Ünvan: AZ1142, Babək pr-ti 92N Xətai r-nu, Bakı, Azərbaycan

Telefon: (+994) 50 365 80 90

E-mail: [email protected]

Copyright © | 2019 Sayt GASİMOV.AZ tərəfindən yığılmışdır. Bütün hüquqlar qorunur.

Copyright © | 2019 Sayt GASİMOV.AZ tərəfindən yığılmışdır. Bütün hüquqlar qorunur.